Uşaqla səyahət
Uşaqların əksəriyyəti uzun müddətli avtomobil, təyyarə, gəmi və qatarla səyahətdə ürəkbulanmasından əziyyət çəkir. Xüsusilə də yedikləri qidalar bulantı yaradan (qızarmış kartof, dondurma və s.) şeylərdirsə bu hal daha tez-tez baş verir.
Uşaqla səyahət edəndə:
• Tibbi - əgər uşağınız əvvələr də yolda ürəkbulanmadan əziyyət çəkibsə, həkimlə məsləhətləşib ürəkbulanmanın qarşısını alan dərman istifadə edə bilərsiniz. Amma belə dərmanların əks təsiri olduğunu nəzərə alaraq bunları məcbur olduqda istifadə edin. Uşaqlara ürəkbulanmaya qarşı olan dəriyə yapışdırılan dərmanlar istifadə etməyin;
• Dəniz lenti (bilərziyi) – bunlar biləyə bağlanan ürəkbulanmanın qarşısını alan elastik bilərziklərdir. Bu bilərzikləri uzun illər dənizçilər istifadə edib. Adına baxmayaraq bilərzik quru yol səyahətində də eyni təsirə malikdir. Bilərziklər rahat taxıla bildiyinə və ucuzluğuna görə çox istifadə edilirlər. Dəniz lenti uşağın qoluna boş olduqda tikib daralda bilərsiniz;
• Boş mədə - uşağın mədəsi boş olduqda ürəkbulanma riski daha yüksək olur. Buna görə də yolda uşağınızı yüngül qidalarla az-az və tez-tez yedizdirin. Yolda yağlı qidalardan uzaq olun. Qazlı və meyvə şirələri ürəkbulanmanı artırır. Buna görə də adi su içirdin;
• Hava – təmiz hava ürəkbulanmanı azaldır;
• Yuxu – ürəkbulanmanın olmaması üçün səyahətdə ən yaxşı vasitə yuxudur. Əgər yatmırsa gözlərini yumması da kömək edir;
• Fikrini dağıtmaq – bəzən uşağın diqqətini mədəsindən kənara çəkmək lazımdır. Bunun üçün yola çıxanda uşağın sevimli oyuncağını, kitabını və bu kimi başqa əşyaları özünüzlə götürməyi unutmayın;
• Salafan torba – bütün bunlara baxmayaraq hər ehtimala qarşı əlinizdə bir torba saxlamağınız məsləhətdir. Bəzən uşaqlar ürəkbulanmalarını ifadə edə bilmirlər.
http://atlasmed.az |