İnsan bağırsağında olan trillion lazımlı mikroblarların tərkibi, "Sahibi" hansı milliyyətə aid olmasından asılı olaraq dəyişir.
Bunu Fransda yerləşən Pyer və Mariya Küri adına olan Milli Tədqiqat Mərkəzinin alimləri təyin ediblər.
Onlar qırımızı yosun olan porfiranın hüceyrə divarının tərkibində olan polisaxaridi öyrənirdilər. bu yosunla qidalanan dəniz
mikroorqanizmlərdə bu maddəni həzm etmək üçün hüsusi ferment mövcuddur.
Lakin alimlər bunu öyrənməklə kifayətlənmədilər və insan bağırsağında olan mikroorqanizmlərə nəzər saldılar.
Müqayisə üçün 13 yapon və 18 amerikanların qenomlarının məlumatı götürüldü. Araşdırma zamanı çox maraqlı fakt aşkarlandı: y
aponlarda yosunları həzm etməyi asanlaşdıran porfiranaza mövcuddur, digər ölkələrin nümayandələrində bu ferment mövcud deyil.
İnsan orqanizmi bağırsaq bakteriyaların köməyi olmadan polisaxaridləri həzm edə bilməz. Porfiran da qırmızı yosiunlarda olan bir
polisaxariddir.
Bu yosunlar yapon milli mətbəxində suşinin hazırlanmasında tez-tez istifadə olduğu üçün,dəniz mikroorqanizmlərin genləri Yaponların insanların bağırsaqlarında olan bakteriyalara keçib.
Dəniz mikroorqanizmlərin genləri yapoların bağırsaqlarında olan bakteriyalara keçib. Alimlərin sözlərinə görə belə dəyişikliklər
digər millətlərdə baş verə bilməz, çünki digər ölkələrdə suşinin hazırlanması üçün istifadə olunan qurudulmuş və ya konservləşdirilmiş
yosunlar daha sterildirlər.
Tədqiqatın nəticələrinə Nature jurnalında baxa bilərsiniz.