Amerika alimləri açıqlayıblar ki, məişətdə tez-tez istifadə olunan kimyəvi maddələr qız uşaqlarının tez yetişməsinə səbəb olurlar.
Alimlərin tədqiqatı qız uçaqlarının cinsi yetişmə prosesinə kosmetika və plastik məmulatların tərkibində olan fenol, ftalat və fitoestroqenlərin təsirinə həsr olunmuşdur. Alimlər deyir ki, qızların bu maddələrlə tez-tez təmasda olmağı yetkinlik dövrünün tez başlanması və şəkərli diabet, xərçəng və sair xəstəliklərə səbəb ola bilər.
Sadalanan maddələr insanın hormonal sisteminə məhvi təsir etdikərinə görə "endokrinoloji məhvedicilər"-ə aiddirlər. Onları dırnaq üçün lakın, kosmetikanın, ətirlərin, losyonların və şampunların tərkibinə ətir üçün qatırlar.
Nyu Yorkun Maunt Sinay Tibb Məktəbinin pediatriya və mikrobiologiya bölmələrinin mütəxəssisləri 1150-dən çox 6-8 yaşlı qız uşaqlarının, 19 kimyəvi maddələrə görə sidik analizlərini keçiriblər.
Nəticədə qızların çoxusunun bu maddələrin təsiri altında olmaqları aşkar edilib. Sadalanan maddələr sinənin tez inkişaf etməsinə və tüklənməyə səbəb olublar.
Doktor Volfun sözlərinə görə, süd vəzinin hüsusi həssaslıq dövrü mövcuddur ki, bu dövrdə olan mənfi təsirlər gələcəkdə döş vəzinin xərçənginə səbəb ola bilər. əlbəttə cinsi yetknliyə yalnız kimyəvi maddəələr deyil, həmçinin artı çəki də səbəb ola bilər.