Bakıda daha bir üçəm doğuldu! | 5476 dəfə oxunub | Bakıda daha bir üçəm doğuldu. Üçəmlər Mərkəzi Klinik Xəstəxanada Samir və Elnarə Hüseynovlar ailəsində dünyaya gəliblər. Hüseynovlar 2007-ci ilin aprelində ailə qursalar da, 3 il tale üzlərinə gülməyib. Ötən gün isə onların üç oğul övladları olub. Uşaqların atası Samir Hüseynov övladlarının hər üçünün oğlan olduğunu əvvəlcədən bilmədiklərini deyir. USM zamanı uşaqlardan yalnız birinin oğlan olduğunu biliblər. Bu səbəbdən də körpə hələ doğulmamış onun adını Ömər qoyublar. O biri iki körpəyə gəlincə, ata və ana uşaqlara nə ad qoyacaqlarını hələ bilmirlər.
Uşaqların həkimi Sevda Həsənovanın sözlərinə görə, onların 34-cü həftələrində doğulmalarına baxmayaraq həyatları üçün heç bir təhlükə yoxdur. Erkən doğumun səbəbini 5 gün öncədən anada dölyanı mayenin axması ilə əlaqələndirən həkim uşaqların infeksiyalaşma riskləri olduğundan müəyyən müddət müalicələrinə ehtiyac olduğunu bildirir. Bunun da qarşısını almaq üçün üçəmlər hələ ki, bir həftə küveysdə saxlanacaq. Amma keysəriyyə əməliyyatı ilə keçən doğuşu həkim normal qiymətləndirir. “Uşaqların çəkiləri 1,800, 1,860, 1,180 kq-dır”.
Küvesdə saxlanan üçəmlərin vəziyyəti normal olarsa bir həftədən sonra valideynlərinə təhvil veriləcək və evə yola salınacaq.
Biz də "Medekspert.az" saytının Administrasiyası bizim həkim dostumuzu Samiri və onun həyyat yoldaşını səmimi qəlbdən təbrik edirik!!! |
Sizin şərhiniz.banucan@list.ru banu | 03.10.2010 | 23:21:27 Salam,men androloq Fuadla danismaq isterdim o,menim erimi muayine edir,adi Vuqardi,bilmek isteyirem nece muddetden sonra usaqimiz ola biler.
samirmoj@gmail.com Samir | 13.08.2010 | 16:38:05
Med Expert yaradicilarina və oxucularina minnətdarlıgımı bildirirəm və bütün kolleqalarıma xos xəbərlər arzulayiram. Allah arzusu olanlara da insaalaah qismət etsin-3, 5, 7 və daha cox, onda basa dusərsiz ki 3 usagin eyni vaxtda aglaması, yemək istəməsi, qısqırması və sair ne deməkdir!
sizlere ugurlar
|