Amerikalılar aorta üçün jqut – bağ yaradıblar      MÜASIR EKSTRASENSLƏR YAXUD ORTA ƏSR CAHILLIYINI YAŞAYAN CƏMIYYƏT      BIHE2011 sərgisinin anonsu      Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər barədə məlumat      Amerikalı alimlər əkiz uşaq analarının daha az xəstələndiklərini və uzunömürlü olduqlarını üzə çıxarıb.      Xərçəngi insan yaradıb?      Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümüdür      Analar üçün ən pis ölkələr hansılardır?      Diabet xəstəliyi haqqında bir qədər tarixi məlumat       Qida rasionuna hansı miqdarda bal əlavə olunmalıdır ?      Mühit məni narkoman etdi       600 qramlıq körpələr Azərbaycan vətəndaşı ola biləcək      Tezliklə! \"Ana yurdum Azərbaycan\" mövzusunda fotomüsabiqəyə start veriləcək!      www.medexpert.az Milli İnternet Mükafatı uğrunda Müsabiqənin Nominantı seçilib!!!      Vərəm hər gün nə qədər insanın həyatına son qoyur?      Azərbaycanda hər 8 adamdan biri talassemiya daşıyıcısıdır      Azərbaycanda cəza çəkən qadın məhkumlar tibbi müayinədən keçirilib.      Bakıda daha bir üçəm doğuldu!      Televizora çox baxmaq ömrü qısaldır      Yoqurt dişlərə zərərlidir      Körpənin cinsi ananın çəkisindən asılıdır      Dünyaya vaxtından əvvəl göz açma autizmə səbəb ola bilər      Əsəblər hamiləliyin qarşısını alır       Xoşbəxt nikah insulta dərmandır      Piylənmənin əsas səbəblərindən biri müəyyən edilib      Təhlükəsiz yuxu 6-8 saat müddətini əhatə edir      Siqaretə aludədən vaksin xilas edəcək      Nikotin asıllığının inkişafının günahkarları genlərdir      Qızlar və oğlanlar hamiləlik zamanı müxtəlif inkişaf edirlər      Suşı yemək üçün yapon olmaq lazımdır     
saytda vebdə
İstifadəçi hesabı
 
Qeydiyyatdan keç
 
Bizim Ekspertlər
 
 
Kateqoriyanı seçin
 
 
 
SORĞU
 
Digər Sorğular
 
Böyrəklərin morfostrukturu və yerləşməsi  | 2449 dəfə oxunub
Böyrəklərin morfostrukturu və yerləşməsi
Böyrəklər — cüt orqan olub, özünəməxsus görünüşə malik — lobya formasındadır.Hər bir böyrəyin yuxarı və aşağı qütbü, medial (iç) və lateral (bayır) kənarları, ön və arxa səthləri vardır.Medial kənarın ortasında böyrək qapısı-hilus renalis yerləşir, buradan orqana böyrək arteriyası, sinirlər daxil olur və orqandan böyrək venası, limfa damarları xaric olurlar.Burada həmçinin, böyrək ləyəni yerləşir.
Normal şəxslərdə böyrəklərin uzunluğu 12 sm (11-14 sm), eni 6 sm (5-7sm), qalınlığı 3-4 sm-ə bərabərdir.Böyrəklərin normal ölçülərini bilməklə onların polikistoz, pielonefrit və başqa xəstəliklər zamanı (bir və ya ikitərəfli) kiçilməsi və ya böyüməsi düzgün təyin etmək mümkün olur.
Hər bir böyrəyin yaşlı insanda çəkisi 150-160 qramdır.Böyrəklər peritonarxası sahədə, onurğa sütunun yanında, yuxarı qütbü XII döş fəqərəsinin yuxarı kənarı, aşağı qütbü III bel fəqərəsinin yuxarı kənarı səviyyəsində yerləşir. Sağ böyrək qaraciyər tərəfindən aşağı sıxışdığından 1/2 fəqərə aşağı yerləşə bilər.Böyrəklərin boylama oxu fəqərənin oxuna nisbətən çəp yerləşir, belə ki, yuxarı qütblər fəqərəyə yaxın, aşağı qütblər uzaq yerləşir. Normada vertikal vəziyyətdə böyrəklər 1/2 fəqərə hündürlüyü qədər yerini aşağı dəyişə bilər.Böyrəklərin peritonarxası sahədə stabil vəziyyəti qarın divarının əzələsinin tonusu nəticəsində meydana çıxan qarın boşluğu daxilindəki təzyiq nəticəsində təmin olunur.Böyrəklərin vəziyyətinin qorunub saxlanmasında böyrək damarları və böyrəkətrafı piy toxumasının da rolu vardır.Qarın boşluğu divarının əzələlərini tonusunun asağı düşməsi, böyrəkətrafı toxumanın xeyli azalması, böyrək damarlarının uzanması böyrəklərin (bir və ya ikitərəfli) müxtəlif dərəcəli sallanmasına səbəb olur.

Böyrəklərin üstü sərt birləşdirici toxumadan ibarət kapsula ilə örtülmüşdür.Böyrək səthi hamar qəhvəyi rəngdədir.Kəsikdə böyrəyin iki qatı-qabıq və beyin maddəsi ayırd edilir.Bu iki qatın arasında qövs arteriyaları və venaları, limfa damarları, sinirlər keçən birləşdirici toxuma qatı yerləşir.Qabıq maddədə lupa altında diqqətlə baxdıqda çoxlu sayda qırmızı rəngdə nöqtəvari törəmələr — böyrək cisimcikləri (corpuscularis renis) və ya malpigi cisimcikləri (corpuscularis Malpighii) görünür.Qabıq maddəsinin qalınlığı 7-8 mm olur, amma çoxlu yerdə o beyin maddənin dərinliyinə, radial yerləşmiş sütunlar şəklində daxil olur.Axırıncılar böyrəyin beyin maddəsini böyrək piramidlərinə (pyramides renalis) bölür ki, bunların da əsası xaricə, zirvəsi daxilə yönəlmişdir.Belə piramidlərin sayı hər böyrəkdə 8-18-ə qədər olur.Piramidlərin zirvələri sərt birləşdirici toxuma futlyarına, kiçik böyrəyin kasacıklarına (calycex) geyindirilir.Bir kasacıq iki-üç piramidin zirvəsini əhatə edərək məməciyi əmələ gətirir və odur ki, kasacığın sayı piramidlərin sayından az olur.Hər bir məməciyin səthində yığıcı borucuqların (Bellini kanalcıqları) açıldığı 13-15 dəlik vardır, bunlardan sidik axaraq kiçik kasacıqlara və sonra ləyənə tökülür.

Müəllif: Mehman Ağayev
Kitab: Nefrologiya
Vərəm


Allerqoloqiya, immunoloqiyaAndrologiya Cərrahlıq
DermatologiyaDiaqnostikaEKM (Еkstrakorporal mayalanma)
EndokrinologiyaFtiziatriyaGenetika
GinekologiyaHematologiyaHepatitlər
Hüquq və səhiyyəİİV/QİÇSİnfeksion xəstəliklər
KardiologiyaLORMamaçalıq, hamiləlik və doğuşlar
Manual terapiyaMassajNarkologiya
NefrologiyaNevrologiyaNeyrocərrahlıq
OftalmologiyaOnkologiyaOrtopediya
ParazitologiyaPediatriyaPlastik cərrahlıq
ProktologiyaPsixiatriyaPsixologiya
PulmonologiyaQastroenterologiyaReanimatologiya və anesteziologiya
RevmatologiyaSağlamlıq və gözəllikSeksologiya
StomatologiyaTerapiyaTəcili yardım
UrologiyaÜrək-damar cərrahiyyəsiXaricdə müalicə
Zöhrəvi xəstəliklərƏczaçılıq
Новости медицины

Новые статьи

Лечебные диеты

Будущим мамам

Это интересно
Bizim nailiyyətlərimiz




Banner




İlin həkimi




            Saytımızın qonağı "Nevrologiya Klinikasının" rəhbəri Tibb elmləri doktoru Rövşən Həsənov 
Arxiv
 
Bu saytda dərc edilmiş məlumatdan istifadə edərkən http://www.medexpert.az linki istinad mənbəyi kimi göstərilməlidir. Saytda dərc edilmiş məlumat tanışlıq üçün nəzərdə tutulub və özünü müalicə üçün vəsait kimi istifadə oluna bilməz. Saytın administrasiyası, sağlamlığa dəyəcək mümkün zərər, həmçinin saytda dərc edilmiş məlumatın etibarlılığlna görə heç bir məsuliyyət daşımır. 2009 Medekspert.
Site by PREMIUM AD
Rambler's Top100