salam. yenidoğulmuşların dərisində xüsusilə də üz nahiyəsində xarakter ağ səpkilərin olması fizioloji haldır, bu səpkilər anadan uşağa keçən hormonların təsirindən piy vəzilərinin çox piy xaric etməsi və bununla da məsamələrin tutulması nəticəsində meydana çıxır. bu səpkilər bir neçə həftəyə keçir. bəzi səpkilərin qızartılı, tərkibində irinciklərin olması mümkündür. sizin halda nəzərə alsaq ki, səpkilər bütün bədənə yayılıb və sızanaq şəklindədir bu tər səpkisi, allergik proses, fizioloji səpkilərin infeksiyalaşması da ola bilər. səpkilərin yerləşməsi, xarakteri, tərkibində maye və ya irinciklərin olmasını,bəzi anamnestik məlumatların müəyyən edilməsi üçün pediatrın əyani baxışının olması məsləhətdir. Lakin bütün hallarda dəriyə düzgün qulluq etmək,onu zədələməmək, dərini qıcıqlandırmayan rahat geyimlərdən istifadə etmək vacibdir, lazım olarsa həkimin məsləhət gördüyü məlhəmlərdən istifadə etmək ,allergiyaya şübhə olarsa pəhriz saxlamaq. Sağlam olun. |