Amerikalılar aorta üçün jqut – bağ yaradıblar      MÜASIR EKSTRASENSLƏR YAXUD ORTA ƏSR CAHILLIYINI YAŞAYAN CƏMIYYƏT      BIHE2011 sərgisinin anonsu      Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər barədə məlumat      Amerikalı alimlər əkiz uşaq analarının daha az xəstələndiklərini və uzunömürlü olduqlarını üzə çıxarıb.      Xərçəngi insan yaradıb?      Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümüdür      Analar üçün ən pis ölkələr hansılardır?      Diabet xəstəliyi haqqında bir qədər tarixi məlumat       Qida rasionuna hansı miqdarda bal əlavə olunmalıdır ?      Mühit məni narkoman etdi       600 qramlıq körpələr Azərbaycan vətəndaşı ola biləcək      Tezliklə! \"Ana yurdum Azərbaycan\" mövzusunda fotomüsabiqəyə start veriləcək!      www.medexpert.az Milli İnternet Mükafatı uğrunda Müsabiqənin Nominantı seçilib!!!      Vərəm hər gün nə qədər insanın həyatına son qoyur?      Azərbaycanda hər 8 adamdan biri talassemiya daşıyıcısıdır      Azərbaycanda cəza çəkən qadın məhkumlar tibbi müayinədən keçirilib.      Bakıda daha bir üçəm doğuldu!      Televizora çox baxmaq ömrü qısaldır      Yoqurt dişlərə zərərlidir      Körpənin cinsi ananın çəkisindən asılıdır      Dünyaya vaxtından əvvəl göz açma autizmə səbəb ola bilər      Əsəblər hamiləliyin qarşısını alır       Xoşbəxt nikah insulta dərmandır      Piylənmənin əsas səbəblərindən biri müəyyən edilib      Təhlükəsiz yuxu 6-8 saat müddətini əhatə edir      Siqaretə aludədən vaksin xilas edəcək      Nikotin asıllığının inkişafının günahkarları genlərdir      Qızlar və oğlanlar hamiləlik zamanı müxtəlif inkişaf edirlər      Suşı yemək üçün yapon olmaq lazımdır     
saytda vebdə
İstifadəçi hesabı
 
Qeydiyyatdan keç
 
Bizim Ekspertlər
 
 
Kateqoriyanı seçin
 
 
 
SORĞU
 
Digər Sorğular
 
Ürək problemləri  | 1549 dəfə oxunub
Ürək problemləri
ÜRƏKGETMƏ — beynin, adətən, qısa müddət huşu itirmə ilə müşayiət olunan qəfləti anemiyası. Bu hal ürək-damar sisteminin müxtəlif xəstəlikləri, müxtəlif xarici təsirlər, məsələn, iti ağrılar olduqda və ya ağrı törədici proseduralar keçirildikdə, qan gördükdə, bərk həyəcanlanma zamanı və otaqda boğanaqlıq olduqda əmələ gələn qorxu nəticəsində baş verə bilər. Çox vaxt yorğun, ac və yoluxucu xəstəlik keçirmiş şəxslərdə baş verir. Özündəngetmə zamanı huşun itirilməsindən qabaq birdən-birə zəiflik, vəziyyətin pisləşməsi, baş gicəllənmə, gözə qaranlıq çökməsi və ya gözün qabağında bəlirmə, əl-ayağın keyləşməsi hiss olunur. Çox vaxt xəstəlik tutması bu hisslərlə məhdudlaşır və tam özündəngetmə baş vermir. Özündəngetmə xəstəliyinin simptomları bənizin avazıması, seyrək və səthi tənəffüs, zəif nəbz vurması, alçaq arterial təzyiq, periferik venaların batıqlığı, əzələlərin zəifləməsidir. Bəzən xəstənin gözləri axır, göz bəbəkləri daralır, işığı reaksiyası artır. Bir neçə dəqiqədən sonra xəstə özünə gəlir, gözlərini açır, mühitə reaksiya etməyə, sual verməyə başlayır, bənizin normal rəngi tədricən bərpa olunur. Lakin zəiflik və başağrısı bir neçə saat davam edə bilər.
Xəstənin ürəkgetmə vəziyyətindən mümkün olduqca tez çıxarmaq üçün onu uzandırmaq, ayaqlarını qaldırmaq (belədə beyinə qan axıb gəlməsi asanlaşdırılır), onu sıxan paltardan azad etmək, yaxalığını açmaq, toqqasını boşaltmaq və ona təmiz hava gəlməsini təmin etmək lazımdır. Bundan sonra xəstənin üzünə və döşünə soyuq su çiləmək, ona naşatır spirtində isladılmış pambığı iylətdirmək, ayaqlarına isitqac qoymaq və ya sərt bir şeylə ovxalayaraq qızdırmaq lazımdır. Bu kömək etmədikdə dərialtına kordiamin, kofein və ya kamfora yeridilir. Ürəkgetmə kəskin qan itirmə nəticəsində məsələn xoradan qanaxma və ya uşaqlıqdan kənar hamiləliyin pozulması üzündən qanaxma nəticəsində baş verə bilər. Buna görə də xəstə, həkim tərəfindən müayinə edilməlidir.
ÜRƏK DÖYÜNMƏSİ -ürək xəstəliklərinin, nevrozların və başqa xəstəliklərin simptomudur. Ürək döyünməsi birdən-birə baş verdiyi və xəstəyə əziyyətverici xassəli tutma (paroksizmal taxikardiya və ya qulaqcıqların paroksizmal titrəyişli tutması) şəklində olduğu hallarda xəstəyə təxirəsalınmaz yardım göstərilməsi tələb edilir.
Xəstələr tez-tez güclü ürək təkanları və qorxu hiss edirlər, onların sifəti ağarır, nəbzi dəqiqədə 150 dəfədən artıq vurur. Tutma bir neçə saat, hətta bir neçə sutka davam edə bilər. Belə hallarda ürək döyünməsi xəstənin həyatı üçün təhlükə törədir.
Tutmanın aradan qaldırılmasıüçün azan siniri qıcıqlandırıcı tədbirlər — göz almalarına, yuxu arteriyası nahiyəsinə, qarın aortasına təzyiqetmə, süni qusdurma tətbiq edilir. Həkimin təyin etməsi üzrə venaya novokainamid, inderal və ya başqa antiaritmik dərmanlar yeridirlər.
HİPERTONİYA KRİZİ — başağrısının şiddətlənməsi, başgicəllənməsi, ürək bulanması, qusma ilə birlikdə arterial təzyiqin kəskin artması, hipertonik kriz hipertoniya xəstəliyinin və başqa arterial hipertoniyaların cərəyanını mürəkkəbləşdirir və beyin qan dövranının pozğunluqları, görmə qabiliyyətinin pisləşməsi, qısamüddətli parezlər, nitq pozğunluğu ilə müşayiət oluna bilər. Ağır hallarda hipertonik kriz insult (iflic) ilə nəticələnir və ya kəskin ürək çatışmazlığına (ürək astmasına), stenokardiyaya, miokard infarktına səbəb olur. Hipertonik kriz olduqda tibb bacısı xəstənin ənsəsinə xardal yaxması qoya bilər, xəstənin ayaqlarını isti vannada saxlaya bilər, ürək ağrısı baş verdikdə isə ona validol və ya nitroqliserin verə bilər: həkimin təyin etməsinə görə xəstənin venasına 4 — 6 ml 0,5%-li dibazol məhlulu, 10 ml 25%-li maqnezium-sulfat məhlulu,10 ml 24%-li eufillin məhlulu və başqa hipotenziv dərmanlar yeridilir. Birdən-birə inkişaf edən başgicəllənməsi beyin qan dövranının kəskin pozulması və ya vestibülyar aparatın (dəhliz aparatının) zədələnməsi əlaməti ola bilər. Cisimlərin müəyyən istiqamətə doğru, eşitmə pozğunluğu iləuyğunlaşmış hərlənməsi vestibülyar (müntəzəm) başgicəllənmə üçün səciyyəvidir. Arterial təzyiqin kəskin surətdə yüksəlməsi ilə uyğunlaşmış qeyri-müntəzəm başgicəllənmə isə hipertonik kriz simptomudur.
Başgicəllənməsi kəskin inkişaf etmiş xəstəni başı qaldırılmış vəziyyətdə uzandırmaq lazımdır. Onun ayaqları altına isə isitqac qoymaq olar. Baş gicəllənməsi və ürəkbulanmasını azaltmaq üçün xəstəyə tərkibində atropin olan dərmanlar (belladonna, belloid, belaspon) verilir.

Müəlliftibb elmləri namizədi B.L. Borodulin
http://kayzen.az
Vərəm


Allerqoloqiya, immunoloqiyaAndrologiya Cərrahlıq
DermatologiyaDiaqnostikaEKM (Еkstrakorporal mayalanma)
EndokrinologiyaFtiziatriyaGenetika
GinekologiyaHematologiyaHepatitlər
Hüquq və səhiyyəİİV/QİÇSİnfeksion xəstəliklər
KardiologiyaLORMamaçalıq, hamiləlik və doğuşlar
Manual terapiyaMassajNarkologiya
NefrologiyaNevrologiyaNeyrocərrahlıq
OftalmologiyaOnkologiyaOrtopediya
ParazitologiyaPediatriyaPlastik cərrahlıq
ProktologiyaPsixiatriyaPsixologiya
PulmonologiyaQastroenterologiyaReanimatologiya və anesteziologiya
RevmatologiyaSağlamlıq və gözəllikSeksologiya
StomatologiyaTerapiyaTəcili yardım
UrologiyaÜrək-damar cərrahiyyəsiXaricdə müalicə
Zöhrəvi xəstəliklərƏczaçılıq
Новости медицины

Новые статьи

Лечебные диеты

Будущим мамам

Это интересно
Bizim nailiyyətlərimiz




Banner




İlin həkimi




            Saytımızın qonağı "Nevrologiya Klinikasının" rəhbəri Tibb elmləri doktoru Rövşən Həsənov 
Arxiv
 
Bu saytda dərc edilmiş məlumatdan istifadə edərkən http://www.medexpert.az linki istinad mənbəyi kimi göstərilməlidir. Saytda dərc edilmiş məlumat tanışlıq üçün nəzərdə tutulub və özünü müalicə üçün vəsait kimi istifadə oluna bilməz. Saytın administrasiyası, sağlamlığa dəyəcək mümkün zərər, həmçinin saytda dərc edilmiş məlumatın etibarlılığlna görə heç bir məsuliyyət daşımır. 2009 Medekspert.
Site by PREMIUM AD
Rambler's Top100