ÇƏPGÖZLÜK NƏDİR? Hər iki gözün eyni yönə baxmaması və paralel hərəkət etməməsi vəziyyətidir. Bir göz düz baxarkən, digər göz içəri, çölə, yuxarı və ya aşağıya doğru qaçır. Bu hal çəpgözlük adlanır.
Qaçma növləri İçəri qaçma (Esotropya) Kənara qaçma (Ekzotropya) Aşagı qaçma (Hipotropya) Yuxarı qaçma (Hipertropya)
Burun kökünün yastı olması,üzün asimetriyası,göz qapağının anomaliyaları səbəbi ilə gözdə qaçma varmış kimi görünə bilər. Bu yalançı çəpgözlük adlanır.
Çəpgözlüyün Səbəbləri Nələrdi?
- İrsi ola bilər,
- Eynəyə ehtiyac olduğu halda ondan istifadə olunmaması,
- Gözü hərəkət etdirən əzələlərdə anomaliyalar,
- Nevroloji problemlər (Daun Sindromu və ya beyin iflici kimi hallar) nəticəsində çəpgözlük meydana gələ bilər.
Çəpgözlüyün Əlamətləri
- Bir gözün qaçması (ən tipik əlamət),
- Çəpgözlüyü olan uşaq hər iki gözüylə birgə görmək üçün başını bir tərəfə əyə bilər,
- İşıga qarşı həssaslıq,
- Oxuyan zaman bir gözünü yumma,
- İkili görmə,baş ağrısı və yorğunluq kimi simptomlar ola bilər.
Çəpgözlüyün Müalıcəsi Çəpgözlüyün Müalıcəsində məqsəd, görmə kəskinliyinin artırılması, əgər varsa anormal baş pozisiyasının,ikili görmənin düzəldilməsi,sərbəst göz hərəkətlərinin təmin edilməsi və kosmetik effekt əldə edilməsidir.
- İlk öncə refraktiv qüsur düzəldilməlidir.
- Göz tənbəlliyi varsa müalicə olunmalıdır.
- Göz məşqələləri tətbiq oluna bilər.
- Cərrahi müalicə.
www.celamig.com
|