Amerikalılar aorta üçün jqut – bağ yaradıblar      MÜASIR EKSTRASENSLƏR YAXUD ORTA ƏSR CAHILLIYINI YAŞAYAN CƏMIYYƏT      BIHE2011 sərgisinin anonsu      Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər barədə məlumat      Amerikalı alimlər əkiz uşaq analarının daha az xəstələndiklərini və uzunömürlü olduqlarını üzə çıxarıb.      Xərçəngi insan yaradıb?      Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümüdür      Analar üçün ən pis ölkələr hansılardır?      Diabet xəstəliyi haqqında bir qədər tarixi məlumat       Qida rasionuna hansı miqdarda bal əlavə olunmalıdır ?      Mühit məni narkoman etdi       600 qramlıq körpələr Azərbaycan vətəndaşı ola biləcək      Tezliklə! \"Ana yurdum Azərbaycan\" mövzusunda fotomüsabiqəyə start veriləcək!      www.medexpert.az Milli İnternet Mükafatı uğrunda Müsabiqənin Nominantı seçilib!!!      Vərəm hər gün nə qədər insanın həyatına son qoyur?      Azərbaycanda hər 8 adamdan biri talassemiya daşıyıcısıdır      Azərbaycanda cəza çəkən qadın məhkumlar tibbi müayinədən keçirilib.      Bakıda daha bir üçəm doğuldu!      Televizora çox baxmaq ömrü qısaldır      Yoqurt dişlərə zərərlidir      Körpənin cinsi ananın çəkisindən asılıdır      Dünyaya vaxtından əvvəl göz açma autizmə səbəb ola bilər      Əsəblər hamiləliyin qarşısını alır       Xoşbəxt nikah insulta dərmandır      Piylənmənin əsas səbəblərindən biri müəyyən edilib      Təhlükəsiz yuxu 6-8 saat müddətini əhatə edir      Siqaretə aludədən vaksin xilas edəcək      Nikotin asıllığının inkişafının günahkarları genlərdir      Qızlar və oğlanlar hamiləlik zamanı müxtəlif inkişaf edirlər      Suşı yemək üçün yapon olmaq lazımdır     
saytda vebdə
İstifadəçi hesabı
 
Qeydiyyatdan keç
 
Bizim Ekspertlər
 
 
Kateqoriyanı seçin
 
 
 
SORĞU
 
Digər Sorğular
 
Mitral qapaq çatışmazlığı  | 3888 dəfə oxunub

   Mitral qapaq çatışmazlığı və ya mitral çatışmazlıq anadangəlmə və əsasən qazanılma ürək qüsuru olub, ikitaylı qapaqların iltihabi prosseslərlə: revmatizma, sistemli qırmızı qurd eşənəyi, sistemli sklerodermiya, arterit və s.-lərlə zədələnməsi ilə meydana çıxmış oluur.

Etiologiyası

Mitral çatışmamazlıq qapaq həlqəsinin, qapaq qanadcıqlarının, qapaq vətər tellərinin və məməyəbənzər əzələnin hər hansı patoloji dəyişikliyə məruz qalmasından meydana çıxmış olur. Adətən mitral qapaq qanadcıqlarının patoloji dəyişikləri (qapaq qanadcıqlarının yeyilməsi və ya yeyilməsi) revmatik mənşəyli olur. Revmatik prosses nəticəsində qapaq qanadcıqları yeyilərək qısalaraq, rigidləşərək deformasiyalaşmış olur. Qapaqlar həm də infeksiyalaşmış endokardit nəticəsində sıradan cıxmış ola bilirlər.

Dilatasiya olunmuş - genişlənmiş və kirəcləşmiş qapaq həlqəsi də mitral çatışmamazlığəna səbəb ola bilir. Həlqə dilatasiyasına ürəyin sol mədəciyinin genişlənməsi, həlqə kirəcləşməsinə isə arterial hipertoniya, aorta daralması, şəkərli diabet, Marfan sindromu və s. səbəb ola bilir.

Vətər tellərinin qırılmasına və ya cırılmasına infeksion endokardit, revmatik hərarət və travma səbəb ola bilər.

Məməyəbənzər əzələlər tac damarların terminal şaxələri vasitəsilə qidalandığından xroniki ürəyin işemik xəstəliyi zamanı onda qan təchizatının pozulması nəticəsində baş verən dəyişiklər mitral çatmamazlığa gətirib çıxara bilir.

Patofiziologiyası

Mitral qapaq catışmamazlığı ürəyin sistolası - yığılması zamanı qanın ikitaylı qapaqların tam qapanmaması nəticəsində sol mədəcikdən geriyə sol qulaqcığa qayıtmasından - requrqitasiyasından ibarətdir.

Sol mədəciyin kompensator dilatasiyası sol mədəcikdən geriyə sol qulaqcığa qayıtmasından - requrqitasiyadan asılı olub, sol mədəciyin sistolik funksiyasının nəticə etibarilə ürəyin atılma vurğusunun dəyişməsinə səbəb olur.

Requrqitasiyanın həcmi aşağıdakı dinamik amillərdən asılıdır:

  • mitral qapağın kip qapanmayan hissəsinin böyüklüyündən;
  • sol mədəcik və sol qulaqcıq arasındakı təzyiq qradiyentindən - fərqindən;
  • yığılma fazasının davametmə müddətindən.

Requrqitasiya həcminin asılı olduğu ststik amillər:

  • sol mədəciyin yığılma qabiliyyəti;
  • sol qulaqcıgın və ağciyər venalarının tutumluluq qabiliyyəti;
  • aortaya qovulan həcmin qarşılaşmış olduğu müqavimət.

Mitral çatışmamazlıq requrqitasion həcmdən (RH) asılı olaraq aşağıdakı ağırlıq dərəcələrinə bölünür:

  • RH 0,3 qədər olduqda - yüngül dərəcəli çatışmamazlıq,
  • RH 0,3-0,6 olduqda - orta dərəcəli çatışmamazlıq,
  • RH 0,6 dan artıq olduqda - ağır dərəcəli çatışmamazlıq.

Normal sol mədəcik ön yüklənmənin kəskin artmasına uyğunlaşa bilmir, onun əzələ divarı gücə düşmüş olur; bu da sol mədəciyin disfunksiyasına, ağciyər ödeminə və arterial hipotoniyaya səbəb olmuş olur.

Kəskin mitral çatışmamazlıq hemodinamikanı gücə salmış olur belə ki, kəskin requrqitasiyanın meydana çıxması sol qulaqcıq və mədəciyin kompensator dilatasiyası baş vermədiyindən qücə düşərək sol qulaqcıqda və ağciyər kapillyarlarında təzyiqin artmasına gətirib cıxardır ki, bu da öz növbəsində kəskin ağciyər ödemi ilə nəticələnmiş olur.

Klinik mənzərəsi

Xroniki mitral çatışmamazlıq özünü kəskin biruzə vermədən uzun müddət mülayim gedişata malik ola bilər. İlk əlamətlər (simptomlar) əsasən süstlük, tənginəfəslik xüsusən gecə tənginəfəsliyi və aşağı ətraflarda meydana çıxan şişkinliklərdən (ödemlərdən) ibarətdir. Bəzən adi anamnez toplayarkən məlum olur ki, mitral çatışmamazlığın səbəbi miokard infarktından sonra və ürəyin işemik xəstəliyi nəticəsində zədələnmış məməyəbənzər əzələlərdə baş verən patoloji dəyişikliklərdir. Çatışmamazlığın kəskin meydana çıxması qidalanmanın pozulması nəticəsində qəflətən qırılan mitral qapağın vətər telləri ilə əlaqədardır. Patalogiyanın meydana çıxmasının digər səbəbləri revmatizm və bakterial endokarditdir.

 

Vərəm


Allerqoloqiya, immunoloqiyaAndrologiya Cərrahlıq
DermatologiyaDiaqnostikaEKM (Еkstrakorporal mayalanma)
EndokrinologiyaFtiziatriyaGenetika
GinekologiyaHematologiyaHepatitlər
Hüquq və səhiyyəİİV/QİÇSİnfeksion xəstəliklər
KardiologiyaLORMamaçalıq, hamiləlik və doğuşlar
Manual terapiyaMassajNarkologiya
NefrologiyaNevrologiyaNeyrocərrahlıq
OftalmologiyaOnkologiyaOrtopediya
ParazitologiyaPediatriyaPlastik cərrahlıq
ProktologiyaPsixiatriyaPsixologiya
PulmonologiyaQastroenterologiyaReanimatologiya və anesteziologiya
RevmatologiyaSağlamlıq və gözəllikSeksologiya
StomatologiyaTerapiyaTəcili yardım
UrologiyaÜrək-damar cərrahiyyəsiXaricdə müalicə
Zöhrəvi xəstəliklərƏczaçılıq
Новости медицины

Новые статьи

Лечебные диеты

Будущим мамам

Это интересно
Bizim nailiyyətlərimiz




Banner




İlin həkimi




            Saytımızın qonağı "Nevrologiya Klinikasının" rəhbəri Tibb elmləri doktoru Rövşən Həsənov 
Arxiv
 
Bu saytda dərc edilmiş məlumatdan istifadə edərkən http://www.medexpert.az linki istinad mənbəyi kimi göstərilməlidir. Saytda dərc edilmiş məlumat tanışlıq üçün nəzərdə tutulub və özünü müalicə üçün vəsait kimi istifadə oluna bilməz. Saytın administrasiyası, sağlamlığa dəyəcək mümkün zərər, həmçinin saytda dərc edilmiş məlumatın etibarlılığlna görə heç bir məsuliyyət daşımır. 2009 Medekspert.
Site by PREMIUM AD
Rambler's Top100