İtaliya alimlərinin hesablamalarına görə yuxusuzluq, həmçinin yuxunun uzun müddətli olması vaxtıdan əvvəl ölümə aparır, buna görə də onlar yuxunun normasını müəyyən ediblər.
Yaşlı insanların sutka ərzində azı 8 saat yuxu yatmağa ehtiyac duyduqları hamıya məlum idi, lakin indi Neapoldakı Frederiko II Universitetinin alimlərinin sayəsində yuxu normasına riayət etməyənlərin nə ilə qarşılaşacağı da məlum olub.
Tədqiqatçılar bütün dünyada 1,3 milliondan çox insanın iştirakı ilə, bir neçə onillik davam edən elmi işlərin nəticələrini ümumiləşdirdilər. 6 saatdan az yuxu yatan insanların 12 faizi vaxtından əvvəl dünyasını dəyişir. Buna yuxusuzluq nəticəsində əmələ gələn şəkərli diabet, piylənmə, yüksək təzyiq və xolestirinin yüksək səviyyədə olması şərait yaradır.
Britaniyanın Uorika Universitetində (University of Warwick) bu mövzuda araşdırmalar aparan Francesko Kappuççio (Francesco Cappuccio) iddia edir ki, bu böyük ehtimalnan, yuxu çatışmamazlığının hərəkətə gətirdiyi hormonal və metabolik proseslərin xəstəliklərlə nəticələnməsi ilə bağlıdır.
Cəmiyyət, bizi zaman keçdikcə daha az yatmağa vadar edir, nəticədə yuxu çatışmamazlığı da cəmiyyətin problemlərindən birinə çevrilib. Tədqiqatçıların qənaətinə görə Böyük Britaniya və ABŞ kimi inkişaf etmiş ölkələrin əhalisinin 20 faizi gecə ərzində 5 saatdan az yuxu yatırlar. Bir qayda olaraq əlavə iş və ya gecə növbəsində işlə əlaqədar baş verir.
Lakin, uzun müddətli yuxu yatanlar heç də vaxtından əvvəl sevinməməlidirlər. Sutka ərzində çarpayıda 9 saatdan çox müddət vaxt keçirmək sağlamlıq üçün o qədər də faydalı deyil, həmçinin vaxtından əvvəl ölümlə əlaqəlidir. F. Kappuççio hesab edir ki, bu halda xəstəlik insanın üzün müddət yuxu yatmasının nəticəsi deyil, səbəbidir.
“Yuxu” (Sleep) jurnalının may buraxılışının məlumatına görə - heç bir araşdırma zamanı 6-8 saatlıq yuxunun sağlamlığa zərərli ola biləcəyi barədə nəticə əldə edilməyib, buna görə də 6-8 saat yuxu norma hesab edilə bilər. F. Kappuççio bildirir ki, normadan kənara çıxma, müalicə edən həkimi narahat etməlidir, çün ki, bu pasientin orqanizmindəki hər hansı bir nasazlığa işarə ola bilər. |