Qripp
Qripp - A, B, C növ viruslar tərəfindən törədilən, kəskin respirator antroponoz infeksiya olub, yuxarı tənəffüs yollarının, bəzən də traxeyanın epitel qatının selikli qişasının zədələnməsi ilə müşahidə olunur. Bu çox qlobal və sürətlə yayılan xəstəliklərdən biridir.
EtiologiyasıTörədici RNT genomlu virus olub, Orthomyxoviridae ailəsindəndir. Üç növ virus ayırd edilir: A, B, C. A növ viruslar insanları, bir çox heyvanları (atlar, donuzlar və s.) və quşları yoluxdurur. B və C növ viruslar isə yalnız insan üçün patogendir.
EpidemiologiyasıXəstə şəxsin epidemioloji təhlükəli olmağı yuxarı tənəffüs yollarında virusun miqdarından və kataral sindromdan asılıdır. Virusun uzun müddətli ayrılması xəstəliyin kəskinləşməsi və ağırlaşması ilə gedən xəstələrdə müşahidə olunur.
Ötürülmə mexanizmiAerozol, yoluxma yolu-hava-damcı. Virusa yoluxma, əsasən, tüpürcək, selik vasitəsilə, danışıq zamanı, öskürək və asqıraq zamanı baş verir. Təbii qida ilə qidalanan körpələrdə 9-10 aya qədər ananın qrippə qarşı antitelləri aşkar olunur, süni qida ilə qidalanan körpələrdə isə 2-3 ayına qədər aşkar olunur. Doğum evlərində qrippin kəskinləşməsi zamanı, yenidoğulmuşlar bu xəstəliyə çox tez yoluxurlar və ağır keçirdirlər.
Epidemioloji əlamətləriQripin kəskinləşməsi zamanı xəstəlik epidemiya şəklində əhali arasında tezliklə yayılır, çox ciddi, sosial və tibbi problemlər yaradır. Periodik olaraq, hər 2-3 ildən bir qripp yeni antigen virus şəklində meydana çıxır. Bu, əsasən, qrippin A növ virusuna aiddir. B növ qripp çox gec yayılır və əhalinin 25%-ni yoluxdurur. Qripp zamanı ölüm faizi yüksək olmasa da, ancaq qrippin agırlaşması kimi meydana çıxan pnevmoniyadan bir yaşa qədər uşaqlarda ölüm halları 30% təşkil edir.
PatogenezVirus qripp yuxarı tənəffüs yollarının (traxeya, bronx) selikli qişasına düşdükdə, bir qat epitelin hüceyrələrində çoxalırlar. Daha sonra bütün müdafiə baryerləri keçərək, virus qana keçir. Virusemiya inkubasion dövrdən başlayaraq,bir neçə gündən iki həftəyədək davam edir. Virusun öz toksinləri olmadığına görə,qripp zamanı intoksikasiya ilk növbədə endogen bioloji aktiv maddələrin hesabına əmələ gəlir. İntoksikasiyanın, toksik-allergik reaksiyanın inkişafı və bioloji aktiv maddələrin hüceyrəsinin dağılması qanın reoloji xüsusiyyətinin pozulmasına,bəzən isə infeksion-toksik şokun əmələ gəlməsinə səbəb olur. Həmçinin, virus hematogen şəkildə orqan və sistemə məsələn: ürək, əzələ, mərkəzi sinir sisteminə daxil olur. Mikrosirkulyasiyanın və elektrolit balansının pozulması beyində və ağciyərlərdə ödemin əmələ gəlməsinə səbəb olur, miokardda isə distrofik dəyişikliklər müşahidə olunur.
Klinikaİnkubasion dövr çox qısa olur. Bir neçə saatdan beş günə qədər davam edir. Xəstəlik yüngül, orta-ağır və ağır formada keçə bilər. Klinik şəkildə ağırlaşmamış qripin üç sindromu müşahidə olunur: intoksikasion, kataral və hemorragik. İntoksikasion sindrom – xəstəliyin kəskin başlanğıcında hərarətin 40 º C-yə qədər qalxması, üşütmə ilə müşahidə olunur. Xəstələr baş ağrısından, ümumi zəiflikdən şikayət edirlər. Bəzən mikrosirkulyasiyanın pozulması ilə gedən mialqiyalar, artralqiyalar və baş gicəllənməsi ilə müşahidə olunur. Hətta uşaqlarda qıcolmalar da ola bilər. Baş ağrıları, yuxu pozğunluqları, hallüsinasiyalar, təkrari qusma müşahidə olunur. Yüksək hərarət birinci sutkadan qalxaraq, xəstəliyin 2-ci, 4-cü günü düşə bilər. Bəzən taxikardiya, bradikardiya müşahidə olunur. Kataral sindrom – bir qədər sonra inkişaf edir: Ağızda quruluq,boğazın qıcıqlanması, burnun tutulması kimi şikayətlər olur. Burunla nəfəsalma çətinləşir, burun-udlaq nahiyəsində selikli qişada şişkinlik və ödem əmələ gəlir. Larinqotraxeit və bronxit xarakter olur, quru öskürək müşahidə olunur. Hemorragik sindrom – ancaq 5-10% hallarda əmələ gəlır. Bu zaman burun nahiyəsində qanaxmalar ola bilər. Bu sindromun ağırlaşması zamanı ağciyərdə kəskin hemorragik ödemlər əmələ gəlır. Uşaqlarda intoksikasiya və mikrosirkulyator pozğunluq, bağırsaq sisteminin pozulmasına gətirib çıxarır. Xəstəliyin müddəti 3-5 gündən çox olmur. Qripp atipik və yüngül formada ola bilər. Həmçinin digər virus infeksiyaları ilə birgə adenovirus, enterovirus, paramiksovirus ilə özünü biruzə verir. Differensial diaqnostika – Qrippi bir çox kəskin respirator infeksion xəstəliklər ilə differensasiya edirlər. Bu zaman, əsasən, qrippin xarakter klinik əlamətləri nəzərə alınır. Xəstəliyin ilk günlərində tez bir zamanda hərarətin qalxması, üşütmə, mialgiya, artralgiya, baş ağrısı və s.müşahidə olunur.
Profilaktik tədbirlərQrippə qarşı vaksinlər mövcuddur. Əsasən, qrippə qarşı peyvəndlər hər il payız aylarında (oktyabr-noyabr) epidemiyanın daha çox yayılan vaxtında edilir. Bundan başqa immunopreparatlar, vitaminlər qəbul etmək lazımdır. Uşaqlar üçün gündə iki dəfə təmiz havada gəzinti, yayda 5-10 dəqiqə günəş vannalarının qəbulu, təmiz havada gündüz yuxusu bədənin müqavimətini artırır. www.pcr.az |