Yenidoğulmuşların pnevmoniyası
Pnevmoniya – ağciyər parenximasının kəskin infeksion iltihabi xəstəliyidir. Yenidoğulmuşlarda pnevmoniyanı xüsusiyyətinə, klinik ağırlaşmalarına görə xüsusi qrupa ayırd edilir. Xəstəliyin gedişinə görə, anadangəlmə (bətndaxili) və neonatal pnevmoniya ayırd edilir. Anadangəlmə pnevmoniya yenidoğulmuşlarda bətndaxili infeksiyalar (ən çox sitomeqalovirus, sadə herpes virusu,mikoplazma) və ya dölyanı mayenin aspirasiyası (β qrupundan olan streptokokk, bağırsaq çöpü, klebsiella, xlamidiya, anaerob flora, sitomeqalovirus, şərti patogen göbələk) zamanı yaranır. Neonatal pnevmoniyalar erkən(körpə həyatının ilk 5-6 günündən) və gecikmiş (artıq ikinci həftədən ) ayırd edilir. Morfoloji dəyişikliklərinə görə, yenidogulmuşların ağciyərində pnevmoniya çox vaxt ocaqlı və interstisial olur. Klinik simptomlar ümumi intoksikasiya, tənəffüs çatmamazlığı, metabolik pozulmalar şəklində müşahidə olunur.Bədənin hərarəti normal,ya da subfebril olur. Əsasən, əzginlik, əzələlərdə zəiflik, aşağı hərəki aktivlik, m.s.s.-də isə oyanıqlıq və qıcolma müşahidə olunur. Körpə döş əmməkdən imtina edir, ürəkbulanma, qusma, nadir hallarda öskürək qeydə alınır. Pnevmoniyanın ağır formasında ürək-damar sisteminin çatmamazlığı, qaraciyərin böyüməsi, kiçik və böyük qan dövranında durğunluq, ağciyərdə maye toplanması müşahidə olunur. Pnevmoniyanın kəskin formasında isə ağciyər toxumasının destruksiyası, pnevmotoraks müşahidə olunur. Pnevmoniyanın diaqnozunu,əsasən, bu simptomlar ilə təyin edirlər:
- Bu xəstəliyə məxsus olan ümumi simptomlar.
- Üç sutkadan artıq davam edən febril hərarət.
- İntoksikasiyanın əlamətləri(iştahsızlığın olması,yuxunun pozulması,əzginlik,yorğunluq).
- Ağciyərdə lokal simptomların aşkarlanması.
- Tənəffüsün dəyişməsi və həmin hissədə bronxofoniyanın güclənməsi.
- Lokal kiçik kalibrli xırıltının olması və krepitasiya.
Diferensial diaqnostika.Pnevmoniyanı çox vaxt yuxarı tənəffüs yolları ilə diferensasiya edirlər. Yuxarı tənəffüs yolları üçün xarakter əlamətlər: intoksikasiya, burun boşluğunda kataral dəyişiklik, xəstəliyin ilk günlərində yüksək hərarət. Yüksək hərarət üç gündən sonra aşağı düşür, rengenoloji dəyişiklik ağciyərdə qeydə alınmır. Kəskin bronxit üçün xarakter olan öskürək öncə quru,daha sonra yaş ilə əvəz olunur. Təngnəfəslik qeydə alınmır,perkusiya zamanı qutu səsi eşidilir.
RejimMüalicənin yaxşı nəticə verməsi üçün körpəyə ana tərəfindən individual qulluq olunması tələb olunur. Körpənin vəziyyətini tez-tez dəyişmək şərti ilə yataq rejimi tətin olunur. Pnevmoniyanın ağirlaşmış formasında 6-12 həftə ərzində fiziki yük əks göstərişdir.
PəhrizUşağın qidası zülal,yağ və karbohidratlarla zəngin olmalıdır. Lakin xəstəliyin kəskin dövründə iştahanın aşağı olmasını nəzərə alaraq, tez-tez ancaq az porsiyalarla uşağın sevdiyi yeməklər ilə qidalandırmaq lazımdır. Hərarət aşağı düşdükdən dərhal sonra, iştah yenidən normaya düşür. 6 ayına qədər körpələrə isə ana südü ilə qidalanma məsləhət görülür. Rasional qidalanma rejimində fizioloji sutkalıq tələbatı nəzərə alaraq, maye qəbulu mütləq vacibdir.
ProfilaktikaKəskin pnevmoniyanın profilaktikası üçün ilk növbədə sağlam həyat tərzi, körpəyə individual qulluq, körpə həyatının ilk aylarından orqanizmin möhkəmləndirməsi çox böyük rol oynayır. Bundan başqa qrippə qarşı vaksinə etməklə, respirator infeksiyaların aktivləşən vaxtı xəstə uşaqlarla təmasda olmamaqla pnevmoniyanın qarşısını almaq olar.
Pnevmoniyanın ən arzu olunmayan ağırlaşması pnevmotoraks ilə gedən kəskin irinli-destruktiv proses hesab olunur. Körpə həyatının ilk illərində pnevmoniyanın törədiciləri 10-30% hallarda stafilokokklar, klebsiella, yaşıl irin çöpləridir. Astenik klinikaya malik pnevmoniyalar əksər vaxt sağalma ilə nəticələnir. www.pcr.az |