HİV-AIDS-lə yaşayan insanlar
Bu mövzüya toxunarkən HİV və AIDS-lə yaşayan insanlar haqqına danışmamaq olmaz. Onlar üçün cəmiyyətin və onların yanında olanların dəstəyinin nə dərəcədə əhəmiyyətli rol oynamasını da unutmaq lazımdır.
Müxtəlif insanlar HİV/AIDS-lə bağlı hallarda müxtəlif hisslər keçirirlər. Kimin üçünsə bu kifayət qədər mücərrəd anlayışdır və bu insanları əsasən virusun nə dərəcədə yaılması və yoluxucu olması maraqlandırır. Digərləri üçün onların mühitindəki az tanınmış olan insanlar haqqındakı söhbətlər və şayiələrdir. Kimin üçünsə bu çox ciddi və vacib məsələdir, çünki bu problem ona yaxın olan insanlara: dostuna, iş yoldaşına, qohumuna və sadəcə olaraq tanışına aiddir.
HİV/AIDS-lə yaşayan insanlarla münasibətdə olan bütün insanların hisslərini ümumiləşdirən bir neçə məqamlar mövcuddur. İlk öncə bir çoxu infeksiyaya yoluxmaqdan qorxur. Bu adi haldır: bu qorxu adətən onunla əsaslandırılır ki, insanların HİV infeksiyasının ötürülməsi yolları haqqında məlumatı yoxdur. Bir qayda olaraq, vaxtlı-vaxtında əldə olunmuş düzgün informasiya bu qorxuları aşmağa yardım edir. Bir çoxları digərlərinin HİV/AIDS-lə yaşayan insanlarla qorxusuz ünsiyyətdə olmasını gördükdə özlərini rahat hiss edirlər. Güvəndiyiniz həkimdən məsləhət almaq da faydalıdır: peşəkar həkim kitablarda oxunanları və ya kütləvi informasiya vasitələrindən öyrənilənləri təsdiq və ya təkzib edə bilər.
Bir çoxları deyirlər ki, HİV/AIDS-lə yaşayan insanlarla ünsiyyətdə olmaq qorxusu yad mühitdə olarkən yaranan narahatlıqla eynidir: necə özünü aparmağı, ünsiyyətə necə girməyi, nə haqqında danışmaq və ya danışmamaq lazım olduğunu bilmirsən. Əslində isə HİV/AIDS-lə yaşayan insanlarla ünsiyyətdə olmaq digər insanlarla ünsiyyətdə olmaqdan fərqlənmir: əsas odur ki, özün olaraq qalasan.
Biz aşağıda HİV-lə yaşayan insanın fikirlərini göstərmişik. Yəqin ki, məhz HİV-lə yaşayan insan ətrafdakıların ona qarşı olan münasibətini və həmin insanların ona necə münasibət bəsləmək istədiyini göstərə bilər.
Cəmiyyətdə belə bir fikir mövcuddur: «HİV - mənfi haldır» və bütün HİV-ə yoluxanlar mənfidirlər və HİV- risk qrupundan olan insanların xəstəliyidir. Lakin digər insanlar da yoluxa bilərlər. İnsanların humanist münasibəti HİV-ə yoluxan insanların qorxularını azaldır və dialoqu mümkün edir.
Mənə elə gəlir ki, insanlara daha çox informasiya təqdim etməklə buna nail olmaq olar.
Səndə HİV olması xəbərinə insanların necə reaksiya göstərdiyinə gəldikdə isə bu halda hər şey insanın özünün dərk etməsindən asılıdır. Bir çoxları qorxurlar, ən yaxın dostları tədricən ondan uzaqlaşırlar.
HİV-ə yoluxan insanlar tamamilə normal həyat tərzi keçirirlər. Lakin bir çox insanlar bilmirlər ki, HİV-lə müəyyən bir müddət sağlam yaşamaq olar. HİV-lə yaşayan insanın öz xəstəliyi haqqındakı fikri tamamilə başqadır.
Biz hissələrə parçalanmırıq, bugünkü gün HİV hətta mənim həyatımı yaxşılaşdırdı: mən siqaret çəkmirəm, içki içmirəm, narkotiklərdən istifadə etmirəm və hər günümə sevinirəm.
İstərdim ki, mənə qarşı münasibət daha humanist olsun. Əlbəttə ki, bunu tələb etmək olmaz, ancaq yaxşı olardı ki, insanlar bu barədə daha çox informasiyaya malik olsunlar.
Mənə heç kimin rəhmi lazım deyil, mən sadəcə olaraq onu istəyirəm ki, mənə adi insan kimi münasibət bəsləsinlər. Və xəstəlik haqqında az xatırlatsınlar. Mən sadəcə olaraq özüm kimi qalmaq istəyirəm.
Hərdən mən özüm insanlara məlumat verirəm, onlara virus haqqında danışıram.
Bir çoxları mənimlə real görüşdən sonra öz münasibətini dəyişir. Bu həqiqətən də kömək edir. İnsan qarşısında HİV-lə yaşayan normal və təhlükəsiz insan gördükdə fikri dəyişir. Bu işdə anlayış vacibdir. Anlayış – problemi anlama və ona hörmətlə yanaşma deməkdir.
Əgər siz HİV/AIDS-lə yaşayan tanışınızı və ya kolleqanızı qəbul edə bilmirsinizsə, sadəcə olaraq çalışın məzəmmətləriniz və anlayışsızlıığınızla ona daha da çox əziyyət verməyəsiniz. Çalışın bu məsələ üzrə daha dolğun informasiyaya sahib olasınız və öz qərarlarınızı şayiə və uydurmalara deyil, real faktlara əsaslandırasınız.
www.gfaids.az