Azərbaycanda cəza çəkən qadın məhkumlar tibbi müayinədən keçirilib. | 5949 dəfə oxunub | Azərbaycanda cəza çəkən qadın məhkumlar tibbi müayinədən keçirilib.
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr mərkəzindən Trend-ə verilən məlumata görə, adıçəkilən qurumlan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə planına əsasən, avqustun 20-də baş tutan müayinənin məqsədi məhkum qadınlarda onkoloji xəstəliklərin erkən müayinəsi və xəstələrin müvafiq müalicəyə cəlb olunmalarıdır.
Müayinələr Bakı Səhiyyə Baş İdarəsinin, şəhər Onkoloji Dispanserinin onkoginekoloqlarının və ultrasəs müayinəsi həkim mütəxəssislərinin yaxından iştirakı ilə keçirilib.
Milli.Az






|
|
Sizin şərhiniz.
|