Müalicə
HİV/AIDS-in müalicəsi kompleks məqsədlər güdür:
Orqanizmdə virusun sayının azaldılması, virusun replikasiyasını (çoxalmasını) dayandırmaq, immun funksiyalarını qorumaq və ya bərpa etmək, immunçatışmazlığı fonunda yaranan opportunist infeksiyaların qarşısını almaq və ya onları müalicə etmək. Vaxtlı-vaxtında və düzgün təyin olunmuş müalicə sağlamlığı qoruyub saxlamağa və İİV infeksiyasına yoluxan xəstələrin həyatını uzun bir müddətə uzatmağa imkan verir.
HİV infeksiyasının müalicəsində tətbiq olunan dərman preparatları virusu «öldürmür», sadəcə olaraq HİV-in çoxalma prosesini pozmaqla və qanda virus hissəciklərinin («virus yüklənməsi») sayının azalması ilə ifadə olunan fəallığını dayandırmaqla virusun əsas fermentlərinin funksiyasını təcrid edir. HİV fəallığının aşağı salınması immun hüceyrələri sayının bərpa olunmasına gətirib çıxarır (CD4- limfosit). İmmun sisteminin azlığını göstərən xəstəliyin kliniki simptomlarının olması və ya CD4- limfositləri sayının 1 ml qanda 350 hüceyrədən az olması virusaqarşı terapiyanın başlanması göstəriciləridir.
HİV infeksiyasının müalicəsi üçün antiretrovirus preparatlarından istifadə olunur. Onlar virusa mane olur, onun çoxalmasını gecikdirir və İİV infeksiyasının artma simptomlarını yumşaldır. Effektli antiretrovirus terapiyası üç və ya dörd virusaqarşı preparatların eyni zamanda tətbiqini tələb edir. Buna kombinasiya edilmiş terapiya deyilir. Antiretrovirus preparatları HIV/AIDS-lə yaşayan insanların həyatlarının bir neçə onilliklərə uzadılmasına imkan yaradır. Bugünkü gün antiretrovirus preparatları HİV-i sonadək müalicə etmək iqtidarında deyil, lakin bir çox hallarda antiretrovirus müalicəsi AIDS-in inkişafının və ya vərəm və xərcəng xəstəlikləri kimi bir çox yanaşı gedən xəstəliklərin qarşısını alır. Bundan əlavə bu preparatlar sayəsində HİV/AIDS-ə yoluxmuş insanlar yüksək həyat keyfiyyətini, əmək qabiliyyətliliyini və öz ailələrinin qayğısına qalmaq imkanını qoruyub saxlayır.