Amerikalılar aorta üçün jqut – bağ yaradıblar      MÜASIR EKSTRASENSLƏR YAXUD ORTA ƏSR CAHILLIYINI YAŞAYAN CƏMIYYƏT      BIHE2011 sərgisinin anonsu      Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər barədə məlumat      Amerikalı alimlər əkiz uşaq analarının daha az xəstələndiklərini və uzunömürlü olduqlarını üzə çıxarıb.      Xərçəngi insan yaradıb?      Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümüdür      Analar üçün ən pis ölkələr hansılardır?      Diabet xəstəliyi haqqında bir qədər tarixi məlumat       Qida rasionuna hansı miqdarda bal əlavə olunmalıdır ?      Mühit məni narkoman etdi       600 qramlıq körpələr Azərbaycan vətəndaşı ola biləcək      Tezliklə! \"Ana yurdum Azərbaycan\" mövzusunda fotomüsabiqəyə start veriləcək!      www.medexpert.az Milli İnternet Mükafatı uğrunda Müsabiqənin Nominantı seçilib!!!      Vərəm hər gün nə qədər insanın həyatına son qoyur?      Azərbaycanda hər 8 adamdan biri talassemiya daşıyıcısıdır      Azərbaycanda cəza çəkən qadın məhkumlar tibbi müayinədən keçirilib.      Bakıda daha bir üçəm doğuldu!      Televizora çox baxmaq ömrü qısaldır      Yoqurt dişlərə zərərlidir      Körpənin cinsi ananın çəkisindən asılıdır      Dünyaya vaxtından əvvəl göz açma autizmə səbəb ola bilər      Əsəblər hamiləliyin qarşısını alır       Xoşbəxt nikah insulta dərmandır      Piylənmənin əsas səbəblərindən biri müəyyən edilib      Təhlükəsiz yuxu 6-8 saat müddətini əhatə edir      Siqaretə aludədən vaksin xilas edəcək      Nikotin asıllığının inkişafının günahkarları genlərdir      Qızlar və oğlanlar hamiləlik zamanı müxtəlif inkişaf edirlər      Suşı yemək üçün yapon olmaq lazımdır     
saytda vebdə
İstifadəçi hesabı
 
Qeydiyyatdan keç
 
Bizim Ekspertlər
 
 
Kateqoriyanı seçin
 
 
 
SORĞU
 
Digər Sorğular
 
Erkən boşalma  | 5622 dəfə oxunub

 

                            ERKƏN BOŞALMA
  Erkən boşalma penisin vagina içərisinə(uşaqlıq yoluna) girmədən dərhal əvvəl ya da girər girməz dərhal sperma gəlməsi yəni boşalmanın istənəndən daha erkən reallaşması vəziyyətidir. 40 yaşından aşağı kişilərin təxminən 40%-ində erkən boşalma müşahidə edilir. Ancaq bunun qəti bir tərifi yoxdur. Bəzi kişilər 5-10 dəqiqə davam edən əlaqələri də erkən boşalma olaraq adlandıra bilərlər. O səbəblə erkən boşalma – cütlərin (kişi və qadının) hələ tətmin olmadan boşalmanın reallaşması olaraq təyin edilir.
  Erkən boşalma həm sperma vagina içərisinə keçə bilmədiyindən sonsuzluğa gətirib çıxarması, həm də cütlərin cinsi həyatına mənfi təsir etdiyi üçün vacib bir problem olaraq ortaya çıxır. Əslində intrauterin inseminasiya (IUI) üsulu ilə kişinin spermləri qadına nəql edilərək uşaq olmama problemi, yəni sonsuzluq böyük nisbətdə həll oluna bilər. Amma cinsi əlaqənin daha qənaətbəxş ola bilməsi üçün boşalmanın təbii olaraq gecikdirilməsi başqa üsullarla müalicə edilməlidir.
  Əvvəlcə, cinsi əlaqəyə girə bilməmə səbəbinin erkən boşalmamı yoxsa penisin kafi sərtləşməməsimi olduğu düzgün ayırd edilməlidir. Bəzən hələ penis sərtləşmədən boşalma olur və cinsi əlaqə də reallaşa bilmir. Burada penisdə bir sərtləşmə qüsuru olub olmadığı dəqiq və düzgün araşdırılmalıdır. Bunun üçün NPT analizi, penil Doppler və VSS kimi analizlər tələb oluna bilər. Əgər sərtləşmə qüsuru olmadığına qərar verilsə gerçək erkən boşalma problemi olduğuna qərar verilib müalicəyə keçilə bilər. Ümumiyyətlə ilk əlaqələrdə erkən boşalma yaşana bilər. Bu stress vəziyyəti daha uzun müddət davam edərsə, erkən boşalma da bir müddət davam edə bilər. Zamanla kişinin özünü idarə edə bilməyə başlamasıyla, bu problem də özbaşına itər. Yetərsiz cinsi təhsil və məlumat azlığı səbəbiylə, xüsusilə masturbasiya (kişi və qadınların öz-özünə cinsəllik yaşaması və ya cinsi doyuma çatdırması üçün etdiyi hərəkətə deyilir) mövzusunda qorxular da əhəmiyyətli faktordur. Əvvəlcə bilinməsi vacib odur ki, həddindən artığa getməmək şərtiylə gənc yaşlarda edilən masturbasiyanın az ya da çox edilmiş olmasının hər hansı bir zərərli təsirinin olmadığıdır. Qorxu içərisində və günahkarlıq duyularaq edilmiş olmasının irəlidə erkən boşalma ortaya çıxara biləcəyi istisna edilmir. Yenə uşaqlıq dövründəki ailə problemləri, şəxsiyyət və davranış pozğunluqları kimi psixoloji faktorların da rolu mümkündür. Bəzi varlıqlar isə orqanik bir səbəbə söykənir. Yəni penisin sinir oyanıqlığında həssaslıq artmışdır. Nəticədə daha bir neçə hərəkət ilə sperma boşalar. Məsələn “uretrit” kimi iltihabı vəziyyətlər bunun şahidi olmaq mümkündür. Erkən boşalmanın müalicəsində əgər infeksiya ya da nizamsız cinsi həyat kimi səbəblərdən söhbət gedirsə, onda əvvəlcə bunlar müalicə edilir. Bəzi tövsiyələr edilir və bununla bərabər gecikdirici dərmanlar verilir. Hadisənin xüsusiyyətinə görə psixiatrik məsləhətləşməyə də ehtiyyac qala bilər. Əvvəlcə cinsi əlaqə əsnasında kişinin özünü idarə etməsi məsləhət görülür. (Masters və Johnson üsulu). Kişinin özünü idarə etməsi demək, boşalmadan dərhal əvvəl bunu hiss edərək əlaqəyə ara verməsini öyrənməsi deməkdir. Boşalacağını hiss etdiyi zaman özünü geri çəkərək ya da diqqətini başqa tərəfə yayındıraraq boşalmağı dayandırmağa çalışmalıdır. Bu tapşırıqlara əvvəl masturbasiya əsnasında sınayaraq başlanması uyğun olar. Masturbasiya əsnasında boşalmadan dərhal əvvəl ara verib, ereksiyanın azalması gözlənilir və sonra yenidən davam edilir. Hətta bu sırada sidik saxlayıcı kimi əzələlərin sıxılması da boşalmanı nəzarət etmədə faydalıdır. Bu 2-3 dəfə tətbiq edilir. Həftədə isə 1-3 dəfə təkrarlanmalıdır. Daha sonra cinsi əlaqə əsnasında eyni tapşırıqlara keçilir. Başlanğıcda əlaqəyə girmədən boşalmağı dayandırma işləri görülür. Tam boşalmadan əvvəl qarşı tərəfə (partnyora) əlaqəyə ara verməsi deyilir və ereksiya bir miqdar itənə qədər gözlənilir, sonra təkrar davam edilir. Bunda da özündən əmin olunduqdan sonra artıq penisin vagina içərisində ikən boşalmanın gecikdirilməsi tapşırıqlarına başlanılır. Bu sırada ən uyğun mövqe kişinin kürək üstü yatdığı, qadın-üstdə mövqesində cinsi əlaqədir. Ancaq bu şəkildə kişi boşalmasını ən yaxşı idarə edə bilər. Eyni şəkildə burada da boşalmadan dərhal əvvəli hiss edilərək partnyora işarə verilir və əlaqə kəsilir, bir müddət gözlədikdən sonra təkrar davam edilir.
  Bütün bu tətbiqlər zaman ala bilər. Hətta həftələrcə çəkə bilər. Səbrli olmaq və müalicənin uzun müddət çəkə biləcəyinə inanmaq lazımdır. Əgər nəticəsi yoxdursa cinsi müalicə almaq üçün həkimə müraciət edilməlidir. 

  Başqa bir müalicə üsulu isə penisin sıxılması texnikasıdır. Burada, penis ovuc içində əl ilə sıxılaraq boşalma refleksinin qarşısının alınmasına və qanın boşalaraq ereksiyanın azaldılmasına çalışılır. Bu sırada çox zədə yaratmamağa diqqət yetirilməlidir.
  Bəzən əlaqədən əvvəl masturbasiya edilərək əlaqə əsnasında boşalmanın gecikdirilə biləcəyi də bildirilmişdir. Qalın və ya iki qat qoruyucu istifadə edilməsinin də penisdə oyanıqlığı azaldaraq boşalmağı gecikdirdiyi təcrübədən keçirilmişdir.
  Erkən boşalmanın müalicə müddəti ərəfəsində yoldaşının (partnyorun) da köməyi lazımdır. Çünki bəzi hallarda qadının orqazma gəlməsi gecikə bilər. Məsələn, dəqiqələrcə çəkən cinsi əlaqəyə baxmayaraq orqazm ola bilməyən qadınlar vardır. Bu qədər uzun müddət kişinin boşalmadan cinsi əlaqəni davam etdirməsi mümkün olmaya bilər. Burada problem kişinin erkən boşalması deyil, qadının orqazma gec başlamasıdır. Bu zaman müalicə də bu istiqamətdə olmalıdır.
 Gecikdirici dərmanlar iki növdür: 1) daxilə qəbul olunan həblər, 2) penisə sürtülən kremlər. Ağızdan alınan həblər antidepressan dərmanlar olub ümumiyyətlə psixiatrik pozuqluqlarda istifadə edilirlər. Amma eyni zamanda penisdə xəbərdarlıq reaksiyasını da yüksəldərək boşalmağı gecikdirmələrindən ötəri erkən boşalmanın müalicəsində çox istifadə edilir. Yan təsirləri ola biləcəyindən mütləq həkim nəzarəti altında qəbul olunmalıdırlar. Clomipramine, fluoxetine kimi dərmanlar bunlardan bəziləridir. Bu dərmanlardan ən az 15 gün istifadə edilmələri lazımdır. Əgər müsbət nəticə alınıbsa çox istifadə etməyə ehtiyac yoxdur, ya dərman dəyişdirilər ya da cinsi müalicəyə keçilər. 
  Gecikdirici kremlər isə əslində lokal təsirli anesteziyalar - uyuşduruculardır. Bazarda çox sıx satılırlar. Əvvəlcə qadında da vaginanı keyidərək zövq almasının qarşısını ala bilərlər. Eyni zamanda, kişidə penisin xəbərdar edilməsini (qıcığa qarşı cavabını) pozaraq ereksiyanı çətinləşdirmək də olar.
  Nəticə olaraq: erkən boşalmanın müalicəsində kişinin özünə nəzarət etməsi çox əhəmiyyətlidir. Hər əlaqə əsnasında bir neçə saniyə də olsa boşalmağı gec başlada bilməyi öyrənmək, bir müddət sonra qənaətbəxş bir müddət əldə edilməsini təmin edə bilər. Hadisəyə qarşı tərəfin yəni yoldaşının da anlayış göstərməsi çox vacibdir. Dərman istifadəsi tək başına hər zaman yetərli olmaya bilər. Lazım olduğu zaman cinsi müalicədən də istifadə etmək lazımdır.     

http://tebabet.azeriblog.com

Vərəm


Allerqoloqiya, immunoloqiyaAndrologiya Cərrahlıq
DermatologiyaDiaqnostikaEKM (Еkstrakorporal mayalanma)
EndokrinologiyaFtiziatriyaGenetika
GinekologiyaHematologiyaHepatitlər
Hüquq və səhiyyəİİV/QİÇSİnfeksion xəstəliklər
KardiologiyaLORMamaçalıq, hamiləlik və doğuşlar
Manual terapiyaMassajNarkologiya
NefrologiyaNevrologiyaNeyrocərrahlıq
OftalmologiyaOnkologiyaOrtopediya
ParazitologiyaPediatriyaPlastik cərrahlıq
ProktologiyaPsixiatriyaPsixologiya
PulmonologiyaQastroenterologiyaReanimatologiya və anesteziologiya
RevmatologiyaSağlamlıq və gözəllikSeksologiya
StomatologiyaTerapiyaTəcili yardım
UrologiyaÜrək-damar cərrahiyyəsiXaricdə müalicə
Zöhrəvi xəstəliklərƏczaçılıq
Новости медицины

Новые статьи

Лечебные диеты

Будущим мамам

Это интересно
Bizim nailiyyətlərimiz




Banner




İlin həkimi




            Saytımızın qonağı "Nevrologiya Klinikasının" rəhbəri Tibb elmləri doktoru Rövşən Həsənov 
Arxiv
 
Bu saytda dərc edilmiş məlumatdan istifadə edərkən http://www.medexpert.az linki istinad mənbəyi kimi göstərilməlidir. Saytda dərc edilmiş məlumat tanışlıq üçün nəzərdə tutulub və özünü müalicə üçün vəsait kimi istifadə oluna bilməz. Saytın administrasiyası, sağlamlığa dəyəcək mümkün zərər, həmçinin saytda dərc edilmiş məlumatın etibarlılığlna görə heç bir məsuliyyət daşımır. 2009 Medekspert.
Site by PREMIUM AD
Rambler's Top100