Sual No: 184 | Aydan | salam deye bilersiz arxadan cinsi elaqede olmagin qadina ziyanlari nedi?ve bu nece mudete oz tesirini gorsede biler?cox sag oluz. | | Mütəxəssisin cavabı : medexpert ( medexpert ) | Hörmətli Aydan,
Hal -hazırda tibb Sizin sualınıza birmənalı mənfi cavab verir.
Müasir tibbi yoxlamalar göstərir ki, qeyd etdiyiniz cinsi əlaqə həddindən artıq ziyandır.
Qadında babasil, anal çatlar və ya poliplər varsa, əlagədən sonra kəskin ağırlaşa və qanaxma ola billərlər.
Düz bağırsağın əzələləri, qadın cinsiyyət orqanlarının əzələlər ilə müqaisədə daha az elastikdirlər. Buna görə də nəticədə mikrotravmalar, anal dəliyinin qenişlənməsi və anal çatlar əmələ gələ bilərlər.
Belə əlaqə hər iki partnyorlar üçün infeksiyaya yoluxma nöqtəsindən çox təhlükəlidir. HİV, Hepatit B, C, Herpes virusları, papillomovirus, bakterial, protozoy və sair infeksiyaların yoluxma prosenti dəfələrlə artır.
Sonda qeyd etmək istəyirəm ki, İslamda belə əlaqəyə birmənalı qadağa qoyulub.
Sağlamlığınızı qoruyun! |
Sizin şərhiniz.
|