37 dərəcə
Uşaqları ilə bağlı valideynləri çox narahat edən problemlərdən demək olar ki, birincisi hərarətdir.
Valideynlər bu halla çox tez-tez rastlaşırlar. İnfeksion xəstəliklər immun sistemi hələ tam inkişaf etməyən 3 yaşdan kiçik uşaqlarda daha çox rast gəlinir. Buna görə də ana-atalar hərarətin niyə qalxdığını, necə ölçüldüyünü və qarşısını necə almaq lazım olduğunu, hərarəti qaldıran infeksiyalarıın əlamətlərini, bunların nə vaxt və necə müalicə olunmasını bilməlidirlər.
Hərarət orqanizmin müxtəlif virus, bakterya və digər mikroorqanizmlərlə mübarizəsi nəticəsində yaranır.
Hərarətin başlıca səbəbi infeksiyalardır və uşağın həyatının ilk 5 ilində özünü daha çox biruzə verir. Mütəxəssislər valideynlərə məsləhət görürlər ki, uşaqda istilik hiss etdikdə əlləri ilə deyil, termometrlə yoxlasınlar. Çünki, alının istiliyi bədənin istiliyini tam göstərə bilmir.
İnsanlar üçün normal bədən istiliyi 37 dərəcədir. Mütəxəssislərin fikrinə görə, uşaqın istiliyi qulaqdan 37.8, qoltuq altından 37.2 və ağızdan 38 dərəcədirsə deməli onun hərarəti var.
Hərarət olduqda Diqqət!
• 3 ay və bundan kiçik uşaqlarda hərarət olduqda mütləq həkim müayinəsi olunmalıdırlar;
• körpələrdə orqanizmin su çatışmamazlığı ciddi problemlərə yol aça bilər. Bunun üçün də hərarəti olan uşağa çoxlu maye – su, şorba, meyvə şirələri verilməlidir;
• uşaq yemək istəmirsə məcbur etməyin, nə yemək istəyirsə az miqdarda verin;
• alın, qoltuq altları, qasıqlar və ayağın altını ilıq su ilə kompreslər etmək lazımdır. Soyuq su və spirt hərarətin qalxmasına səbəb ola biləcək titrəmə yaratdığından məsləhət deyil;
• çox geyim hərarəti qaldıracağına görə nazik geyindirmək lazımdır;
• bütün bunlardan sonra hərarət enməzsə həkimə müraciət edilməlidir!
http://atlasmed.az |