Bu xəstəliyin səbəbkarı Demodeks qənəsidir. Demodekoz göz qapaqlarında xroniki iltihabi prosess kimi özünü göstərir (xroniki blefarit). Bu zaman, göz qapaqlarının şişkinliyi və qızarması, kipriklərin tökülməsi və qeyri düzgün bitməsi, göz qapaqlarınının daxilə və xaricə çevrilməsi müşaidə olunur. Demodekoz ilə yanaşı tez-tez xolazion və “itdirsəyi” kimi xəstəliklərə də rast gəlmək olar. Gənə sifət nahiyəsində çivzə və seboreyyanın yaranmasının da səbəbkarı ola bilər.
Xəstəlik mənbəyi çox vaxt ev heyvanları - it, pişik, dovşan və həmdə quşlar –göyərcin, toyuq, tutuquşu olurlar.
İlk dövrdə xəstəlik hiss olunmayaraq kecir. Gənə kipriklərin, saçların kökündə və bədənin başqa yerlərində məskunlaşır. Onun artması və xəstəliyin proqressivləşməsinə, orqanizmin immunitetinin zəifləməsi gətirib çıxarır. Gənə qanla bütün bədənə yayıla bilir, onu hətta qara ciyər və dalağda da tapmaq olur. Zəyifləmiş orqanizmə müxtəlif ikincili infeksiyalar da qoşula bilər. Beləliklə, xəstəlik eybəcər formalar alır.
Demodekozun müalicəsi kompleksli olmalıdır və özündə antiseptik, ümumi antibakterial, antiprotozoy və möhkəmləndirici müalicə cəlb etməlidir. Həmçinin xəstələri ev heyvanlarından ayırmaq lazımdır.
www.katarakte.net