Bu xəstəliyə düçar olmanın artmasının əsas səbəblərindən biri niasinin (orqanizmin qıcqırma reaksiyalarında iştirak edən maddə) aşırı istifadəsidir.
İstifadə etdiyimiz qida və onların tərkibində olan maddələr piylənmə kimi xəstəliyin inkişafında mühüm əhəmiyyət kəsb edir. Alimlərin fikrin görə, bütün dünyada bu xəstəliyin epidemiyasının inkişafına, bir neçə onillik ərzində qidanın qlobal şəkildə dəyişməsi səbəb ola bilər. Bu prosesə təsir göstərən səbəblərdən biri də, qidanın tərkibində niasin adlı maddənin artması ola bilər. Lakin, onun orqanizmə uzunmüddətli təsiri hələdə tam öyrənilməyib.
Niasinə çovdar çörəyində, qarabaşaq yarmasında, ətdə, göbələkdə, ciyər və böyrəkdə rast gəlinir. Qida sənayesində bu kompanent E375 qida əlavəsi kimi istifadə edilir. Niasinə tələbat sutkalıq 15-20 qram təşkil edir. Bir qrup çin tədqiqatçıları nikotinamidin (niasinin) qidada artıq olmasının qlukazanın metabolizminə təsirini analiz etdilər. Müəyyən olundu ki, onun kəmiyyətinin artması ikifazalı effektə səbəb olur: birinci mərhələdə insulinə qarşı rezistentliyin əmələ gəlməsi, ikinci mərhələdə hipoqlikemiyanın inkişafı (şəkərin azlığı), bu da öz növbəsində iştahi stimmullaşdıraraq artıq çəkinin əmələ gəlməsinə səbəb olur.
Bundan əlavə, ABŞ-da uşaq və yeniyetmələr arasında piylənmənin səviyyəsi, qida məhsullarının tərkibində niasinin artımı səviyyəsi ilə paralel təşkil edir, yəni bu iki göstərici bir biri ilə əlaqəlidir. Sınaq təşkilatçılarının fikrinə görə, bu maddənin qəbulunu azaltmaq və fiziki yükü artırmaq bu xəstəliyi müalicədə əsas faktordur. Hal hazırda, onlar bu məsələnin gələcək tədqiqatlarını planlaşdırırlar. |