Amerikalılar aorta üçün jqut – bağ yaradıblar      MÜASIR EKSTRASENSLƏR YAXUD ORTA ƏSR CAHILLIYINI YAŞAYAN CƏMIYYƏT      BIHE2011 sərgisinin anonsu      Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər barədə məlumat      Amerikalı alimlər əkiz uşaq analarının daha az xəstələndiklərini və uzunömürlü olduqlarını üzə çıxarıb.      Xərçəngi insan yaradıb?      Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümüdür      Analar üçün ən pis ölkələr hansılardır?      Diabet xəstəliyi haqqında bir qədər tarixi məlumat       Qida rasionuna hansı miqdarda bal əlavə olunmalıdır ?      Mühit məni narkoman etdi       600 qramlıq körpələr Azərbaycan vətəndaşı ola biləcək      Tezliklə! \"Ana yurdum Azərbaycan\" mövzusunda fotomüsabiqəyə start veriləcək!      www.medexpert.az Milli İnternet Mükafatı uğrunda Müsabiqənin Nominantı seçilib!!!      Vərəm hər gün nə qədər insanın həyatına son qoyur?      Azərbaycanda hər 8 adamdan biri talassemiya daşıyıcısıdır      Azərbaycanda cəza çəkən qadın məhkumlar tibbi müayinədən keçirilib.      Bakıda daha bir üçəm doğuldu!      Televizora çox baxmaq ömrü qısaldır      Yoqurt dişlərə zərərlidir      Körpənin cinsi ananın çəkisindən asılıdır      Dünyaya vaxtından əvvəl göz açma autizmə səbəb ola bilər      Əsəblər hamiləliyin qarşısını alır       Xoşbəxt nikah insulta dərmandır      Piylənmənin əsas səbəblərindən biri müəyyən edilib      Təhlükəsiz yuxu 6-8 saat müddətini əhatə edir      Siqaretə aludədən vaksin xilas edəcək      Nikotin asıllığının inkişafının günahkarları genlərdir      Qızlar və oğlanlar hamiləlik zamanı müxtəlif inkişaf edirlər      Suşı yemək üçün yapon olmaq lazımdır     
saytda vebdə
İstifadəçi hesabı
 
Qeydiyyatdan keç
 
Bizim Ekspertlər
 
 
Kateqoriyanı seçin
 
 
 
SORĞU
 
Digər Sorğular
 
Yuxusuzluq yaxud insomnia  | 1434 dəfə oxunub

Yaşlı insanların 30 faizi pis yatır
Faina Georgiyevna Ranevskaya bunları xatırlayır:
«Yuxu dərmanı qəbul edib, uzanmışam. Gah sağ böyrü, gah da sol böyrü üstə dönərək, «yat» deyə özümə əmr edirəm. Heç nə alınmır. Bir saat uzandıqdan sonra mətbəxə keçib, daha bir həb içirəm. Puşkinin şerlərini oxuyaraq, yuxuya gedəcəyimi gözləyirəm. Ən nəhayət, yatıram. Yuxumda Puşkini görürəm. Mən onun ardınca qaçaraq, qışqırıram: «Siz mənim ən çox sevdiyim şairsiniz». О isə cavabında üzünü mənə tutub deyir: «A qoca kaftar, heç bilirsən məni necə təngə gətirmisən!».
Həkimlər ya həyat yoldaşı ilə, ya da iş yerində baş verən mübahisədən bir gün sonrakı gecə yuxusuz qalan insanın durumunda qorxulu heç nə görmürlər. Bütün bunlardan savayı, bəzən toy və digər xoşbəxt hadisələr ərəfəsində də yuxusuzluq müşahidə olunur. Lakin hər gecə, yaxud bir gecədən bir istirahət etmək mümkün olmadıqda, bu hal, daimi yuxusuzluq he­sab olunur.
Bəzən bu cür yuxusuzluğa fəal həyat tərzi nəticəsində tez-tez rast gəlinir. Yorğun orqanizm gecələr yatmağın əvəzinə yenə də yüksək tempdə işləməkdə davam edir və yuxusuzluq yaranır.

Neçə saat yatmaq lazımdır?

Bu, yalnız fərdi xüsusiyyətlərdən asılıdır. Orta hesabla insan üçün 7-9 saatlıq yuxu kifayət etdiyi halda, 4-5 saatlıq yuxu ilə kifayətlənən unikal şəxsiyyətlərə də rast gəlmək mümkündür. Yuxunuzun kifayət qədər olub-olmamasını bilmək üçün növbəti suallara cavab vermək gərəkdir:
a) siz iş günlərindən fərqli olaraq istirahət günü daha çox yatırsınız?
b) günorta və axşam saatlarında mütəmadi olaraq yuxusuzluq hiss edib, bəzən isə oturduğunuz yerdə yatırsınız?
c) siz yatağa uzandığınız andan 5 dəqiqə sonra dərhal yuxuya gedirsiniz?
Hər üç suala mənfi cavab verdiyiniz halda, bu, istirahətinizin qaydasında olduğuna işarə edir. Qoy Sizi sonuncu sual çaşdırmasın: normal istirahət edən insanlara, yuxuya getmək üçün, 15-20 dəqiqə kifayət edir.

Bilirsinizmi ki...

— yuxusuzluq daha çox yaddaşa təsir göstərir. insan beynində toplama məntəqəsi deyilən bir şöbə vardır. O, görünən və eşidilən informasiyam toplayır. Beyin kifayət qədər yuxu almadıqda, bu şöbəyə daxil olmaq mümkünsüz şəkil alır. Bu şöbədə toplanan informasiyaya bir neçə gün müraciət etmədikdə, o, tamamilə silinir;
— aclıq hissi yatmağa mane olduqda, müəyyən məhsullar ilə qidalanmaq gərəkdir. Bir qisim insanların yatmasına banan, şirə və peçenye, digərlərinə isə isti süd, yumurta, qoz və hind quşunun kababı kömək edir. Hər iki variantdan istifadə edərək, özünüzə yarayan variantı tapın;
— həkimin göstərişi olmadan yuxu dərmanını qəbul etmək səhv hərəkətdir; qeyri-peşəkar, naşı insanlar adətən psixiatriya sahəsində, epilepsiyanın, psixoloji və patoloji zəhlə tökmək hallarının müalicəsi üçün tətbiq edilən dərman vasitələrini məsləhət görürlər.
Daimi yuxusuzluq zamanı yuxu dərmanlarından istifadəyə tələbat artır. Lakin bu cür vasitələrin mütəmadi tətbiqi depressiya, artrit, nevroloji pozuntular kimi ciddi xəstəliklərin yaranmasına səbəb ola bilər. Yuxu məhz bu cür xəstəliklər nəticəsində pozulduqda isə, onu yaradan xəstəliklərin təcili müalicəsinə başlamaq gərəkdir.

Yuxusuzluğun dərman vasitəsi qəbul etmədən aradan qaldırılması

İlk növbədə, yuxunun optimal davamiyyətini aydınlaşdırmaq lazımdır (yaş artdıqca о azalır). Tam istirahət üçün 6 saat kifayət etdiyi təqdirdə, siz yataqda 8 saat vaxt itirirsinizsə, burada yuxusuzluqdan danışmağa dəyməz. Sadəcə olaraq yatağınıza yarım saat tez uzanın.
Yuxusuzluqdan həqiqətən də əziyyət çəkən insanlara həkimlər bir neçə məqama fikir verməyi tövsiyə edirlər. Əsas məqam — yuxudan durmaqdır. Yuxuya hazırlıq zamanı hərəkətə icazə verildiyi halda, yuxudan durmaq prosedurası ani baş verməlidir. Yorğunluqdan asılı olmayaraq, istirahət gününü də daxil etməklə, hər gün eyni saatda yuxudan durun.
Heç bir çətinlik olmadan yuxuya getmək üçün gün ərzində fiziki fəallıq nümayiş etdirmək faydalı olardı, bu zaman hovuzda üzmək məcburi deyildir. Bunun üçün təmiz havada 15 dəqiqə idman etmək və yaxud yarım saat gəzmək də (və ya qaçmaq) kifayət edir. Yalnız günorta saatlarında futbol oynamaq və yaxud məşq etmək olar. Ümumiyyətlə, gərəkli işi yatmazdan 3 saat əvvəl icra etmək məqsədəuyğundur. Gümrah qalmaq üçün nanəli və yaxud çobanyastığı ilə dəmlənmiş sakitləşdirici çay içmək də məsləhətdir.

Əgər:

— yuxu prosedurasında 6 saat əvvəl kofein tərkibli məhsulları yeyib, içməsəniz (şokolad, koka-kola, qəhvə, çay);
— tütün çəkən insan axşam siqaretindon imtina etsə (hər bir siqaret yuxunu 52 dəqiqə gecikdirir);
— yuxudan əvvəl spirtli içkidən istifadə etməsəniz (onun köməyi ilə həqiqətən də sərxoş olub yuxuya getmək mümkündür, lakin bu, daha çox istirahətə oxşar olub, tez-tez oyanma halları ilə müşayiət olunacaqdır);
— günorta saatlarında yatmasanız (hətta 15 dəqiqə yatdığınız halda da, gecə yuxusunu pozmuş olursunuz);
— yuxudan əvvəl telefon ilə danışmasanız və yaxud televizora baxmasanız (beyin yeni informasiya alaraq, onu «həzm etməyə» başlayır), rahat yata bilərsiniz.

Əsəblər yorulanda...

Bu narahatlığı aradan qaldırmaq üçün, əsas şərtlərdən bi­ri. Sizin iradəli olmağınızdır, Siz həmçinin əsəb zəifliyi törədən amillərə qarşı müalicə olunmalısınız. Bir sıra maddələr əsəblərin möhkəmlənməsinə kömək edir. Bu baxımdan armud, yumurta, süd, düyü, lobya, noxud, kartof, kələm, çörək, alma. zeytun yağı, təzə xama, pendir, badam içi çox faydalıdır;
Əsəbi şəxslərdə adətən yuxusuzluq halları müşahidə edilir. Belələri, ilk növbədə, yuxunun qeydinə qalmalıdırlar. Təsirli müalicə üsulları: açıq havada gəzinti, suda çimmək və müxtəlif əyləncə ilə məşğul olmaq.
Nigarançılıq, təngə gəlmək və s. yorğunluğa və nəticə etibarilə əsəblərin zəifləməsinə səbəb olur. Həddən çox yorğunluq zamanı yuxusuzluq bas verir, qan təzyiqi yuxarı qalxır, ürək zəifləyir. Bu cür adamlar lazımi qədər istirahət etməyə, az işləyib özünü çox yormamağa, yuxu rejimini saxlamağa diqqət yetirməlidir.
Əsəbi yorğunluq və narahatlıq hallarında bir sıra bitki mənşəli dərmanlar müsbət təsir göstərir. Çobanyastığı gülü yorğunluq, əsəb ağrıları və baş ağrısı üçün faydalıdır. Bunun üçün bir xörək qaşığı quru çobanyastığı gülünü 100 qram qaynanmış suda bir saat dəmə qoyur, sonra onun şirəsini çəkib bir azca şirin edir və içirlər. Onun yağını isə, əsəbdən ağrıyan yerlərə sürtmək məsləhətdir.


Mənbə Qanun jurnalı

Vərəm


Allerqoloqiya, immunoloqiyaAndrologiya Cərrahlıq
DermatologiyaDiaqnostikaEKM (Еkstrakorporal mayalanma)
EndokrinologiyaFtiziatriyaGenetika
GinekologiyaHematologiyaHepatitlər
Hüquq və səhiyyəİİV/QİÇSİnfeksion xəstəliklər
KardiologiyaLORMamaçalıq, hamiləlik və doğuşlar
Manual terapiyaMassajNarkologiya
NefrologiyaNevrologiyaNeyrocərrahlıq
OftalmologiyaOnkologiyaOrtopediya
ParazitologiyaPediatriyaPlastik cərrahlıq
ProktologiyaPsixiatriyaPsixologiya
PulmonologiyaQastroenterologiyaReanimatologiya və anesteziologiya
RevmatologiyaSağlamlıq və gözəllikSeksologiya
StomatologiyaTerapiyaTəcili yardım
UrologiyaÜrək-damar cərrahiyyəsiXaricdə müalicə
Zöhrəvi xəstəliklərƏczaçılıq
Новости медицины

Новые статьи

Лечебные диеты

Будущим мамам

Это интересно
Bizim nailiyyətlərimiz




Banner




İlin həkimi




            Saytımızın qonağı "Nevrologiya Klinikasının" rəhbəri Tibb elmləri doktoru Rövşən Həsənov 
Arxiv
 
Bu saytda dərc edilmiş məlumatdan istifadə edərkən http://www.medexpert.az linki istinad mənbəyi kimi göstərilməlidir. Saytda dərc edilmiş məlumat tanışlıq üçün nəzərdə tutulub və özünü müalicə üçün vəsait kimi istifadə oluna bilməz. Saytın administrasiyası, sağlamlığa dəyəcək mümkün zərər, həmçinin saytda dərc edilmiş məlumatın etibarlılığlna görə heç bir məsuliyyət daşımır. 2009 Medekspert.
Site by PREMIUM AD
Rambler's Top100