Amerika alimləri nikotin asıllığı ilə mübarizədə qeyriadi müalicə üsulu kəşf ediblər. Siqaret çəkənlərə tanış olan nikotin saqqızların yerinə, həkimlər bu məqsədlə vaksindən istifadə etməyə tövsiyyə edirlər.Hal-hazırda ABŞ-ın 25 ştatlarında NicVAX adlanan vaksinanın kliniki təhqiqatları aparılır. O, Merilend ştatının Rokvil şəhərində yerləşən Nabi Biopharmaceuticals kompaniyasının məhsuludurи.
Vaksinin təsiri ondan ibarətdir ki,siqaret çəkərkən insan alışdığı həzzi almır. NicVAX immun sistemini, qana daxil olan nikotini birləşdirən anticisimlərin yaranmasını stimullaşdıraraq, nikotinin hematoensefalik baryerdən beyinə keçməsinin qarşını alır. Nəticədə siqaret çəkənləri cəlb edən həzz hissi yaranmır.
Vaksini icad edənlər ümd edirlər ki, bu yeni preparat tütün asıllığı ilə mübarizədə yararlı olacaq.
12 ay ərzində aparılacaq sınaqlar zamanı könüllü iştirakçılar bir neçə dəfə vaksinləşmə keçəcəklər. Tədqiqatların nəticələri 2012-ci ildə məlum olacaq.
|