BEYIN FIRTINASI NEDIR?
Amerikalı Edwin Land 1943cü ildə dəniz sahilində kiçik qızının fotoşəkilini çəkdiyi zaman qızı səbrsizliklə,'Ata! Nə üçün şəkili dərhal indi görə bilmirəm?' deyə soruşmuşdu.Bu sual atanı düşünməyə sövq etdi.Düşünməsinin səmərəsi isə, ona məşhurluq gətirən Polaroid maşınını kəşf etməsi oldu.Burada kiçik qız,o günə qədər düşünülməmiş və ya kəşf edilməmiş bir hadisə üçün atasına ilham qaynağı olmuşdur.Yeni kəşf və icadlara zəmin hazırlayan təsirli yollardan biri də beyin fırtınasıdır (ing:Brainstorming).
Beyin fırtınasının əsas prinsipi budur ki: Bir problemi həll etmək üçün hər hansı qrupun üzvləri mümkün olduğu qədər çox fikir söyləyib nəticə çıxarırlar.Buradakı problem yalnız bir çətin vəziyyət olmaya da bilər (Mənfi problem) . Müsbət bir problem də ola bilər.Məsələn bir şirkət, il sonunda əldə etdiyi qazancı ən məhsuldar bir şəkildə necə istifadə edəcəyini bir beyin fırtınası seansı ilə həll edə bilər.Beyin fırtınası seanslarında çıxarılan fikirlər məntiqsiz,dəlicə və görünüşcə qeyri-mümkün ola bilərlər.
Albert Eynşteyn bu mövzuya aid belə demişdir: " Ortaya atılan yeni fikirlərdə bir maraqlılıq, axmaqlıq yoxdursa bu fikirdə ümid də yoxdur deməkdir." Yəni başlanğıcda axmaq ideya kimi görünən bir fikir, beyin fırtınası qrupunun digər üzvləri üzərində müsbət təsirlər yarada bilər.Beyin fırtınası seansında görüşlər yüksək səslə deyilməli və dərhal yazılmalıdır.30-40 dəqiqəlik bir seansdan sonra bütün fikirlər üzvlər tərəfindən qiymətləndirilərək ən yaxşı fikir seçilər.
Beynimizin sağ tərəfinin,zehindəki şəkillərlə və ya hekayələrlə maraqlanmaqdan və çarpaz əlaqələr qurmaqdan xoşu gəlir.Beyin fırtınaları işləri sağ beyni xəbərdar edir.
Sərhədləri Məcbur edin
İnsan həyatında bir çox sərhədlər vardır və bu sərhədlərin kənarına keçmək riskli ola bilər. Həyatımızda fiziki sərhədlər olduğu kimi zehini sərhədlər da vardır. Zehin məhdudlaşdırmaları beyin fırtınası meydana gətirəcək şəkildə düşünməmizə icazə vermir,dəyişikliyə maneələr yaradır."Bu daha əvvəl sınanmadı,çox gücsüzüm,icazə verməzlər,edə bilmərəm,nə deyərlər,bu qədər də olarmı?.." kimi ifadələr zehini məhdudlaşdırmalara nümunədir.Zehni sərhədlər açıldığı zaman,qapılar açılar və yeni üfüqlər bizi gözləyər.Sərhədləri bəzən bir sual ilə aşmaq olur.Eynilə Edward Lande,ailəsinin fotoşəkillərini çəkərkən kiçik qızının 'fotoşəkillərimizi görmək üçün nə üçün gözləmək məcburiyyətindəyik?' sualında olduğu kimi. Sərhədlərimizi məcbur edək, düşünək, düşünək, dərin təfəkkürlərə dalaq.... Beynimizdə fırtınalar meydana gətirək. Nəticədə yeniliklər, yeni kəşflər edin....
www.samiratu.azeriblog.com
|