AFT və Ağız Qoxusu
Ağız və diş baxımının, qeyri-kafi edilməsi ağız qoxusuna səbəb olur. Yemək artıqlarının, diş diblərində qalanda zamanla qoxumaya başlayır və bu qoxu ağız qoxusuna səbəb olur. Eyni zamanda ağız seliyin iltihabı ilə diş ətinin iltihabı da ağız qoxusunun bir başqa yaranma faktorudur. Bəzi qida maddələri də ağız qoxusuna səbəb olar və bunların başında soğan və sarımsağı sadalaya bilərik. Ayrıca mədə iltihabı, badamcıq iltihabı, böyrək xəstəlikləri, qaraciyər xəstəlikləri və bağırsaq florasının pozulması ağız qoxusu və sidik qoxusuna səbəb ola bilər. Bağırsaq florasının pozulması zamanı bağırsaqda bakteriyalar, viruslar və göbələklər çoxalaraq ağız qoxusuna səbəb ola bilər. Bağırsaq göbələkləri qida maddələrini zəhərli qazlara: etan, propan vs., və zəhərli spirtlərə: metanol, etanol, propanol, heksanola vs., çevirərək ağız qoxusuna səbəb ola bilər. Diş baxımında xüsusilə ət və balığı yeyəndən sonra, dişləri mütləq yaxşıca fırçalamaq lazımdır.
Aft diş-, ağız boşluğu-, və dil seliyinin iltihablı və ağrılı yaralarıdır. Aft, ümumiyyətlə həzm narahatlıqları olan kəslərdə daha çox müşahidə edilir. Səbəbləri: AFTların meydana gəlməsinin əsas səbəbi Herpes simplex Virusudur və daha çox boğaz, dil, dişəti, və ağız mukozasında meydana gəlir. Normal sağlam adamda çox rast gəlinmir. AFT inkişafını tezləşdirən bir sıra faktorlar vardır və bunların başında sitrus bitkilərdən portağal, limon və və ayrıca, alma, fıstıq, spirt, siqaret çəkmə, B12-Vitamin çatmamazlığı, Behçet xəstəliyi, fındıq, qabıqlı dəniz məhsulları, şokolad və pendir ən əhəmiyyətliləridirlər. Xəstəlik əlamətləri: Aft,kiçik ağ ləkələrdir. Bəzilərində çox nadir görülüb dərhal yaxşılaşarkən, bəzilərində davamlı olur. Danışma, gülmə və yemək yemə adama çox ağır gəlir və ağrı verir. Aft normal olaraq 10-14 gündə sağalır.
Yüksək səslə musiqi dinləmənin zərəri Gənclər hər yerdə qulaqlıqla gəzir; ancaq unudmamalıdırlar ki, yüksək səslə musiqi dinləmək davamlı eşitmə problemlərini meydana gətirir. Eyni zamanda yüksək səs insanları əsəbi və agresif bir görünüşə bürüyür.
Amerikada edilən bir araşdırma ilə yüksək səslə musiqi dinləyən gənclərin yarıdan çoxunun eşitmə problemi ilə qarşı-qarşıya olduğu ortaya çıxdı. Keçən il dünya daxilində 22 milyondan çox iPod satıldığı və bu rəqəmin 1 milyarda yaxınlaşacağı təxmin edilir. Araşdırmaya görə; səs səviyyəsini yüzdə 100 tutumla istifadə edərək 5 dəqiqədən çox dinləmək eşitmə itkinləri meydana gətirə bilir. Musiqini dinləyərkən cihazın səs səviyyəsinin yüzdə 60ının açılması və gündə ən çox 1 saat musiqi dinləmək məsləhətdir. Halbuki gənclərimizin çoxu yüksək səslə üstəlik də saatlarla musiqi dinləyir və bu yeni cihazlar eşitmə itkisi riskini getdikcə artırır.
Hər şeyin bir sərhədi bir ölçüsü var, eşitməmizin niyə bir ölçüsü olmasın ki? İnsan qulağı üçün ən uyğun səs 60-70 db arasında yəni normal danışma səsininin göstəriciləridir. Qulağa zərər verən səsin şiddəti isə 80 db-dən artıqdır. İstanbul Memorial Xəstəxanası KBB Eksperti Dr. Mənbə Közlü, “85 dbdən daha çox səsə məruz qalmanın zərərli olduğu dəqiqləşmişdir. Belə bir vəziyyətdə iç qulaqdakı sinir hüceyrələri ölür. Yüksək səsə məruz qalma müddəti uzandıqca hüceyrə itkisi də o nisbətdə artır və eşitmə azalır.” deyir., “Şiddətli səsə məruz qalmaq əvvəl keçici eşitmə itkisinə gətirib çıxarır amma yüksək səslə dinləmənin bir vərdiş şəklində davam etməsi geri dönüşü olmayan davamlı eşitmə itkisini doğurur.” . Ayrıca səs nə qədər yaxında olarsa, qulağa o qədər çox zərər verir.
Yüksək səs agressivləşdirir
Musiqi insan ruhu üçün həqiqətən bir qidadır. Dinləyənin xoşbəxtliyinə, rahatlamasına ya da kədərlənməsinə səbəb ola bilər. Amma eyni zamanda adamın əsəbiləşməsini və hirslənməsini də asanlaşdıra bilər. Araşdırmalarda əsəbi, hirsli və həyəcanlı kəslərin daha çox yüksək səslə musiqi dinlədiyi ortaya çıxdı. Diqqət yetirsəniz ətrafınızda yüksək səslə musiqi dinləyən gənclərin çoxu aqressiv tərzdə olan xarici musiqinin dinləyiciləridir. Avtomobil istifadə edərkən yüksək tonda dinlənilən musiqi diqqətə təsir edər və insanın sürətli düşünməsinə maneə törədib daha aqressiv edir. Bunun üçün yüksək səs cəmiyyət üçün zərərlidir. |