Sual No: 781 | Faiq | salam hekim ushag soyglayib sahe hekimi obstruktiv bronxit diaqnozu qoyub bu halda hansi prepapatlardan istifade etmeyi ve yaxud ne kimi adimlar atmagi meslehet gorursunuz onceden teshekkur edirem | | Mütəxəssisin cavabı : gular ( gular ) | Salam. Obstruktiv bronxit sadə desək, bronxların saya əzələ spazmı, selikli qişasının şişkinləşməsi və ya seliklə tutulması nəticəsində meydana çıxan boğulma tutmaları ilə xarakterizə edilir. Bu səbəbdən xəstəlik zamanı kompleks müalicə aparılır- antibakterial pr., bronxolitiklər(bronxların saya əzələlərinə spazmolitik təsir göstərən pr.), mukolitiklər(bəlğəmi durulaşdıran pr.), antihistamin pr.(allergizasiyanı bununla da selikli qişanın şişkinliyini aradan qaldırır), yayındırıcı terapiya və s. Həmçinin evin havalandırılması və nəm yığışdırılması. Hansı preparatlardan və hansı dozada qəbul edilməsini yalnız həkim müayinə etdikdən sonra təyin edə bilər. Sadəcə bilməlisiniz ki, tez-tez obstruktiv bronxitin meydana çıxması gələcəkdə bronxial astmaya keçid ehtimalını artırır(həmişə yox). Bu səbəbdən möhkəmləndirici proseduraların(vaxtaşırı su proseduraları, açıq havada gəzintilər, tənəffüs gimnastikası və s.) aparılması, xəstələrlə minimal kontaktın təmin edilməsi məsədəuyğundur. Uğurlar. |
Sizin şərhiniz.
|