Kateqoriyanı seçin |
|
|
|
|
 |
|
SORĞU |
|
|
|
 |
|
Sual No: 2253 | Quliyev | Salam,
Mənim həyat yoldaşım Azərbaycan Republikası vətəndaşıdır və hazırda Rusiya federasiyasında Yaroslavl Tibb Akademiyasında təhsil alır.
Əcnəbi vətəndaş kimi qanuni yolla qəbul imtahanlarında iştirak edərək bu, dövlət ali təhsil müəssissəsinə qəbul olunub. 2012-ci ildə bakalavr pilləsini bitirəcək.
Bilmək istərdim, həyat yoldaşım yxarıda təsvir elədiyim şərtlərdə alınmış bakalavr diplomu ilə Azərbaycanda yeganı ali tibb təhsili məssissəsi olan ATU-da təhsilini davam etdirə biləcəkmi? Başqa cür desək bu diplomla müvafiq profildə növbəti təhsil pillələrinə müsabiqədə iştirak edə bilərmi?
Əvəlcədən təşəkkür edirəm. | | Mütəxəssisin cavabı : Samir Əfəndi ( Samir Əfəndi ) | Hörmətli cənab Quliyev! Bildirəm ki, yoldaşınızın Azərbaycanda tibbi fəaliyyətlə məşqul olması və ya təhsilini davam etdirmək üçün mütləq qaydada Təhsil Nazirliyinin ekvivalentlik şəhadətnaməsi verməsi lazımdır. Bu prosedura isə ən vacib sənədlərdən biri RF-da Apostilin alınmasıdır, digər sənədlərlə birgə Təhsil nazirliyinə təqdim edilir. Ümumiyyətlə hüquqi cəhətdən ekvivalentlik şəhadətnaməsi əldə etdikdən sonra RF təhsil müəssisəsində verilən diplom ATU-nun diplomuna ekvivalent hesab edilir və istənilən müəssisədə təhsil almaq və işləmək hüququ verir. Daha dəqiq məlumat üçün Sizin ATU-u və Təhsil Nazirliyinə müraciət etməyinizi məsləhət görürəm. Uğurlar! |
Sizin şərhiniz.
|
|
|