Penis ölçüləri, penis kiçikliyi, müayinə və müalicəsi.

Penis ölçüləri və penis kiçikliyi Penis ölçüsünün kiçik olduğuna (mikropenis) diaqnoz qoymaq üçün mütləq diqqətli bir müayinə aparılmalıdır. Burada: 1 – penis boyu ölçülməlidir (penis gərdirilərək və kökündən ucuna qədər olan uzunluğun xətkeş ilə ölçülməsi). 2 – sidik kanalının açıldığı yerə baxılır. 3 – penis kökünü əhatə edən yağ toxumasına baxılır. 4 – torbanın (skrotum) normal inkişaf vəziyyəti qiymətləndiri- lir. Bəzən penis normal olur amma artıq çəkidən (köklükdən) əziyyət çəkənlərdə yağ toxuması arasına sıxıldığından, kiçik qalmış kimi görünür. Normada körpə oğlan uşağı doğulduğunda penisin ölçüsü (gərilmiş vəziyyətdə kök-uc arası ölçülərək) təqribən 3,5 sm-dir. Əgər 1,9 sm-dən az olarsa, kiçik penis olaraq qiymətləndirilir. 16 yaşından sonra yetişkən yaş həddi sayılır. Bu yaşda penisin təqribi ölçüsü 13 sm olur. Əgər gərdirilmiş vəziyyətdə ikən 9.3 sm-dən qısa olarsa o zaman bu hal anormal sayılır. Yaşla əlaqədar penis ölçüsü aşağıdakı cədvəldə verilmişdir:
 Penisin kiçik qalmasının səbəbləri:

Müayinədə əsas diqqət yetirilməlidir:
Hekayə: Ailədə penis, xaya anomaliyaları, enməmiş xaya və sonsuzluq olması, karlıq, korluq, qoxu hiss etmə pozğunluqları barədə xəsət sorğulanır və hamiləliyi əsnasında ananın qəbul etdiyi dərmanlar araşdırılır. Fiziki müayinə: Uşaqda baş anomaliyası (mikrosefaliya), düşük qulaq, göz aralığı, əl-ayaq anomaliyaları müəyyən olunur. Penisin uzunluğu ölçülür, skrotum muayinə edilir (kiçik, bifid və s.), xayalar ölçülür, sidik kanalı ağızının açıldığı yer müayinə edilir. Tədqiqlər: Xromosom analizi, başın MRI araşdırılması, serumda testesteron (kişi cinsiyyət vəzinin hormonu), LH, FSH, kortizol, ACTH, TSH, GH, qan şəkəri analizləri edilir. Eyni zamanda yeni doğulmuşlarda, 13 ay – 14 yaş arasında və yetişkinlərdə daxil olmaqla ayrı-ayrı hormonal analizlər edilir. 14 yaşdan yuxarı yetişkinlərdə ən vacib mövzu penisdəki kiçikliyin yetkinlik çağındakı fizioloji gecikmədən, yoxsa hormon çatışmazlığından qaynaqlandığının ayırd edilməsidir. Bunun üçün əvvəlcə serumda testesteron, LH və FSH müayinəsi vacibdir. Əgər normadan aşağı olarsa, GnRH verilərək FSH və LH-ə, hCG verilərək testesterona baxılır. Normal olsalar üç həftə aralıqlarla testesteron (enantat 100 ng) 4 dəfə qəbul edilməlidir. Nəticədə penis böyüsə 1 il sonra təkrar hormonlara baxılır və bənzər şəkildə qiymətləndirilir. Əgər penis böyüməzsə o zaman doza artırılaraq analiz təkrarlanar və genital dəridən biopsiya alınaraq androgen qəbuledicilərinə (reseptorlara) baxılır. Müalicədə: Testesteron müalicəsi edilir. Bunun üçün inyeksiya edilər və ya jel şəklində dəriyə sürtülərək istifadə olunar. Müalicəyə daha uşaq ikən başlanmalı, fasilələrlə tətbiq olunmalı və hər il penis inkişafına nəzarət edilməlidir. Əgər penis öz inkişafını tamamlamışsa, veriləcək testesteronun bir faydası olmaz. Əgər hormonların normal olduğu idiopatik kiçik penis problemi varsa, bu şəxslərdə yetkin yaşa çatdıqda penis öz normal inkişafına başlaya bilər. Bu cür hallarda da erkən dövrdə testesteron verilməklə 70-80% müvəffəqiyyətli nəticə əldə etmək olar. Penis ölçüləri yuxarıda təklif edilən ölçülərə görə anormal deyilsə, əməliyyatla daha çox böyüdülməsi məsləhət görülmür. Bu məqsədlə ediləcək cərrahi cəhdlər, daha sonra problem yarada bilər. Ancaq, mikropenis diaqnozu qoyula biləcək qədər doğuşdan bir anomaliya varsa, estetik məqsədli düzəldici əməliyyatlara ehtiyyac vardır.
http://tebabet.azeriblog.com
|