Sual No: 543 | gunel | Salam.Yas yarimliq oglumun agzinda stomatit emele gelib.Tempraturu yoxdu amma yemek yeyende eziyyet verir. Onun ucun ne ede bilerem?Stomatit tam mualice olurmu ve neden emele gelir? | | Mütəxəssisin cavabı : gular ( gular ) | Salam. Stomatit ağızın selikli qişasının iltihabidir.
klinikasına görə
1.kataral
2.xoralı
3.aftoz
4.allergik stomatitler ayırd edilir.
Stomatitlər bakterial, göbələk, virus mənşəli ola bilər həmçinin mexaniki, termiki və kimyəvi faktorların təsirindən meydana çıxr. Müalicəsini yalnız həkim əyani gördükdən sonra təyin edə bilər belə ki, müxtəlif mənşəli və formalı stomatitlərin müalicəsi fərqlidir. Lakin bütün hallarda təmasda olduğu oyuncaq və s-nin təmizlənməsi, ağız boşluğunun mütəmadi olaraq(gündə 5-6 dəfə xüsusilə yeməkdən sonra ) antiseptik məhlullarla (zəif marqans məhlulu, 1 çay qaşığı çay sodasının 1 stəkan suda məhlulu, kastelani məhlulu )yaxalanması, döş əmirsə döş giləsi və ətrafının da gigiyenasının gözlənilməsi vacibdir. Yeməkdən öncə ağrıkəsici məlhəm və məhlullardan selikli qişanın zədələndiyi nahiyələrinə sürtmək olar. Bundan başqa qida çox isti , duzlu, turş, şirin olmamalı və duru halda olmalıdır. Qidalanma gün ərzində 3 dəfədən artıq olmamalıdır ki, selikli qişa az zədələməyə məruz qalsın və dərman maddələri daha uzun müddət təsirini saxlasın . Sağlam olun! |
natig.mammedov@cahan.az Natiq | 19.05.2011 | 18:54:44 Salam.Mən artiq 10 ildir bu xəstəlikdən əziyyət çəkirəm.Ancaq inanın Azərbaycanda elə bir həkim olmadı ki desin ki bu xəstəliyi mualice edə bilərəm.
Sizin şərhiniz.
|