Öncədən, müsahibə vermək üçün yetərincə gərgin olan iş qrafikinizdən bizə vaxt ayırdınız üçün, Sizə dərin təşəkkürümüzü bildirmək istərdik.
Siz – yüksək dərəcəli həkim, tibb elmləri namizədi, ölkənin aparıcı anestezioloq – reanimatoloqu, çox sayda insan həyatını xilas etmiş və Azərbaycan Respublikası Prezidenti tərəfindən “Tərəqqi” ordeni ilə təltif edilmisiniz. Sizi tanıyanlar, bu isə geniş insan kütləsini əhatə edir, təsdiqləyirlər ki, Siz – yalnız Allah tərəfindən seçilmiş həkim deyil, eyni zanmanda həssas və səmimi bir insansınız!
Və yalnız Böyük ürəyə malik olan İnsan, həqiqi mənada Həkim adlana bilər!
Medexpert:
İlk sual ənənəvidir. Tibbə açılan yolunuz necə başlayıb?
F.Ə.
Mən həkimlər ailəsində dünyaya göz açmışam, atam və anam həkim oftalmoloq olublar! Əməliyyat otağını ilk dəfə 7 yaşım olarkən gördüm. Atam məni tez – tez işə götürərdi. Oftalmologiyada Dahilərin bir çoxu ilə şəxsən tanış idim. Oftalmoloq olmaq mənim arzum idi, lakin o vaxtların qanunlarına görə, ATİ – nun tələbələri özləri ixtisas seçə bilməzdilər və təyinat üzrə, Allahın əmri belə oldu ki, mən anestezioloq – reanimatoloq oldum. Hələ tələbəlik çağlarında ATİ – də oxuyarkən, 2№-li Kiliniki Xəstəxanaya, tibb qardaşı kimi işə qəbul edildim. Həmin xəstəxanada cərrahiyə kafedrasına akademik Topçubaşov rəhbərlik edirdi. Reanimasiya şöbəsində, Dmitri Voinovun rəhbərliyi altında məmnuniyyətlə işləyirdim. 70-ci illər idi, reanimasiya xidməti ölkəmizdə yeni qurulurdu.
1979 –cu ildən 1985 –ci ilədək mən Bakıdakı 6 saylı Doğum Evində reanimasiya şöbəsinə rəhbərlik edirdim. 1985 – ci ildən 2005 – ci ilədək anesteziologiya şöbəsinin rəhbəri olmuşam, 2005 – ci ildən bu günədək Mərkəzi Neftçilər Xəstəxanasında anesteziologiya şöbəsinin rəhbəriyəm.
M.A.Topçubaşov, M.Cavadzadə, B.Ağayev, F.Zərgərli kimi “Cərrahiyənin Dahiləri” keçirdikləri əməliyyatlarda iştirak etmək, fərəhli bir məktəb idi.
Bundan başqa, məşhur russiyalı mütəxəssislər Y.A.Damir, A.F.Çernousov, A.M.Danilov, Petrovski kimi həkimlərlə sıx təmasda işləmək mənin üçün xoşbəxtlik idi.
Medexpert:
Rəhmətlik atanız Nazim Əfəndiyev əvəzolunmaz oftalmoloq idi, onun Azərbaycanda tibb elminin inkişafında böyük xidmətləri var. Xahiş edirik, onun haqqında bir qədər danışasınız.
F.Ə.
Professor Əfəndiyev XX yüzilliyin ikinci yarısını əhatə edən zaman kəsiyində Azərbaycanda ən tələb olunan oftalmoloqlardan biri idi. O, yüzlərlə elmi işlərin, monoqrafiyaların, ixtiraların müəllifidir, 1957-ci ildən ömrünün son günlərinə qədər Oftalmoloqların Elmi – Tədqiqat İnstitutunun direktoru olub.O, “Fəxri nişan” ordeni ilə təltif edilmiş, Azərbaycanın əməkdar həkimi adına layiq görülmüş, Türkiyə Cümhuriyyəti Hərbi – Tibb Akademiyasının “Fəxri” nişanı ilə fərqləndirilmişdir. Sovetlər Birliyi dönəmində, ilklərdən biri olaraq, atam gözün şüşəvari cisminə qan sızmasının müalicə üsulunu tapmış və bununla da oftalmologiyada olan ən qəliz problemlərdən birini həll etmişdir. Onun yeganə məqsədi insanlara yardım etmək, o, həkim üçün misilsiz olan tamamilə fenomenal bir keyfiyyətə malik idi – o, pasiyentə ümid verir və onu həyatı sevməyə vadar edirdi. O, gözləri görməyən insana, nuru görməyə şans verirdi.
Bir zamnalar atam, görkəmli oftalmoloq Zərifə xanım Əliyeva ilə birgə yeni Oftalmoloji Mərkəzin layihəsi üzərində işləyirdilər. Bu layihə - Xəyal idi! Böyük ilhamla onlar bu layihəni həyata keçirmək istəyirdilər! Avropa və dünya miqyasında ən qabaqcıl Oftalmoloji Mərkəzin binasının binövrəsi hələ 80 – ci illərin əvvəllərində ümummilli lider H.Əliyevin vaxtında qoyulmuşdur.
Lakin daha sonra məlum səbəblərdən tikinti yarıda qalmış və uzun illər dayandırılmışdır.
Sevindirici haldır ki, Heydər Əliyevin layiqli davamçısı, möhtərəm Prezident İlham Əliyevin sayəsində Mərkəzin binası işıq üzü gördü! Və bu Azərbaycanın tanınmış oftalmoloqlarına və H.Əliyevin ruhuna ehtiram və sonsuz dərəcədə hörmət rəmzi oldu!
Medexpert:
Praktikanızda baş verən maraqlı hadisələr barədə danışın.
F.Ə.
Bir çox hadisələr olub. Onlardan biri belədir:
Hələ mən 6№-li Doğum Evində işləyərkən bir hamilə qadına baxış keçirmək üçün çağırıldım, qadının hamiləlik dövrü 5 aydan çox olmazdı və o, doğulmayan uşağını salmışdır. Pasiyentə baxış keçirdikdən sonra, uşağın mənə göstərilməsini xahiş etdim, bu zaman gördüm ki, onun qabırğaları arasında balaca ürəyi vurur. Adətən belə uşaqlar yaşamır, mən başladım onu reanimasiya etməyə. Allahın rizası ilə, o həyata qayıtdı! Bu – əsl möcüzə idi! İndi həmin uşaq , atrıq yetkin bir gəncdir.
Daha bir unikal hadisə:
İsrail klinikalarının birində bir cavan oğlan ”beynin hissəvi dekortikasiyası” diaqnozu ilə, koma vəziyyətində idi.
Həkimlər ona düzgün diaqnoz qoymuş və lazımi müalicə aparmışdılar, lakin bütün bunlar nəticəsiz qalmışdı. Həkimlərin son qərarı belə idi: həyat ilə bir araya sığmayan vəziyyət. Xəstənin vəziyyəti ilə tanış olandan sonra, mən onu bizim klinikaya yerləşdirməyi təklif etdim. Allahın və bizim köməyimiz sayəsində, onu həyata qaytardıq. Hal – hazırda o sağ və salamatdır.
Medexpert:
Narkoz zamanı yuxu görmək mümkündür?
F.Ə.
Bəli, belə hallar baş verir.
Medexpert:
Hərdən əməliyyat zamanı pasiyent oyanır, bu nə ilə əlaqəlidir?
F.Ə.
Savadsızcasına keçirilmiş anesteziya ilə əlaqəlidir.
Medexpert:
Praktikanızda klinik ölüm halları baş verib?
Və bu insanlar sonra nələr danışırdı ?
F.Ə.
Olub. Ümumiyyətlə eyni şeylərdən bəhs edirdilər: sonsuz tunel daxilində hərəkət və onun sonunda işıq. Özünü və baş verənləri kənardan müşahidə etmə. Belə bir hadisə baş vermişdi, klinikamıza huşsuz vəziyyətdə xəstə gətirildi, lakin özünə gəldikdən sonra dəhlizin o biri başındakı palatada yatan 10 yaşlı oğlanın vəziyyəti barədə maraqlandı, hal bu ki, onun haqqında daxil olan xəstənin heç bir məlumatı ola bilməzdi.
Medexpert:
Epidural narkoz haqqında suallar çoxdur.
F.Ə.
1974 – cü ildə hələ tibb qardaşı kimi işləyərkən, anestezioligiya erasının başlanğıcı idi. O zamanlar yalnız kütləvi və d/d anesteziyalar keçirilirdi. Endotraxeal narkoz dövrü başlayırdı. Tibb qardaşı işləyərkən, o dövrə aid olan anesteziya və reanimasiyanın bütün üsullarını tamamilə mənimsəmişdim.
1986 – cı ildən bu sahədə mütəxəssis olduğum üçün Mərkəzi Neftçilər Xəstəxanasında anesteziologiya və reanimotologiya şöbəsinə rəhbərlik etməyə başladım.
1987 – ci ildən anestezioloji praktikaya MNX – da regionar anesteziyanı tətbiq etdim. Bu üsuldan uroloji, praktoloji, qısa və orta müddətli ümumcərrahi əməliyyatlar zamanı istifadə olunurdu. Sonralar bu üsul epidural boşluğun kateterizasiyası ilə daha da mükəmməlləşdirilmiş, bu da öz növbəsində, daha uzunmüddətli əməliyyatlar zamanı, habelə, əməliyyatsonrası epidural analgeziya üçün istifadəyə imkan verdi. Bu dövr ərzində kombinar epidural anesteziya və endotraxeal narkozun istifadəsinə başlanıldı. Regionar anesteziya bir üsul kimi, yalnız anesteziya və analgeziya üçün yox, hətta bir müalicə vasitəsi kimi də geniş istifadə olunur.
Bu anesteziya növünün istfadəsi, xəstənin orqanizmini cərrahi aqressiyanın stress amillərindən müdafiə dərəcəsini yüksəldir, eyni zamanda xəstənin ümumi farmokoloji – ağrıkəsici preparatlarla yüklənməsinin qarşısını alır. Buna baxmayaraq, hər bir anesteziya, cərrahi müdaxilənin həcminə və xəstənin psixoloji durumuna uyğun gəlməlidir. Bununla bağlı, anestezioloqun və pasiyentin, keçirilmiş anesteziya və onun fəsadları barədə izahedici söhbətləri olmalı, ona görə ki, xəstələrin çoxu səhv təsəvvür nəticəsində R.A. imtina edirlər.
Medexpert:
Həmkarlarınıza nə arzulayardınız
F.Ə.
36 illik iş təcrübəsi olan həkim kimi, hesab edirəm ki, ixtisasında zirvəyə çatmış hər bir həkim, mükəmməl və peşəkar kardların hazırlanmasında öz Dövlətinə yardım göstərməlidir.
Bu günə qədər mən 18 həkim hazırlamışam, onlardan biri təbb elmləri namizədi, digəri isə, dissertantdır. Eyni zamanda qeyd etmək istərdim ki, bu məsələ ilə professor K.Hacımuradovun rəhbərliyi altında Həkimlərin Təkmilləşdirmə İnstitutunun anestezioloqiya – reanimatoloqiya kafedrası müvəffəqiyyətlə məşğul olur.
Medexpert:
Son olaraq işinizdən kənarda qalan maraqlarınız haqqında danışın
F.Ə.
Birmənalı şəkildə bu – mənim ailəmdir! Mənim anam, övladlarım, dostlarım! Səyahət etməyi sevirəm, yaxşı musiqini xoşlayıram. Mən özümü xoşbəxt adam hesab edirəm, buna görə mən öz valideyinlərimə və əlbətdə ki, Allaha borcluyam!
Medexpert.az administrasyası maraqlı müsahibəyə görə Sizə öz minnətdarlığını bildirir və Sizə, Böyük atanızın layiqli oğlu kimi qalmağı arzu edirik!
|