Amerikalılar aorta üçün jqut – bağ yaradıblar      MÜASIR EKSTRASENSLƏR YAXUD ORTA ƏSR CAHILLIYINI YAŞAYAN CƏMIYYƏT      BIHE2011 sərgisinin anonsu      Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər barədə məlumat      Amerikalı alimlər əkiz uşaq analarının daha az xəstələndiklərini və uzunömürlü olduqlarını üzə çıxarıb.      Xərçəngi insan yaradıb?      Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümüdür      Analar üçün ən pis ölkələr hansılardır?      Diabet xəstəliyi haqqında bir qədər tarixi məlumat       Qida rasionuna hansı miqdarda bal əlavə olunmalıdır ?      Mühit məni narkoman etdi       600 qramlıq körpələr Azərbaycan vətəndaşı ola biləcək      Tezliklə! \"Ana yurdum Azərbaycan\" mövzusunda fotomüsabiqəyə start veriləcək!      www.medexpert.az Milli İnternet Mükafatı uğrunda Müsabiqənin Nominantı seçilib!!!      Vərəm hər gün nə qədər insanın həyatına son qoyur?      Azərbaycanda hər 8 adamdan biri talassemiya daşıyıcısıdır      Azərbaycanda cəza çəkən qadın məhkumlar tibbi müayinədən keçirilib.      Bakıda daha bir üçəm doğuldu!      Televizora çox baxmaq ömrü qısaldır      Yoqurt dişlərə zərərlidir      Körpənin cinsi ananın çəkisindən asılıdır      Dünyaya vaxtından əvvəl göz açma autizmə səbəb ola bilər      Əsəblər hamiləliyin qarşısını alır       Xoşbəxt nikah insulta dərmandır      Piylənmənin əsas səbəblərindən biri müəyyən edilib      Təhlükəsiz yuxu 6-8 saat müddətini əhatə edir      Siqaretə aludədən vaksin xilas edəcək      Nikotin asıllığının inkişafının günahkarları genlərdir      Qızlar və oğlanlar hamiləlik zamanı müxtəlif inkişaf edirlər      Suşı yemək üçün yapon olmaq lazımdır     
saytda vebdə
İstifadəçi hesabı
 
Qeydiyyatdan keç
 
Bizim Ekspertlər
 
 
Kateqoriyanı seçin
 
 
 
SORĞU
 
Digər Sorğular
 
Fallo tetradası  | 2090 dəfə oxunub

Fallo tetradası tez-tez rast gəlinən göy tip - sianotik anadangəlmə ürək qüsuru olub, patanatomiyası Mədəciklərarası çəpərin qüsuru, ağciyər arteriyasının daralması - stenozu, sağ mədəcik çıxacağının obstruksiyası: infundibulyar (25%), valvular (15%) və ya qarışıq (60%) sağ mədəciyin hipertrofiyası və aortanın dekstrapozisiyası - sağa yerdəyişməsi əlamətlərilə səciyyələnir.

 

 

Etyen-Lui Fallo

Tarix

1846

İngilis həkimi Tomas Pikok (Thomas Bevill Peacock) xəstənin - anadan olduqdan 3 ay sonra sianoz simptomları biruzə verən 2 il 5 aylıq uşağın atopsiyası zamanı yazırdı: "Bu halda mədəciklərarası çəpərin qüsuru ilə yanaşı ağciyər arteriyasının nəzərə çarpacaq dərəcədə daralması və aortanın qismən sağ mədəciyə doğru yerdəyişməsi müşahidə olunur." [1]

1888

Fransız həkimi Etyen-Lui Fallo (Etienne-Louis Fallot) ilk dəfə "göyərmə xəstəliyinin" izahını vermişdir. O, qeyd edirdi ki, bu xəstəliyə diaqnozu xəstənin ölümündən sonra yarılması zamanı müəyyən edilmiş 4 anatomik qüsur komponentləri əsnasında qoymaq olar.

1944

Amerika cərrahı Alfred Blelok (Alfred Blalock) kardioloq Helen Bruk Taussiqlə əməkdaşlıq edərək dünyada ilk dəfə olaraq tetrada fallo diaqnozlu 15 aylıq qız uşağı üzərində müvəffəqiyyətlə əməliyyat apararaq sol körpücükaltı arteriyanı sol ağ ciyər arteriyasına tikərək birləşdirmişdir. Bu anastomozun köməyilə col mədəcikdən venoz qarışıqlı qan kiçik qan dövranına ötürülmüş olur. Bu əməliyyat sonralar Blelok-Taussiq anastomozu adlandırılmışdır.[2]

1962

Alman həkimi Klinner sol körpücükaltı arteriyası ilə sol ağ ciyər arteriyası arsına protez damar qoyulmasını təklif edərək onu təkmilləşdirmişdir. Sonralar bu əməliyyat təkmilləşdirilmiş Blelok-Taussiq anastomozu adlandırılmışdır.[3]

Patafiziologiyası

Əsas çatmamazlıq ağciyər arteriyasının daralması nəticəsində ağciyərlərə gələn qanın miqdarının azalması və sağ-sol şuntun hesabına meydana çıxır. Venoz qan sağ mədəcikdən ağciyər arteriyasından yan keçməklə bir başa mədəciklərarası çəpərin qüsurundan və ya mədəciklərarası dəlikdən sol mədəciyə daxil olaraq oradan aorta sisteminə - böyük qan dövranına daxil olması hipoksemiyaya (oksigen azlığı)na, mərkəzi sianoza sabəb olur.

Ağciyərlərin qan təchizatı bir sıra faktorlardan asılıdır:

  • sağ mədəcik çıxacağının obstruksiya dərəcəsindən,
  • sağ mədəcik daxili təzyiqdən ,
  • periferik qan damarlarının müqavimətindən.

Sağ mədəciyin işi artmış olduğundan onun əzələ qatı qalınlaşır - hipertrofiyalaşır: sağ mədəcik çıxacağının obstruksiyası - daralması və sağ-sol şuntu getdikcə artır. Nəticə etibarilə ağciyərlərə gələn qanın azalması bronxial və aortapulmonal kollateral damarların inkişafına səbəb olur.

 

Diaqnostikası

 

 

Fallo tetradası "göy tip"

 

 

Fallo tetradası: çəkmə şəkilli ürək rentgenoloji müayinə holland başmağı

Sianoz - göyərmə fallo tetradasının əsas əlamətidir. Lakin bu əlamət gizlin qalaraq özünü göstərməyə də bilər. Belə ki, ağciyər arteriyasının daralma və aortanın yerdəyişmə dərəcəsindən asılı olaraq fallo tetradası sianozsuz - "ağ tip" və sanozlu - "göy tip" klinik formalarına bölünür. Digər əlamətlər əsasən 1 yaşınadək get-gedə artan sianoz əlamətləri, çəki artımının olmaması və yüngül iş gərginliyinə dözümsüzlükdən ibarətdir. Bu əlamətlər əsasən 2-5 yaşlarında öz kritik həddinə çatır və göyərmə tutmaların tezliyi artmış olur. Sonraki dövrlərdə əl barmaqlar formasını dəyişərək baraban çubuğu formasını alır.

Labarator müayinə:
Arterial qanda oksigenin parsial təzyiqi (PaO2) 15 mm Hg qədər olur. Arterial qanın oksigenlə zənginlik dərəcəsi (SaO2) 25% qədər düşmüş olur. Kompensator olaraq Hematokrit (Ht) 60-70%-ə qalxmış olur. Hemoqlobinin yöksək olması isə hipoksiyaya qarşı kompensator olaraq yetişməmiş yəni eritropoyez prosesi tamamlanmadan nüvəli eritrositlərin qan sisteminə daxil olmasıdır. Bu da kəmiyyət baxımından hemoqlobin göstəricisinin yüksək olmasına səbəb olur.
Adətən qan sistemində nüvəli eritrositlər soyuqqanlı heyvanlarda xüsusən suda-quruda yaşayanlarda təsadüf edilir.
Qanın plazma hissəsinin azalması onda olan laxtalanma faktorlarının da azalmasına gətirib çıxartmış olur ki, bu da öz növbəsində qanın laxtalanma keyfiyyətini aşağı salmış olur.

EKQ müayinəsi:
Ürəyin sağ şöbəsinin böyüməsi və onun sağa yerdəyişməsi müəyən olunur.
Döş qəfəsinin rengenoloji müayinəsi:
Sağ mədəciyin hipertrofiyası, ağciyərlərin damar sisteminin intensivliyinin zəif olması, ürəyin corab və ya taxta holland çəkmşsi, ya ayaqqabısı formasında görünməsi.
Ürəyin invaziv kateter müayinəsi:
Sağ mədəcik və sistem təzyiqlərinin bərabərləşməsi, ağciyər arteriyasının təzyiqinin normal və ya normadan az olması, Sol mədəcikdə qanın oksigen zənginliyinin kəskin aşağı olması müəyən edilir. Angioqrammada kontras maddənin köməyilə mədəciklərarası çəpərin qüsurundan sağdan sola axını (şunt); ağciyər kötüyünün və arteriyalarının daralmış görüntülərini izləmək mümkündür.

Cərrahi müalicəsi

 

 

Radikal korreksiya (sxem)

Xəstəliyin yeganə müalicəsi cərrahi yolladır. Cərrahi müdaxilə bir və iki mərhələli ola bilər. Bir mərhələli əməliyat tam və ya radikal korreksiya olub, açıq ürəkdə süni qan dövranı və hipotermiya şəraitində aparılır. Bu zaman bütün qüsurlar, əsasən ağciyər arteriyasının daralmış hissəsinə və mədəciklərarası çəpərin qüsuruna perikard vasitəsilə yamaq qoyularaq radikal konstruksiya aparılmaqla aradan qaldırılır, eyni zamanda sağ mədəciyin qalınlaşmış - hipertrofiyalaşmış hissəsi kəsilib götürülür. İki mərhələli müdaxilə zamanı birinci mərhələ poliativ xarakter daşıyır. Bu zaman güsurlar olduğu kimi qalır amma kiçik və böyük qan dövranı sistemləri arasında körpü (şunt) və ya anastamoz qoyulur ki, burada məqsəd qarışıq qanın ağciyərlərdən keçirməklə təkrari oksigenasiyanı təmin etmək və arterial sistemdən daxil olan yüksək təzyiqli qanın cərəyanının hesabına ağciyər arteriyasının divarının elasikliyini artırmaqla bir qədər genişlənməsinə sərait yaratmaqdır. Poliativ əməliyatdan sonra göyərmə tutmaları, tənginəfəslik halları aradan qalxır, uşağın çəkisi artır, işgötürmə qabiliyyəti bir qədər yaxşılaşmış olur. Lakin cəki və orqanizmin təlabatı artdıqca simptomlar təzədən qabarıq şəkildə özünü göstərməyə başlayır və əməliyyatın ikinci radikal korreksiya mərhələsinə ehtiyac yaranmış olur.

Vərəm


Allerqoloqiya, immunoloqiyaAndrologiya Cərrahlıq
DermatologiyaDiaqnostikaEKM (Еkstrakorporal mayalanma)
EndokrinologiyaFtiziatriyaGenetika
GinekologiyaHematologiyaHepatitlər
Hüquq və səhiyyəİİV/QİÇSİnfeksion xəstəliklər
KardiologiyaLORMamaçalıq, hamiləlik və doğuşlar
Manual terapiyaMassajNarkologiya
NefrologiyaNevrologiyaNeyrocərrahlıq
OftalmologiyaOnkologiyaOrtopediya
ParazitologiyaPediatriyaPlastik cərrahlıq
ProktologiyaPsixiatriyaPsixologiya
PulmonologiyaQastroenterologiyaReanimatologiya və anesteziologiya
RevmatologiyaSağlamlıq və gözəllikSeksologiya
StomatologiyaTerapiyaTəcili yardım
UrologiyaÜrək-damar cərrahiyyəsiXaricdə müalicə
Zöhrəvi xəstəliklərƏczaçılıq
Новости медицины

Новые статьи

Лечебные диеты

Будущим мамам

Это интересно
Bizim nailiyyətlərimiz




Banner




İlin həkimi




            Saytımızın qonağı "Nevrologiya Klinikasının" rəhbəri Tibb elmləri doktoru Rövşən Həsənov 
Arxiv
 
Bu saytda dərc edilmiş məlumatdan istifadə edərkən http://www.medexpert.az linki istinad mənbəyi kimi göstərilməlidir. Saytda dərc edilmiş məlumat tanışlıq üçün nəzərdə tutulub və özünü müalicə üçün vəsait kimi istifadə oluna bilməz. Saytın administrasiyası, sağlamlığa dəyəcək mümkün zərər, həmçinin saytda dərc edilmiş məlumatın etibarlılığlna görə heç bir məsuliyyət daşımır. 2009 Medekspert.
Site by PREMIUM AD
Rambler's Top100