Bizim qonağımız Elmi cərrahiyyə mərkəzinin direktoru, Tibb Universitetinin Cərrahi xəstəliklər-2 kafedrasının müdiri, bir çox fəxri adların sahibi və ilk növbədə Вöyük Insan, professor Böyükkişi Ağayevdir.
М: Necə oldu ki, həyatınızı tibbə həsr etdiniz?
B.А.: 5-6-cı siniflərdə oxuyarkən məndə təbiyyat elmlərinə təbii həvəs meydana çıxdı. Mən yaxşı oxuyurdum, amma ən çox biologiya, zoologiya, coğrafiya və s-i sevirdim. Sonradan həyatımda baş verən bəzi hadisələrin də təsiri oldu. 1941-ci ilin əvvəlində, 7-ci sinifdə oxuyarkən müharibə başladı. Yoldaşlarımdan biri yaralanmışdı, və onu xəstəxanaya yerləşdirmişdilər. Bir gün ona baş çəkməyə getdim və mənə geyinməyə ağ xalat verdilər, o anda məndə sonsuz fərəh hissi yarandı. Sonra 1942-ci ilin yayında 2-3 ay müddətində yaxınlığımızda dayanan hərbi hospital eşelonu gəldi. Hospitala daxil olmaq və oradakı işi seyr etmək imkanı əldə etdim, və o zaman məndə qəti əminlik yarandı ki, həkim və məhz cərrah olmalıyam. Bir il də keçəndən sonra məktəbi bitirdim, və imtahansız, əlaçı kimi tibb universitetinin müalicə işi fakültəsinə qəbul olundum.
М: Müəllimləriniz barədə danışardınız.
B.А.: Mənim təşəkkülümdə rol oynayan və örnək olan, bənzəmək istədiyim müəllimlər - əlbəttə ki, professor Mirqasımov, akademik Topçubaşov, professor Əliyev və digərləridir. Professor olduqdan sonra Topçubaşov, Kübra Qasımova ilə tez-tez görüşürdüm. Sonradan, professor Qulyayevin yanında aspirantura keçən zaman, cərrahi görüş dairəmi genişləndirmək və yeni cərrahi texnikaların mənimsəməyimdə moskva məktəbinin böyük rolu oldu. Həmçinin Astraxan və Leninqradda keçirdiyim illəri də minnətdarlıqla xatırlayıram..
М: Sizin fikrinizcə, yaxşı həkim hansı keyfiyyətlərə malik olmalıdır?
B.A.: Yaxşı həkim olmaq üçün təbii istedada malik olmaq lazımdır, yazıçı, bəstəkar, rəssamlarda olduğu kimi. Höte dediyi kimi: "Peşəkarlıq–1 faiz istedad və 99 faiz zəhmətdir". Həkim üçün zəhmətkeşlik çox vacibdir, daima təkmilləşməli və biliklərini elə səviyyəyə çatdırmağa can atmalıdırlar ki, insanlara fayda verə bilsinlər. Cəsarət - çox bilikli ola, lakin onu tətbiq etməyə cürət etməyə bilərsən. Öz səhvlərini qəbul etmək - əgər həkim öz səhvlərini qəbul etmirsə, onları düzəltməyə çalışmayacaq. Düzgünlük – öz yoldaşlarının fikir və ləyaqətinə hörmət etmək.
М: Bu günkü gündə Azərbaycanda tibbin səviyyəsini necə qiymətləndirirsiniz?
B.А.: Son on ildə, Azərbaycanda səhiyyə çox irəliləmişdir. 60-cı illərlə müqayisə etsək böyük fərq hiss edilir. Hal hazırda bizim geniş diapazonda cərrahi və diaqnostik bilik və imkanlarımız vardır. Kifayət miqdarda etibar edə biləcəyimiz mütəxəssislərimiz var. Həmçinin tibbin inkişafına kömək üçün müsbət hal olan özəl sektorun qızğın inkişafı da çox sevindirir.
М: Sonda gənc həkimlərə nə məsləhət verərdiniz?
B.А.А.: Hər bir insan üçün həyat dəyərlidir və bir dəfə verilir, lakin heç kəs xəstəlikdən sığortalanmayıb. Xəstə həkimin yanına gələrkən ümidlə gəlir, və öz taleyini həkimə həvalə edir, ona görə də həkim həmişə seçdiyi sənət qarşısında məsuliyyət hiss etməlidir.
http://www.science.gov.az/ru/acmembers/agayevbyaa.htm |