Keratokonus və keratoqlobus gözün distrofik xəstəliklərinə aiddir. Bu xəstəliklər buynuz qişanın nazikləşməsi və onun mexaniki möhkəmliyinin pozulması ilə özünü göstərir. Tədricən gözdaxili təzyiq buynuz qişanı önə doğru qabardır. Bu zaman buynuz qişa öz formasını dəyişir və konusvari ya şar şəkili alır.
Mərkəz nahiyyədə dartılmış buynuz qişa gözün optikasını dəyişir. Eynəklə düzəlməyən astiqmatizm yaranır. Görməni yaxşılaşdırmaq üçün və həmdə buynuz qişanın dartılmasının və nazikləşməsinin qabağını almaq üçün kontakt linzalardan istifadə edilir.
Distrofik prosess inkişaf etdikcə buynuz qişa nazilir, hətta tam cırılıb gözün məhv olmasına gətirib çıxara bilir.
Keratokonus və keratoqlobusun başlanqıc stadiyasında müalicəsi - konservativ, qecikmiş formalarda isə cərrahiyyə yolu ilə həyata keçirilir.