Qida rasionuna hansı miqdarda bal əlavə olunmalıdır ?
Bal – dadlı və çox faydalı, qidalandırıcı məhsuldur. Tərkibində olan qlükoza, fruktoza, vitaminlər, və mineral fermentlərin sayəsində insan orqanizminə ümumi möhkəmləndirici təsir göstərir.Mədə-bağısaq problemləri olan xəstələrdə həzm prosesində müalicəvi təsir göstərir. Həkimlərin məsləhətlərə əsasən balın gündəlik qəbul miqdarı 3 yemək qaşığı qədərindən ( 70-80 qr) artıq olmamalıdır. Gündəlik qəbul edilən porsiyasını bir neçə dəfəyə bölmək lazımdır. Mədə - bağısaq qişasının yüksək turşuluğu olan insanlarda ac qarına qəbul edilən bal mədədə yanqı hissi yaradır. Buna görə də balı sıyıqların, kəsmiyin və südün tərkibinə əlavə edərək qəbul etmək lazımdır. Allergiyadan əziyyət çəkən insanlar balı istifadə edərkən diqqətli olmalıdırlar. Şəkərli diabet və pankreatit xəstəliyi olan insanlara balın istifadəsini məhdudlaşdırmaq gərəkdir.
www.medexpert.az |