Mikromayalandırma (Spermanın İntrositoplazmatik yeridilməsi, İCSİ )
Spermanın miqdarı, hərəkətliliyi və quruluşu normadan çox fərqlənirsə, mayalanma (İCSİ) mikromayalandırma üsulu ilə aparılır. Bu zaman hər bir yetişmiş yumurtahüceyrəyə bir spermatozoid daxil edilir. Demək olar ki, bütün hallarda, hətta İVF mayalandırmanın nəticə vermədiyi halda belə, mikromayalandırma yolu ilə müsbət effekt əldə etmək olar. Spermada spermatozoid tapılmadığı halda öz spermasından istifadə etmək istəyənlər üçün mikromayalandırma üsulu yeganə çıxış yoludur. Belə halda spermatozoidlər TESA manipulyasiyası zamanı birbaşa xayalıqlardan tapılır. Hətta mikromayalandırma zamanı belə bütün yetişmiş yumurtahüceyrələr mayalanmır. Hər iki üsulda orta mayalanma səviyyəsi 70-80%-dir.
Mayalandırmanın yoxlanılması və embrionların yetişdirilməsi
Yumurtahüceyrələr götürülənin sabahsı günü, onların mayalanması yoxlanılır. Mayalanmış yumurtahüceyrədə iki pronukleus görsənir. Onların biri yumurtahüceyrənin, digəri isə spermatozoidindir. Bir neçə saatdan sonra pronukleuslar birləşərək hüceyrə nüvəsini əmələ gətirirlər. Nüvədə genotipi təmin edən genlərə malik olan xromosomlar vardır. Mayalanmış yumurtahüceyrələr temperatur rejimini və karbon qazının miqdarını müvafiq səviyyədə saxlaya bilən xüsusi inkubatorlarda yetişdirilir. Bir gündən sonra yumurtahüceyrələr bölünməyə başlayırlar və onlar artıq embrion adlanır. Bölünmüş hüceyrələrin sayına və qurluşunun keyfiyyətinə əsaslanaraq ən yaxşı embrionlar uşaqlığa implantasiya edilmək üçün seçilir. Nisbətən yaxşı olanları isə dondurub saxlamaq olar.
Embrionun implantasiyası
Adətən yumurtahüceyrə götürüldükdən iki və ya üç gün sonra embrionlar uşaqlığa implantasiya edilir. Əgər söhbət birinci müalicədən gedirsə və embrionlar keyfiyyətlidirlərsə, qadının yaşı çox deyilsə, onda yalnız bir embrionu implantasiya edirlər. İki embrionun implantasiyası zamanı hamiləlik şansı çoxalır, lakin bu zaman cütdöllü hamiləlik riski də artır.
Embrionun implantasiyası çox sürətli və ağrısız əməliyyatdır. Adətən heç bir əlavə tibbi prosedurlara ehtiyac olmur. Embrion nazik plastmas katetor vasitəsilə uşaqlıq yolundan uşaqlığa daxil edilir. Əgər embrion uşaqlığın selikli qişasına yapışıbsa bir neçə gündən sonra hamiləlik baş verir. Uşaqlığın daxili boşluğu selikli gişa ilə tam örtülü olduğu üçün Sizin nə etdiyinizdən asılı olmayaraq embrion oradan düşə bilməz. İmplantasiyadan dərhal sonra, həkimdən sonrakı müalicə haqqında dəqiq təlimat alaraq evə gedə bilərsiniz. İmplantasiyadan sonra bir neçə gün ağır fiziki işlə məşqul olmayın.
Embrionun implantasiyasından hamiləlik testinə qədər
İmplantasiyadan iki həftə keçənədək hamiləlik testinin göstəricisi dəqiq sayılmır. Bir çoxları bu iki həftəni müalicənin ən çətin dövrü hesab edir. Prosedurlar və hormonal müalicə dövründə, şəxsi vizitlər və telefon danışıqlarının köməyi ilə klinika ilə sıx əlaqə saxlanılır. Bu zaman Siz istənilən sualları müzakirə edə və qısa konsultasiyalar ala bilərsiniz. İmplantasiyadan sonra isə yalnız gözləmək və ümid etmək qalır ki, embrion uşaqlığın selikli qişasına yapışsın və hamiləlik baş tutsun.
Hamiləliyi təyin edən test
İmplantasiya olunmuş embrionlardan biri və ya hər ikisi uşaqlıq divarının selikli qişasına birləşirsə hamiləlik baş verir. Bu implantasiyadan bir neçə gün sonra baş verir. Hamiləlik testi, uşaqlığın divarına birləşmiş embrionun ifraz etməyə başladığı IQH-nun təyininə əsaslanır. Qana görə hamiləlik testi implantasiyadan 12 gün sonra aparılır. Sidikdə IQH-nun təyini isə 14 gündən sonra mümkündür. Qan analizi IQH-nun dəqiq miqdarını, sidik analizi isə nəticənin müsbət və ya mənfi olduğunu təyin edir.
Hamiləlik dövründə həkim nəzarəti
Hamiləlik testləri müsbət nəticə göstərirsə bunu ultrasəs (USM) vasitəsilə də təsdiq etmək lazımdır. Birinci USM adətən implantasiyadan 4-5 həftə sonra aparılır. Bu zaman rüşeymin yerini və hətta çox vaxt rüşeymin ürəkdöyünməsini də eşitmək mümkündür.
Normal hamiləlik zamanı döl uşaqlıq boşluğunda inkişaf edir. USM ilə dölün ürəkdöyünmələrini eşitmək və ya ən azı rüşeym qovuğunu (kisəsini) görmək olur. Dölü uşaqlıqda müşahidə etmək mümkün deyilsə, bunun iki səbəbi ola bilər: ya vaxtından qabaq düşük baş vermişdir və ya embrion lazım olmayan yerə, məsələn uşaqlıq borusuna birləşmişdir. Bütün hamiləliklərin təqribən 2%-ə yaxını uşaqlıqdankənar hamiləliklə nəticələnir. Bu hamiləliklər ya özbaşına qurtarır, yəni düşük baş verir, ya da ki, cərrahi müdaxilə tələb edir. Sonzuzluğun müalicəsi nəticəsində baş vermiş hamiləliklərin bir qismi birinci USM-ə qədər düşüklə başa çatır. Biokimyəvi hamiləliklər adlandırılan belə hamiləliklər bəzən təbii yolla hamilə qalmış qadınlarda da müşahidə edilir. Lakin bu zaman düşük elə ilkin dövrdə baş verir ki, qadın hamilə olduğunu başa düşə bilmir.
Hamiləliklə əlaqədar ilk USM üçün Siz, klinikamızdakı həkiminizin və ya şəhərdəki digər ginekoloqun qəbuluna yazıla bilərsiniz. Bundan sonra hamiləliyə nəzarət Sizin istəyinizdən asılı olaraq qeydiyyatda olduğunuz poliklinikada və ya şəxsi qadın məsləhətxanalarında aparıla bilər. Biz öz işimizi statistik nəticələrə görə qiymətləndirdiyimiz üçün hamiləliyin gedişi haqqında məlumatı bizə telefonla və ya elektron-poçtu ilə verməyinizi xahiş edirik.
İn vitro mayalandırma kimi mikromayalandırma da sonsuzluğun müalicəsinin effektiv üsullarından biridir. Bu üsul əsasən kişi sonsuzluğunda tətbiq edilir. Spermatozoidlərin sayı, quruluşu, hərəkətliliyi normadan kənardırsa onların təbii yolla mayalandıra bilmək qabiliyyəti aydındır ki, çox aşağıdır. Buna görə də mikromayalandırma üsulundan istifadə edilir ki, bu zaman bilavasitə hər bir yetişmiş yumurtahüceyrəyə bir spermatozoid inyeksiya edilir. Ənənəvi İVF üsulu ilə müalicə zamanı nəticə alınmadıqda da İCSİ üsulundan istifadə etməklə, demək olar ki, həmişə mayalanmaya nail olmaq olur. Həmçinin bu üsul spermada spermatozoidlərin olmadığı halda, öz spermatozoidlərindən istifadə etmək istəyənlər üçün yeganə şansdır. Belə ki, bu zaman spermatozoidlər birbaşa xayalardan yığılır. TESA manipulyasiyası nəticəsində hətta mikromayalanmadan sonra belə, bütün yumurtahüceyrələr mayalanmır. İstər İVF istərsə də İCSİ üsulu orta hesabla 70-80% yumurtahüceyrənin mayalanmasına səbəb olur.
http://www.avaclinic.az
|