Salam Rübabə xanım, Körpələrdə köp, adətən disbakterioz və ya həzmin müvəqqəti problemlərinin simptomu olur. Nəcisin rəngi adi (sarı) rəngdən fərglənirsə və kəskin iylidirsə dibakterioz əlaməti ola bilər. Hər bir halda nəcisin ümumi analizini və disbakterioza görə analizini aparmaq lazımdır. Adi hallarda eubiotik tərkibli dərmanlar (bifidum bakterin, fermental, laktobakterin, linex) və fermentlər (enzimin, mezim) verilir. Ağır hallarda antibiotiklər də təyin oluna bilər. Uşaq ana südü ilə qidalanırsa, ana öz rasionundan köp verən ərzaqları çıxarmalıdır. Dəqiq müayinə və müalicə üçün pediatrın əyani konsultasiyası mütləqdir. Sağlam olun!
|