Amerikalılar aorta üçün jqut – bağ yaradıblar      MÜASIR EKSTRASENSLƏR YAXUD ORTA ƏSR CAHILLIYINI YAŞAYAN CƏMIYYƏT      BIHE2011 sərgisinin anonsu      Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər barədə məlumat      Amerikalı alimlər əkiz uşaq analarının daha az xəstələndiklərini və uzunömürlü olduqlarını üzə çıxarıb.      Xərçəngi insan yaradıb?      Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümüdür      Analar üçün ən pis ölkələr hansılardır?      Diabet xəstəliyi haqqında bir qədər tarixi məlumat       Qida rasionuna hansı miqdarda bal əlavə olunmalıdır ?      Mühit məni narkoman etdi       600 qramlıq körpələr Azərbaycan vətəndaşı ola biləcək      Tezliklə! \"Ana yurdum Azərbaycan\" mövzusunda fotomüsabiqəyə start veriləcək!      www.medexpert.az Milli İnternet Mükafatı uğrunda Müsabiqənin Nominantı seçilib!!!      Vərəm hər gün nə qədər insanın həyatına son qoyur?      Azərbaycanda hər 8 adamdan biri talassemiya daşıyıcısıdır      Azərbaycanda cəza çəkən qadın məhkumlar tibbi müayinədən keçirilib.      Bakıda daha bir üçəm doğuldu!      Televizora çox baxmaq ömrü qısaldır      Yoqurt dişlərə zərərlidir      Körpənin cinsi ananın çəkisindən asılıdır      Dünyaya vaxtından əvvəl göz açma autizmə səbəb ola bilər      Əsəblər hamiləliyin qarşısını alır       Xoşbəxt nikah insulta dərmandır      Piylənmənin əsas səbəblərindən biri müəyyən edilib      Təhlükəsiz yuxu 6-8 saat müddətini əhatə edir      Siqaretə aludədən vaksin xilas edəcək      Nikotin asıllığının inkişafının günahkarları genlərdir      Qızlar və oğlanlar hamiləlik zamanı müxtəlif inkişaf edirlər      Suşı yemək üçün yapon olmaq lazımdır     
saytda vebdə
İstifadəçi hesabı
 
Qeydiyyatdan keç
 
Bizim Ekspertlər
 
 
Kateqoriyanı seçin
 
 
 
SORĞU
 
Digər Sorğular
 
Denge qızdırması  | 1268 dəfə oxunub
Denge qızdırması
Denge qızdırması (DQ) — yüksək qızdırma, güclü əzələ-oynaq ağrıları, səpgi, hemorragiya və limfadenopatiya ilə təzahür edən təbii ocaqlı transmissiv xəstəlikdir.
Xəstəliyin kliniki mənzərəsi Filippində (1954) təsvir edilmişdir.
Etiologiyası.DQ-nin törədicisi abroviruslara aiddir.Onun I, II, III, IV tipləri, RNT-si var, ölçüləri 17-25 nm-dir, xarici mühitdə davamsızdır.
Epidemiologiyası.Təbiətdə virusun rezervuarı meymunlar, dələlər, quşlardır.İnsandan insana Aedes cins ağcaqanadlar keçirir.Xəstəliyin ilk 3 günü ağcaqanad yoluxa bilir.Onlar insan və ya heyvan qanını sorandan 11-14 gün sonra 3 ay ərzində, yəni ömrünün axırına qədər virusu yoluxdurur.Xəstəliyə qarşı orqanizmin həssaslığı yüksəkdir.İmmunitet davamsızdır, virusun tiplərinə görə spesifikdir.
Patogenezi və patoloji anatomiyası.Ağcaqanadın dişlədiyi yerdə 3-5 gündən sonra yaranan ilk affektdə virus çoxalır və qana keçir.Virus kiçik damarları zədələyərək endoteli şişkinləşdirir, damarətrafı ödem və mononuklear infiltratlar əmələ gətirir.Qanın laxtalanması da pozulduğundan yayılmış hemorragiya, endo-perikarda, plevra və periton qişalarına, mədə-bağırsağın selikli qişasına, ağır hallarda baş beyinə qan sızır, daxili üzvlərdə degenerativ dəyişiklik yaranır.
Klinikası.Gizli dövr 3-15 gündür.Xəstəlik qəflətən üşütmə, beldə, omalarda, fəqərələrdə ağrı və qızdırma ilə başlayır.Adinamiya, anoreksiya, ürəkbulanma, yuxusuzluqla yanaşı üz hiperemiyalaşır, ödemləşir, sklera kapilyarları genişlənir.Klassik DQ xoş gedişli olub yalnız 1% hallarda komaya keçə bilər.Xarakter əlamətləri kəskin atralgiya, mialgiya, əzələ rigidliyi nəticəsində yerişin pozulmasıdır.Xəstə Dendi quşu kimi dizlərin bükmədən addımlayır.Qızdırma dövrü bradikardiya, hipotenziya, leyko-trombositopeniya, nisbi limfo-monositoz qeyd edilir.Əksər xəstələrdəlimfoadenopatiya tapılır.3-cü gün qızdırma düşür, 1-3 gündən sonra yenidən qalxaraq 2-3 gün yüksək qalır.Xarakteri polimorf olan qızılcaya, skarlatinayabənzər və ya urtikar səpgi əmələ gəlir.Bu hal 1-ci, ya 2-ci qızdırma dövrü, ya da daha gec yaranır.Səpgi gövdədən ətraflara doğru yayılır, çox olur, 3-7 gün çəkir, qabıqlama verir.Səpgi olmaya da bilər.
Hemorragik DQ ağır gedişli olsa da, 2-4 gün çəkən başlanğıc dövründə əzələ, sümük və oynaq ağrıları az rast gəlinir.Qızğın dövrün gedişi 4 mərhələyə bölünür:
I mərhələ — qızdırma, ümumi intoksikasiya, manjet yerində qansızma, trombositopeniya və qanın qatılaşması.
II mərhələ — spontan qanaxmalar (dəridən, diş ətindən, mədə-bağırsaqdan), qanın qatılaşması və trombositopeniya artır.
III mərhələ — sirkulyator pozğunluqlar, oyanıqlıq.
IV mərhələ — dərin şok, sistolik təzyiqin sıfıra düşməsi, hemokonsentrasiya və kəskin trombositopeniya.
III və IV mərhələlər DQ-nin şok sindromu adlanır.
Qızğın dövr 4-5 gün çəkir.Qan qusma, koma, şok, yayılmış sianoz və qıcolmalar pis proqnozun göstəriciləridir.
Hemorragik DQ ilə uşaqlar çox xəstələnir və letallıq 50%-ə çatır.
Diaqnoz.İkidalğalı qızdırma, ağrı, səpgi və epidemioloji anamnez DQ-nin kliniki diaqnozuna kömək edir.Qoşa zərdabda HATRKBR anticisimləri aşkar edilir, birincili infeksiyada JgM diaqnozu dəqiqləşdirir.
Müalicəsi.Patogenetikdir.Şok əleyhinə terapiya lazımdır.KSH effektsizdir.
Profilaktikası.Ağcaqanadlardan qorunmaq və dezinseksiya tədbirlərindən ibarətdir.


Müəllif: Ələsgər Vəliyev


Kitab: İnfeksion xəstəliklər


Erkən differensial diaqnozu, müalicəsi
http://kayzen.az

Vərəm


Allerqoloqiya, immunoloqiyaAndrologiya Cərrahlıq
DermatologiyaDiaqnostikaEKM (Еkstrakorporal mayalanma)
EndokrinologiyaFtiziatriyaGenetika
GinekologiyaHematologiyaHepatitlər
Hüquq və səhiyyəİİV/QİÇSİnfeksion xəstəliklər
KardiologiyaLORMamaçalıq, hamiləlik və doğuşlar
Manual terapiyaMassajNarkologiya
NefrologiyaNevrologiyaNeyrocərrahlıq
OftalmologiyaOnkologiyaOrtopediya
ParazitologiyaPediatriyaPlastik cərrahlıq
ProktologiyaPsixiatriyaPsixologiya
PulmonologiyaQastroenterologiyaReanimatologiya və anesteziologiya
RevmatologiyaSağlamlıq və gözəllikSeksologiya
StomatologiyaTerapiyaTəcili yardım
UrologiyaÜrək-damar cərrahiyyəsiXaricdə müalicə
Zöhrəvi xəstəliklərƏczaçılıq
Новости медицины

Новые статьи

Лечебные диеты

Будущим мамам

Это интересно
Bizim nailiyyətlərimiz




Banner




İlin həkimi




            Saytımızın qonağı "Nevrologiya Klinikasının" rəhbəri Tibb elmləri doktoru Rövşən Həsənov 
Arxiv
 
Bu saytda dərc edilmiş məlumatdan istifadə edərkən http://www.medexpert.az linki istinad mənbəyi kimi göstərilməlidir. Saytda dərc edilmiş məlumat tanışlıq üçün nəzərdə tutulub və özünü müalicə üçün vəsait kimi istifadə oluna bilməz. Saytın administrasiyası, sağlamlığa dəyəcək mümkün zərər, həmçinin saytda dərc edilmiş məlumatın etibarlılığlna görə heç bir məsuliyyət daşımır. 2009 Medekspert.
Site by PREMIUM AD
Rambler's Top100