Akkomodasiyanın yaş ilə əlaqədər azalması presbiopiya adlanır. Presbiopiya yaxına görmənin zəifləməsi ilə özünü göstərir. Akkomodasiyanın zəifləməsi büllurun yaşla əlaqədar olan sklerozlaşması və elastikliyinin itirməsi ilə bağlıdır. Büllur öz formasını dəyişmə qabiliyyətini itirir və yaxında yerləşən obyektlərdən gələn şuaları torlu qişada toplamağa imkan vermir.
Gözün refraksiyası normal olduqda (emmetropiya) bu dəyişikliklər 40-45 yaşlarında hiss olunur (yaxındangörmədə bir qədər gec, uzaqdangörmədə isə tez olur). Presbiopiyanın ilk dovründə xırda əşyaları, qazeti və başqa yazıları gözdən bir qədər uzaqlaşdırmaqla görmək olur. Adətən pasiyentlər həkimə o zaman müraciyət edirlər ki, əlin uzunluğu oxunan mətni bir qədər də uzaqlaşdırmağa imkan vermir.
Presboipiya xəstəlik deyil, lakin yaxına görməni azaldır. Bu yaşnan əlaqəli olan dəyişiklikdir, hansını ki yaxın üçün eynəklərnən düzəldmək olur. Presbiopiyanı korreksiya edən eynəklər 5 ildən bir dəyişdirilir.
www.katarakte.net
|