Amerikalılar aorta üçün jqut – bağ yaradıblar      MÜASIR EKSTRASENSLƏR YAXUD ORTA ƏSR CAHILLIYINI YAŞAYAN CƏMIYYƏT      BIHE2011 sərgisinin anonsu      Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər barədə məlumat      Amerikalı alimlər əkiz uşaq analarının daha az xəstələndiklərini və uzunömürlü olduqlarını üzə çıxarıb.      Xərçəngi insan yaradıb?      Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümüdür      Analar üçün ən pis ölkələr hansılardır?      Diabet xəstəliyi haqqında bir qədər tarixi məlumat       Qida rasionuna hansı miqdarda bal əlavə olunmalıdır ?      Mühit məni narkoman etdi       600 qramlıq körpələr Azərbaycan vətəndaşı ola biləcək      Tezliklə! \"Ana yurdum Azərbaycan\" mövzusunda fotomüsabiqəyə start veriləcək!      www.medexpert.az Milli İnternet Mükafatı uğrunda Müsabiqənin Nominantı seçilib!!!      Vərəm hər gün nə qədər insanın həyatına son qoyur?      Azərbaycanda hər 8 adamdan biri talassemiya daşıyıcısıdır      Azərbaycanda cəza çəkən qadın məhkumlar tibbi müayinədən keçirilib.      Bakıda daha bir üçəm doğuldu!      Televizora çox baxmaq ömrü qısaldır      Yoqurt dişlərə zərərlidir      Körpənin cinsi ananın çəkisindən asılıdır      Dünyaya vaxtından əvvəl göz açma autizmə səbəb ola bilər      Əsəblər hamiləliyin qarşısını alır       Xoşbəxt nikah insulta dərmandır      Piylənmənin əsas səbəblərindən biri müəyyən edilib      Təhlükəsiz yuxu 6-8 saat müddətini əhatə edir      Siqaretə aludədən vaksin xilas edəcək      Nikotin asıllığının inkişafının günahkarları genlərdir      Qızlar və oğlanlar hamiləlik zamanı müxtəlif inkişaf edirlər      Suşı yemək üçün yapon olmaq lazımdır     
saytda vebdə
İstifadəçi hesabı
 
Qeydiyyatdan keç
 
Bizim Ekspertlər
 
 
Kateqoriyanı seçin
 
 
 
SORĞU
 
Digər Sorğular
 
Zəhərlənmə  | 1906 dəfə oxunub
Zəhərlənmə

Zəhərlənmə — orqanizmə zəhərlərin təsiri nəticəsində əmələ gələn patoloji vəziyyət. Zəhərlənməyə pis keyfiyyətli ərzaq və zəhərli bitkilər, məişətdə və istehsalatda tətbiq edilən müxtəlif kimyəvi maddələr, dərman preparatları və s. səbəb ola bilər. Zəhərlər orqanizmin müəyyən yerinə və ya ümumiyyətlə bütün orqanizmə təsir edə bilər. Bu, zəhərin xassəsindən və orqanizmə düşmə yolundan asılıdır.
Bütün iti zəhərlənmə hallarında təxirəsalınmaz yardım zamanı aşağıdakı tədbirlər görülür:
1) orqanizmdən zəhər olduqca tez kənar edilir,
2) orqanizmdə qalmış zəhər padzəhər (antidotlar) vasitəsilə zərərsizləşdirilir,
3) tənəffüs və qan dövranının pozğunluqları ilə mübarizə aparılır.
Zəhər ağızdan düşdükdə zəhərlənmənin baş verdiyi yerdə (evdə, istehsalatda) mədəni dərhal yumaq lazımdır, bağırsaqların da təmizlənməsi tövsiyə edilir ki, bu məqsədlə işlətmə dərmanı vermək, imalə etmək olar. Zəhər dəriyə və ya selikli qişaya düşdükdə dərhal mexaniki üsulla kənar edilməlidir. Dezintoksikasiya üçün həkimin təyinatına gör dərialtına və venaya qlükoza, natrium-xlorid, hemodez, poliqlükin və s. məhlulları yeridilir. Lazım gəldikdə sürətləndirilmiş diurez tətbiq edilir: eyni zamanda 3 — 5 l maye və tez təsiredici sidik artıran dərmanlar yeridilir. Zəhərin zərərsizləşdirilməsi üçün, zəhərlənmənin xarakterindən asılı olaraq spesifik antidotlardan — unitiol, metilen abısı və s. istifadə edilir. Tənəffüsün funksiyasının və qan dövranının bərpa olunması üçün oksigen, ürək-damar dərmanları, tənəffüs analeptikləri, aparat vasitəsilə tənəffüs də daxil olmaqla, süni nəfəsaldırma tətbiq edilir.
Qida maddələri ilə zəhərlənmə qidalanmadan bir neçə saat sonra kəskin surətdə başlayaraq — ürək bulanması, bərk zəiflik, pis vəziyyət, qarınüstü nahiyədə köpmə və ağrı hiss edilir, çox keçmədən bol qusma baş verir və bu, xəstənin vəziyyətini bir qədər yüngülləşdirir. Qusma qarın işləməsi ilə müşayiət olunur, xəstənin qarnı tez-tez işləyir, ifrazat çox və duru konsistensiyalı olur, bəzən tərkibində selik görünür. Eyni zamanda qarında sancı şəklində ağrılar baş verə bilər. Çox vaxt temperatur yüksəlir, başağrısı və bütün bədəndə ağrı hiss olunur.
Təxirəsalınmaz yardım mədənin qida qalıqlarından tamamilə təmizlənənə, saf su çıxana qədər yoğun zondla yuyulması ilə başlanır. Zond salmaq mümkün olmadıqda xəstəyə stəkanla su içirdirlər və sonra əsnəyini (udlaq girəcəyini) barmaqla qıcıqlandıraraq qusma əmələ gətirirlər. Xəstə qusduqdan sonra ona qarın işlətmə duzları (400 — 500 ml suda 20 — 30 q maqnezium-sulfat və ya natrium sulfat) içirdirlər. Xəstəni yataqda uzadıb qarnına isitqac qoymaq lazımdır. Ağrılar olduqda 5-7 damcı 0,1 %-li atropin-sulfat və ya 0,015 q xanımotu (belladonna), bəzən atropin (0,5 — 1 ml 0,1 %-li) məhlulunu dəri altına yeritmək olar. Kollaps baş verdikdə ürək damar dərmanları: 2 ml 25 %-li kordiamin məhlulu, 2 ml 20 %-li kamfora məhlulu, 1 ml 10 %-li kofein məhlulu, 1 ml 1 %-li mezaton məhlulu dəri altına yeridilir. Orqanizm susuzlaşdıqda və elektrolitləri itirdikdə 500 — 1000 ml, natrium-xloridin izotonik məhlulunun damcı üsulu ilə dəri altına və ya venaya yeridilməsi təşkil edilməlidir. Eyni zamanda venaya 10 — 12 ml 10 %-li natrium xlorid məhlulu yeridilməlidir. İntoksikasiya və susuzlaşma simptomlarının kollaps əlamətləri ilə birləşməsi, hökmən damcı üsulu ilə venaya mayelərin (5 %-li qlükoza ilə birlikdə natrium-xlorid izotonik məhlulunun) yeridilməsini və ürək-damar dərmanlarının (kofein, mezaton; 0,5 — 1 ml 0,2 %-li noradrenalin məhlulunu damcısalan pipetkaya əlavə edirlər) yeridilməsini tələb edir.
Qida maddələri ilə zəhərlənmə hallarında əvvəlinci 1 — 2 gün ərzində xəstə yeməkdən çəkinməlidir, bu zaman ona ilıq çay vermək olar. Sonralar isə həkimin göstərişi üzrə qidalanma rejimi tədricən genişləndirilir.

Məişət və istehsalat zəhərlənmələri.
Alkoqol. Ondan sui-istifadə edilməsi — məişət zədələnmələrinin ən çox təsadüf olunan səbəbidir. Alkoqolla (narkoz zəhəri ilə) zəhərlənmə zamanı şüurun koma dərəcəsinə qədər pozulması müşahidə edilir. Bu zaman ağızdan və qusuntu kütləsindən səciyyəvi alkoqol iyi gəlir. Bəbəklər əvvəl daralır, onların işığa və ya buynuz qişa refleksinə reaksiyası mühafizə olunur, daha dərin intoksikasiyada bəbəklər genişlənir, onların işığa və buynuz qişa refleksinə reaksiyası olmur. Bu zaman tənəffüsün dərin olması, nəbzin tez-tez vurması qeyd edilir, ağır intoksikasiya zamanı arterial təzyiq aşağı düşür.

Təxirəsalınmaz terapiyaya yoğun zond vasitəsilə mədənin yuyulması, parçalanan alkoqol maddələrinin neytrallaşdırılması üçün dərialtına kofein (1 — 2 ml 20 %-li məhlulu) yeridilməsi, habelə venaya təzəcə hazırlanmış 400 — 600 ml 4 %-li natrium-bikarbonat məhlulunun yeridilməsi aiddir. Alkoqol koması halında olan xəstənin dilinin dala əyilib içəriyə düşməsinin qarşısını almaq üçün alkoqol koması vəziyyətində olan xəstənin dilinə dil tutqacı qoyulmalıdır. Arterial təzyiqin aşağı düşməsi və susuzlaşma zamanı venaya 1-2lnatrium-xlorid izotonik məhlulu və ya 5 %-li qlükoza məhlulu yeridilməlidir.
Karbon 2 oksid dəm, işıq və generator qazlarını tərkibində olur. Zəhərlənmə mərkəzi sinir sisteminin zədələnmə simptomları ilə xarakterizə olunur. Bu simptomlar — qulaqlarda küy, başağrısı, başgicəllənməsi, ürək bulanması, qusma, bərk zəifləmə, şüur pozğunluğu, sonra dərin koma baş verməsindən ibarətdir.
İlk yardım: zərərdidəni xarab olmuş havadan dərhal uzaqlaşdırmalı, oksigen, karbogen inhalyasiyası, göstəriş olduqda süni tənəffüs, o cümlədən aparat vasitəsilə süni tənəffüs keçirilməlidir.
Bu zəhərlənmənin antidotu metilen abısıdır. Onu xromosmon preparatı ilə (metilen abısının qlükozada hazırlanmış və ampullara tökülmüş məhlulu) 50 — 100 ml miqdarında venaya yeridirlər.
Sirkə essensiyası. Sirkə essensiyası içilməsi nəticəsində ağız boşluğu, udlaq, qırtlaq, qida borusu, mədənin selikli qişasının yanığı və ümumi intoksikasiya baş verir. Yanıq udma aktının pozulması, ağızda və qida borusu yolunda bərk ağrı ilə müşayiət olunur. Turşu sorulması hemolizə, qaraciyərin zədələnməsinə və aydın görünən asidoza səbəb olur. Zəhərlənmənin ilk dəqiqələrindən eritrositlərin dağılma məhlulları sidiyə qarışdığına görə, o albalı rəngi alır. Anuriya inkişaf edə bilər.
Təxirəsalınmaz yardım mədənin yuyulması ilə başlanır. Bu tədbir ancaq assensiya qəbul edilməsindən sonrakı ilk 1 — 2 saat ərzində (adətən, zond işlədilmədən) keçirilməlidir. Mədənin yuyulması üçün ən yaxşı vasitə 2 %-li natrium-bikarbonatdan (içməli sodadan) istifadə edilməsidir. Asidozla mübarizə üçün :500 — 600 ml.4 %-li natrium-bikarbonat (soda məhlulunu) damcı üsulu ilə venaya yeridirlər, diurezi artırmaq üçün təkrar 10 ml 24 %-li eufillin məhlulu və başqa sidikartıran dərmanlar, ağrılar olduqda da promedol yeridilir. Parenteral qidalanma tətbiq edilir.
Fosfor — üzvi birləşmələr (xlorofos, tiofos, karbosof və s.). Bu maddələrin istehsalatda və məişətdə geniş tətbiqi onlarla zəhərlənmə hadisələrinin artmasına səbəb olur. Zəhərlənmə simptomları, bir qayda olaraq, zəhərlə təmasdan sonrakı birinci saat ərzində təzahür edərək ağız suyu axması, qusma, qarın işləməsi, bəbəklərin daralması, bronxların spazmı və bronxial vəzilərin güclü sekresiyası nəticəsində təngnəfəslik baş verməsindən ibarət olur. Zəhərlənmənin gec büruzə edən mərhələlərində əzələlərin, o cümlədən tənəffüs əzələsinin iflici və burun nəticəsində təngişmədən gələn ölüm baş verir.
Təxirəsalınmaz yardım tədbirləri: — atropin yeridilir, mədə yuyulur (fəallaşdırılmış kömür və ya karbolen əlavə edilməklə), lazım gəldikdə süni tənəffüs keçirilir. Diaqnozdan şübhə edilmədikdə eyni zamanda 3 — 5 ml 0,1 %-li atropin məhlulu yeridilir.

Dərmanlarla zəhərlənmə.
Barbituratlar. Bu qrupdan olan yuxu dərmanları ilə zəhərlənmə hallarına tez-tez təsadüf edilir. Yuxu dərmanının böyük dozasını qəbul edilməsindən 30 — 60 dəqiqə keçdikdən sonra yuxuculluq, zəiflik, səmtirləmə, nitqin pozulması baş verir, bəbəklər daralır. Sonra dərin yuxu və koma halı başlanır.

Təxirəsalınmaz tədbirlər: mədəni yoğun zondla yuyur, sonra qarın işlədici duzlar verir, təmizləyici imalə, qoyulur. Tənəffüsün pozulması ilə birlikdə koma baş verdiyi zaman — süni tənəffüs keçirilir. Sorulmuş zəhərin kənar edilməsi üçün sürətləndirilmiş diurez tətbiq edilir.
Barbituratlarla zəhərlənmə hallarında yataq yaraları və pnevmoniyaların erkən qarşısı alınması xüsusilə çox əhəmiyyətlidir.
Atropin (xanımotu, belladonna, belloid, bellaspon və s.). Tərkibində tropin olan dərman preparatları və bitkilərlə (xanımotu, batabat, dəlibəng ilə) zəhərlənmə zamanı bəbəklərin genəlməsi və görmə pozğunluğu, ağızda bərk quruluq, ürək döyünməsi, üzün hiperemiyası, səs xırıltısı, psixi pozğunluqlar, yuxu ilə növbələşən həyəcanlılıq hallüsinasiya (xəyali görmə), sayıqlama müşahidə olunur. Ağır zəhərlənmə baş verdikdə xəstə koma halın düşərək tənəffüsün və qan dövranının pozulması nəticəsində ölə bilər.
Təxirəsalınmaz yardım tədbirləri: mədənin fəallaşdırılmış kömür (karbolen) əlavə edilmiş su ilə yuyulması, dəri altına 1 ml 0,05 %-li prozerin məhlulu yeridilməsinin təkrarlanması, həyəcanlanmanı və qıcolmaları aradan qaldırmaq üçün əzələyə 2 ml 2,5 %-li aminazin məhlulu yeridilir, sorulmuş zəhəri kənar etmək üçün sürətləndirilmiş diurez tətbiq edilir.
Neyroleptiklər — aminazin, triftazin, levomepromazin (tizersin) və s. Bu dərmanların toksik dozalarının qəbul edilməsi nəticəsində zəiflik, yuxuculuq, başgicəllənməsi əmələ gəlir, sifət maska şəkli alır, çox keçmədən başlayan yuxu bir sutkadan artıq davam edir. Bəbəklər daralır, bəzən əzələnin dalbadal dartılması müşahidə edilir. Ağır zəhərlənmələr zamanı komatoz hal inkişaf edir, tənəffüs pozulur və bunlar ölümə gətirib çıxarır.
Təxirəsalınmaz yardım tədbirləri: mədəni mümkün qədər tez zondla yuyurlar. Yuduqdan sonra mədəyə həmin zond vasitəsilə işlətmə duzu daxil edirlər. Təmizləyici imalə keçirilir. Oksigenlə terapiya aparılır. Həkimin təyinatı üzrə sürətləndirilmiş diurez tətbiq edilir, plazmanın qələviləşdirilməsi üçün venaya 4 %-li natrium-bikarbonat (soda) məhlulu yeridilir; tənəffüs pozulduğu hallarda süni tənəffüs keçirilir. Onu aparat vasitəsi ilə keçirmək olar.
Antihistamin preparatlar — dimedrol, diprazin (pipolfen), suprastin və s. Bu dərmanlarla zəhərlənmə simptomları onlar qəbul edildikdən 10 dəq. — 1 ½ saat sonra təzahür edir. Bu simptomlar: əzginlik, yuxuculluq, səmtirləmə, dolaşıq nitqdən ibarətdir. Qulaq batması, hərəki və psixi həyəcanlılıq hallüsinasiya ilə əvəz oluna bilər, sonra yuxuya gedərək xəstə 10-12 saat yatır. Sifətin və bədənin qızarması, dəridə və görünən selikli qişalarda qurululuq müşahidə olunur. Tənəffüs və nəbz vurması sıxlaşır. Ağır zəhərlənmə halları komaya səbəb olur.
Təxirəsalınmaz yardım tədbirləri: mədəni yoğun zondla yuyur, işlətmə duzu verir, təmizləyici imalə qoyur və oksigen terapiyası keçirirlər. Həkimin təyin etməsi üzrə parenteral (bilavasitə) içəriyə maye daxil edilir və sürətləndirilmiş diurez tətbiq edilir.
Trankvilizatorlar — xlordiazepoksid (elenium), diazepam (seduksen), oksazepam (tazepam). Bu dərmanların toksik dozasının qəbul edilməsindən 1 — 1 ½ saat keçdikdən sonra getdikcə artan əzələ zəifliyi, yuxuculluq, başgicəllənməsi, yerişin, nitqin pozulması baş verir. Ağır hallarda koma inkişaf edir və o ölüm təhlükəsi törədir.
Təxirəsalınmaz yardım: mədəni yoğun zondla təkrar-təkrar yuyurlar: həkimin təyinatı üzrə sürətləndirilmiş diurez aparır, tənəffüs pozulduğu zaman süni tənəffüs keçirirlər.

http://kayzen.az

Vərəm


Allerqoloqiya, immunoloqiyaAndrologiya Cərrahlıq
DermatologiyaDiaqnostikaEKM (Еkstrakorporal mayalanma)
EndokrinologiyaFtiziatriyaGenetika
GinekologiyaHematologiyaHepatitlər
Hüquq və səhiyyəİİV/QİÇSİnfeksion xəstəliklər
KardiologiyaLORMamaçalıq, hamiləlik və doğuşlar
Manual terapiyaMassajNarkologiya
NefrologiyaNevrologiyaNeyrocərrahlıq
OftalmologiyaOnkologiyaOrtopediya
ParazitologiyaPediatriyaPlastik cərrahlıq
ProktologiyaPsixiatriyaPsixologiya
PulmonologiyaQastroenterologiyaReanimatologiya və anesteziologiya
RevmatologiyaSağlamlıq və gözəllikSeksologiya
StomatologiyaTerapiyaTəcili yardım
UrologiyaÜrək-damar cərrahiyyəsiXaricdə müalicə
Zöhrəvi xəstəliklərƏczaçılıq
Новости медицины

Новые статьи

Лечебные диеты

Будущим мамам

Это интересно
Bizim nailiyyətlərimiz




Banner




İlin həkimi




            Saytımızın qonağı "Nevrologiya Klinikasının" rəhbəri Tibb elmləri doktoru Rövşən Həsənov 
Arxiv
 
Bu saytda dərc edilmiş məlumatdan istifadə edərkən http://www.medexpert.az linki istinad mənbəyi kimi göstərilməlidir. Saytda dərc edilmiş məlumat tanışlıq üçün nəzərdə tutulub və özünü müalicə üçün vəsait kimi istifadə oluna bilməz. Saytın administrasiyası, sağlamlığa dəyəcək mümkün zərər, həmçinin saytda dərc edilmiş məlumatın etibarlılığlna görə heç bir məsuliyyət daşımır. 2009 Medekspert.
Site by PREMIUM AD
Rambler's Top100