Britaniya alimlərinin dediklərinə görə körpənin anadan olma müddəti təkcə onun səhətinə deyil, gələcək inkişafına da mənfi təsir göstərə bilər.
Həkimlərə bəllidir ki, belə problemlər dünyaya 24 həftə müddəti tamamında gələn uşaqlarda qeydə alınır.Lakin, 24 – 40 həftəlik körpələrin hansı risklər qarşısında olması hələ yetərincə öyrənilməmişdir.
Qlazqo Universitetinin (Böyük Britaniya)alimləri tərəfindən aparılan tədqiqatlar nəticəsində məlum oldu ki, əgər körpə bir həftə belə tez anadan olarsa, bu hal onda autizmin və disleksiyanın inkişafına səbəb ola bilər. Geniş miqyaslı, eksperimentdə 407503 məktəbli iştirak ediblər.
Nəticədə məlum olmuşdur ki, vaxtından əvvəl anadan lmuş oğlan uşaqlarının 8,4%-də təhsildə çətinlikləri əmələ gəlir (misal üçün: vaxtında anadan olan uşaqların ancaq 4,7%-nin təhsil zamanı yardıma ehtiyacı olur). Bundan əlavə, bu göstərici usaq nə qədər tez anadan olarsa bi o qədər artır. Beləliklə 33-36 həftəlik uşaqlarda risk 1,53 dəfə, 28-32 həftəliklərdə - 2,6 dəfə, 24-27 həftəliklərdə isə 6,92 dəfə artır.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, Böyük britaniyada uşaqların üçdə biri 37-39 həftəliyində anadan olur. Son illərdə, mütəxəsislərin fikrinə görə, anaların qeyri tibbi səbəblərlə əlaqədar vaxtından əvvəl doğuşa üstünlük verdiklərinə görə bu tandensiya daha da güclənir. Autizm hallarının sayı da artır: hal – hazırda hər 100 körpədən 1-2 bu xəstəlikdən əziyyət çəkillər.
Tədqiqat müəlliflərinin fikrinə görə, həkimlər həmçinin gələcək analar cərrahiyə yolu ilə doğuş etməmişdən əvvəl – bu geniş hal alan praktika olmasına baxmayaraq – necə risk aldıqları barədə düşünməlidirlər.
Bundan əlavə, sınaq keçirən alimlərin fikrincə, əldə olunan nəticələr, xüsusi təhsil ehtiyacları olan uşaqların disleksiya və ya autizmdən əlavə, eşitmə və görmə problemləri ola bilər, bu da xüsusi maarifləndirməyə diqqət yetirilməsini zəruri edir.
|