Endokrin mənşəli artıq çəki
Qadınlarda tez-tez rast gəldiyimiz aybaşıqabağı sindrom, yumurtalıqların polikistozu, fibromialgik sindrom, xroniki yorğunluq sindromu və depressiyanın bir çox növləri hormonal balansa təsir göstərir. Yaş ötdükcə bu dəyişikliklər artır və müəyyən simptomlar meydana çıxır. Orta yaş dövründə qadınların çəki artırmalarına səbəb olan bu problemlərə nəzər yetirməzdən əvvəl bəzi göstəricilərlə tanış olaq. Premenopauza-qadınlarda requlyator menstruasiya və normal hormonal balansın müşahidə edildiyi perioddur.
PerimenopauzaEstradiol və yaxud progesteron kimi hormonların əmələ gəlməsinin aşağı düşməsi,bunun nəticəsi olaraq menstruasiyanın requlyatorluğunun pozulması və hər ay ifraz olunan qanın həcminin dəyişməsi ilə xarakterizə olunan mərhələdir.
Postmenopauza-menstrual tsiklin tamamilə dayanmasından sonrakı perioddur. Aybaşıqabağı sindromdan həm premenopauza,həm perimenopauza dövründə olan qadınlar əziyyət çəkir. Klimakterik period adlanan və pre və perimenopauzanı əhatə edən dövrdə hormonların səviyyəsi normal reproduktiv miqdarına nisbətən aşağı düşür. Bəzi qadınların bu periodu asan keçirməsinə baxmayaraq, 80-85% hallarda qadınlar kökəlmədən, yuxusuzluqdan, qeyri-aktiv seksual həyatdan, yaddaşın zəifləməsindən və.s dən şikayət edirlər. Estradiol itkisi və kartizolun miqdarının artması ilə müşahidə olunan bu etapda hormonal balansın dəyişilməsi qadını daha da situasiyon stressə məhkum edir. Bu kimi proseslər və stress hormonları ilə yumurtalıq hormonlarının birgə fəaliyyətinə zəmin yaradaraq, piylənmə kimi xoşagəlməz dəyişikliklərə səbəb olurlar. Yumurtalıqların polikistozu və X sindromu-nu artıq çəkinin ciddi səbəbi kimi qəbul etsək, deyə bilərik ki, hal-hazırda qadınların 6%-i premenopauzal dövrdə bu endokrin pozğunluqdan şikayət edir. Qarın nahiyyəsində yağların toplanması, üzdə tüklənmə və.s “kiçik kosmetik” problem kimi qeydə alınan bu proses insulinə qarşı rezistentliyin aşağı düşməsi, xolesterinin səviyyəsinin və qan təzyiqinin yüksəlməsilə xarakterizə olunur. Xroniki yorğunluq sindromundan kişilərə nisbətən 70% hallarda qadınlar əziyyət çəkirlər. Xroniki yorğunluq sindromu bir çox səbəblərdən baş verə bilər. Bizi maraqlandıran bir səbəblə tanış olaq: Yumurtalıq hormonlarının səviyyəsinin dəyişməsini nəzərə alaraq deyə bilərik ki, estradiol və testesteron metobolizmi enerjinin azad olunmasını stimulə edir.Metobolik proseslərin açarı hesab olunan bu hormonların itkisi yorğunluğa,maddələr mübadiləsinin sürətinin azalmasına və izafi çəkiyə gətirib çıxarır. Fibromialgiya-xroniki xəstəlik olub,əzələlərdə və bədənin müxtəlif nahiyələrində ağrılara.yuxu pozğunluğuyla, zəifliklə xarakterizə olunur. Bəs əzələ ağrıları çəkinin artmasına necə təsir göstərir? İlk olaraq bu sindrom sizin enerjinizi tükəndirir. Tam əminliklə deyə bilərik ki,bu hallarda siz fiziki məşğuliyyətlərdən boyun qaçırırsız.Bu həmçinin yaş ötdükcə testosteron və estradiolun səviyyəsinin aşağı düşməsi əzələ kütləsinin azalmasına, yağların toplanmasına səbəb olur. Bütün bunların yekunu olaraq demək istərdik ki, orta yaş dövründə bütün qadınlar özlərinə xüsusi diqqət yetirməli, orqanizmin və psixikalarının qeydinə qalmalıdırlar www.pcr.az |