Amerikalılar aorta üçün jqut – bağ yaradıblar      MÜASIR EKSTRASENSLƏR YAXUD ORTA ƏSR CAHILLIYINI YAŞAYAN CƏMIYYƏT      BIHE2011 sərgisinin anonsu      Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər barədə məlumat      Amerikalı alimlər əkiz uşaq analarının daha az xəstələndiklərini və uzunömürlü olduqlarını üzə çıxarıb.      Xərçəngi insan yaradıb?      Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümüdür      Analar üçün ən pis ölkələr hansılardır?      Diabet xəstəliyi haqqında bir qədər tarixi məlumat       Qida rasionuna hansı miqdarda bal əlavə olunmalıdır ?      Mühit məni narkoman etdi       600 qramlıq körpələr Azərbaycan vətəndaşı ola biləcək      Tezliklə! \"Ana yurdum Azərbaycan\" mövzusunda fotomüsabiqəyə start veriləcək!      www.medexpert.az Milli İnternet Mükafatı uğrunda Müsabiqənin Nominantı seçilib!!!      Vərəm hər gün nə qədər insanın həyatına son qoyur?      Azərbaycanda hər 8 adamdan biri talassemiya daşıyıcısıdır      Azərbaycanda cəza çəkən qadın məhkumlar tibbi müayinədən keçirilib.      Bakıda daha bir üçəm doğuldu!      Televizora çox baxmaq ömrü qısaldır      Yoqurt dişlərə zərərlidir      Körpənin cinsi ananın çəkisindən asılıdır      Dünyaya vaxtından əvvəl göz açma autizmə səbəb ola bilər      Əsəblər hamiləliyin qarşısını alır       Xoşbəxt nikah insulta dərmandır      Piylənmənin əsas səbəblərindən biri müəyyən edilib      Təhlükəsiz yuxu 6-8 saat müddətini əhatə edir      Siqaretə aludədən vaksin xilas edəcək      Nikotin asıllığının inkişafının günahkarları genlərdir      Qızlar və oğlanlar hamiləlik zamanı müxtəlif inkişaf edirlər      Suşı yemək üçün yapon olmaq lazımdır     
saytda vebdə
İstifadəçi hesabı
 
Qeydiyyatdan keç
 
Bizim Ekspertlər
 
 
Kateqoriyanı seçin
 
 
 
SORĞU
 
Digər Sorğular
 
İn Vitro (orqanizmdən kənar İVF) mayalandırma  | 1481 dəfə oxunub

İn Vitro (orqanizmdən kənar İVF) mayalandırma

İn Vitro (İVF) mayalandırma dedikdə yumurtahüceyrələrin orqanizmdən kənarda mayalandırılması nəzərdə tutulur. Əvvələr mayalandırma sınaq şüşələrində aparılırdı, indi isə, Petri kasalarında aparılır. Spermanın keyfiyyətindən asılı olaraq mayalandırma ənənəvi İVF üsulu ilə və ya mikromayalındarmanın köməyi (İKSİ) ilə aparılır. Hər iki halda qadın hormonal hazırlıq keçməlidir. İn vitro mayalandırma sonsuzluğun müalicəsinin effektif üsuludur.

Hormonal müalicə və ya stimulyasiya

Müalicəyə başlamaq qərarı verildikdən sonra Sizin üçün stimulyasiya planı hazırlanır. Stimulyasiya hormonal müalicədir. Bu müalicənin köməyi ilə bir menstrual tsikl müddətində yumurtalıqlarda bir neçə follikul və yumurtahüceyrə inkişaf edir. Müasir hormonal preparatlardan istifadə etmək çox asandır. Bunlar gündəlik olaraq inyeksiyalar şəklində qarın ya bud nahiyəsində dəri altına yeridilən hazır məhlullardır. Hormonal müalicənin müddəti, stimulyasiya proqramından, müalicə növündən və xəstənin fərdi xüsusiyyətlərindən asılıdır. İVF müalicə zamanı stimulyasiya 10 günədək davam edir və follikuların inkişafı USM-in köməyi ilə nəzarətdə saxlanılır. Bizim İVF üzrə tibb bacısı Sizi inyeksiyalar barəsində təlimatlandıracaqdır. O, hər zaman stimulyasiya və müalicə barəsindəki suallarınıza cavab verməyə hazırdır.

 

Ultrasəs müayinəsi

Hormonal müalicə zamanı follikuların inkişafına USM vasitəsilə nəzarət olunur. Aparılan USM-nin sayı tərtib edilmiş proqrama müvafiq olaraq bir və ya dörd ola bilər. Lazımi sayda follikuların inkişafına nail olmaq üçün bizim həkim bu müayinələrin əsasında müalıcə proqramında dəyişiklik edə bilər. Müayinə zamanı Sizi maraqlandıran bütün suallarınızı həkimə verə bilərsiniz.

Yumurtahüceyrələrin götürülməsi

Yumurtahüceyrələri günün birinci yarısında götürürlər. Bu prosedura axırıncı hormonal inyeksiyadan 34-36 saat sonra aparılır. Həmin vaxt ərzində injeksiya edilmiş İQH yumurtahüceyrəni yetişmiş hala gətirir və follikul mayesinə ifraz edir. Yumurtahüceyrələr follikul mayesinin sorulması yolu ilə yumurtalıqlardan götürülür. Bu əməliyyat ultrasəslə idarə olunan nazik iynəni uşaqlıq boynundan salmaqla həyata keçirilir. Əməliyyat zamanı Sizə güclü ağrıkəsici və sakitləşdirici dərmanlar veriləcəkdir. Adətən bu əməliyyat ağrısızdır. Çox nadir hallarda yumurtahüceyrələr narkoz altında götürülür. Yumurtahüceyrənin götürülməsi, follikuların sayından asılı olaraq 10-20 dəqiqə çəkir. Sizin həyat yoldaşınız dəstək olmaq üçün burada iştirak edə bilər.

Yumurtahüceyrələr götürüldükdən sonra bizim tibb bacısı Sizi istirahət otağına aparacaq. Bir və ya daha artıq saat istirahətdən sonra, müalicənin davamı haqqında təlimat alaraq evə gedə bilərsiniz. Sakitləşdirici dərman Sizin reaksiyanızı aşağı sala bilər. Buna görə də sükan arxasında əyləşməyi məsləhət görmürük. Ehtiyac varsa Siz və ya yoldaşınız həmin gün üçün, xəstəliyə görə işdən icazə ala bilərsiniz.

Embrioloq mikroskop vasitəsilə follikul mayesindən yumurtahüceyrələri taparaq, Petri kasasına yığır. Yumurtahüceyrələr xüsusi isti dolabda, orqanizmdəki şəraiti imitasiya edən qidalı mühitdə inkişaf edirlər. Yumurtahüceyrələr ətraf mühitin temperaturunun və turşuluğunun (PH) dəyişməsinə çox həssasdırlar. Ona görə də yumurtahüceyrələrlə iş, qızdırıcılarla təchiz edilmiş xüsusi otaqda, yüksək sürətlə aparılır.

Sperma nümunəsi

Yumurtahüceyrə götürülən zaman və ya bundan sonra kişi mayalanma üçün sperma verir. Bəzən belə vacib gündə, yad mühitdə sperma vermək məcburiyyəti kişidə çaşqınlıq hissi hətta stress yarada bilər. Əgər Siz bu problemlərin yaranacağından qorxursunuzsa, bu haqda həkimlə və ya tibb bacısı ilə danışmağınız yaxşı olar. Sperma nümunəsini evdə vermək imkanı da vardır. Bunun üçün klinikadan steril qab götürməlisiniz və nümunəni götürdükdən sonra yarım saat ərzində klinikaya çatdırmalısınız. Hətta spermanı gələcək müalicə üçün əvvəlcədən dondurmaq da mümkündür. Sonsusluğun müalicəsində birbaşa toxumluqdan götürülmüş və ya donor spermatozoidlərindən istifadə etmək olur.

Mayalandırma

Spermanın miqdar və hərəkətlilik kimi keyfiyyət göstəriciləridən asılı olaraq mayalandırma in vitro(İVF) və ya mikromayalandırma (İCSİ) yolu ilə aparılır. Mayalandırma üçün spermadan normal formaya malik və daha çox hərəkətli spermatozoidlər seçilərək ayrılır. Mayalandırma yumurtahüceyrə götürüldükdən bir necə saat sonra aparılır.

İVF - in vitro (orqanizmdən kənar) mayalandırma

Spermatozoidlərin sayı, hərəkətliliyi və quruluşuna görə sperma normaldırsa və ya normadan az fərqlidirsə mayalanmanı ənənəvi in vitro üsulu ilə aparmaq olar. Bu üsulda təmizlənmiş sperma yumurtahüceyrə olan kasaya əlavə edilir. Spermatozoidlər yumurtahüceyrəyə doğru hərəkət edərək onun səthinə yapışır və beləliklə mayalanma baş verir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Vərəm


Allerqoloqiya, immunoloqiyaAndrologiya Cərrahlıq
DermatologiyaDiaqnostikaEKM (Еkstrakorporal mayalanma)
EndokrinologiyaFtiziatriyaGenetika
GinekologiyaHematologiyaHepatitlər
Hüquq və səhiyyəİİV/QİÇSİnfeksion xəstəliklər
KardiologiyaLORMamaçalıq, hamiləlik və doğuşlar
Manual terapiyaMassajNarkologiya
NefrologiyaNevrologiyaNeyrocərrahlıq
OftalmologiyaOnkologiyaOrtopediya
ParazitologiyaPediatriyaPlastik cərrahlıq
ProktologiyaPsixiatriyaPsixologiya
PulmonologiyaQastroenterologiyaReanimatologiya və anesteziologiya
RevmatologiyaSağlamlıq və gözəllikSeksologiya
StomatologiyaTerapiyaTəcili yardım
UrologiyaÜrək-damar cərrahiyyəsiXaricdə müalicə
Zöhrəvi xəstəliklərƏczaçılıq
Новости медицины

Новые статьи

Лечебные диеты

Будущим мамам

Это интересно
Bizim nailiyyətlərimiz




Banner




İlin həkimi




            Saytımızın qonağı "Nevrologiya Klinikasının" rəhbəri Tibb elmləri doktoru Rövşən Həsənov 
Arxiv
 
Bu saytda dərc edilmiş məlumatdan istifadə edərkən http://www.medexpert.az linki istinad mənbəyi kimi göstərilməlidir. Saytda dərc edilmiş məlumat tanışlıq üçün nəzərdə tutulub və özünü müalicə üçün vəsait kimi istifadə oluna bilməz. Saytın administrasiyası, sağlamlığa dəyəcək mümkün zərər, həmçinin saytda dərc edilmiş məlumatın etibarlılığlna görə heç bir məsuliyyət daşımır. 2009 Medekspert.
Site by PREMIUM AD
Rambler's Top100