Amerikalılar aorta üçün jqut – bağ yaradıblar      MÜASIR EKSTRASENSLƏR YAXUD ORTA ƏSR CAHILLIYINI YAŞAYAN CƏMIYYƏT      BIHE2011 sərgisinin anonsu      Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər barədə məlumat      Amerikalı alimlər əkiz uşaq analarının daha az xəstələndiklərini və uzunömürlü olduqlarını üzə çıxarıb.      Xərçəngi insan yaradıb?      Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümüdür      Analar üçün ən pis ölkələr hansılardır?      Diabet xəstəliyi haqqında bir qədər tarixi məlumat       Qida rasionuna hansı miqdarda bal əlavə olunmalıdır ?      Mühit məni narkoman etdi       600 qramlıq körpələr Azərbaycan vətəndaşı ola biləcək      Tezliklə! \"Ana yurdum Azərbaycan\" mövzusunda fotomüsabiqəyə start veriləcək!      www.medexpert.az Milli İnternet Mükafatı uğrunda Müsabiqənin Nominantı seçilib!!!      Vərəm hər gün nə qədər insanın həyatına son qoyur?      Azərbaycanda hər 8 adamdan biri talassemiya daşıyıcısıdır      Azərbaycanda cəza çəkən qadın məhkumlar tibbi müayinədən keçirilib.      Bakıda daha bir üçəm doğuldu!      Televizora çox baxmaq ömrü qısaldır      Yoqurt dişlərə zərərlidir      Körpənin cinsi ananın çəkisindən asılıdır      Dünyaya vaxtından əvvəl göz açma autizmə səbəb ola bilər      Əsəblər hamiləliyin qarşısını alır       Xoşbəxt nikah insulta dərmandır      Piylənmənin əsas səbəblərindən biri müəyyən edilib      Təhlükəsiz yuxu 6-8 saat müddətini əhatə edir      Siqaretə aludədən vaksin xilas edəcək      Nikotin asıllığının inkişafının günahkarları genlərdir      Qızlar və oğlanlar hamiləlik zamanı müxtəlif inkişaf edirlər      Suşı yemək üçün yapon olmaq lazımdır     
saytda vebdə
İstifadəçi hesabı
 
Qeydiyyatdan keç
 
Bizim Ekspertlər
 
 
Kateqoriyanı seçin
 
 
 
SORĞU
 
Digər Sorğular
 
Təhlükəli ekstremal vəziyyətlərdə insanların halının, davranış və fəaliyyətinin xüsusiyyətləri  | 1463 dəfə oxunub

Təhlükəli ekstremal vəziyyətlərdə insanların halının, davranış və fəaliyyətinin xüsusiyyətləri

"Təhlükəli ekstremal vəziyyətlərdə (təbii fəlakət, texnogen qəzalar və terror aktları) insanların halı, davranış və fəaliyyəti son illər dünya alim və praktiklərini ciddi surətdə narahat edir. Lakin bu günədək tədqiqatçıların diqqəti əsasən bu kimi hadisələrin nəticələrinin -tibbi-psixoloji, iqtisadi, sosial-siyasi və s. öyrənilməsinə yönəldilmişdir. Etiraf etmək lazımdır ki, müxtəlif ekstremal amillərin, xilasetmə və terrora qarşı əməliyyatların xüsusiyyətlərinin təsiri haqda xeyli biliklərin olmasına baxmayaraq, problemin bir sıra aspektləri, xüsusilə də zərərçəkənlərin və girov saxlanılanların vəziyyəti və davranışının dinamikası bu günədək ən az öyrənilən sahələrdəndir. Bununla belə məhz zərərçəkənlərin reaksiyalarının spesifikası, eləcə də onların zaman ötdükcə dinamikası bir çox hallarda terrora qarşı əməliyyatların, xilasetmə, tibbi və tibbipsixoloji tədbirlərin həm fövqəladə hal baş verdikdə, həm də sonrakı dövrdə strategiya və taktikasını müəyyən edir.

"Əsas məlumatlar, böyük itkilərlə nəticələnən Əfqanıstandakı (1986-cı il) döyüş əməliyyatlarına, Ufa yaxınlığında qaz partlaması nəticəsində iki sərnişin qatarının qəzaya uğramasına (1989-cu il), “Komsomolets” sualtı gəmi ekipajının xilas edilməsinə (1989-cu il), eləcə də terrora qarşı əməliyyatlardan sonra reabilitasiya dövrü keçən hərbçilərin və xilasedicilərin müayinəsinə və analoji hallara aid digər materialların analitik öyrənilməsi nəticəsində əldə edilmişdir.

"Şəraitin spesifikası və etik prinsiplər nəzərə alınaraq tədqiqatlara əsasən təxirəsalınmaz tibbi yardıma ehtiyacı olmayan, eləcə də yüngül və orta dərəcəli yaralar almış hərbçilər və xilasedicilər cəlb olunmuşlar. Belə olduqda alınan məlumatların bir çoxu müəyyən natamamlığı ilə seçilir, bütöv təsəvvür isə ayrı-ayrı müşahidələrin tutuşdurulması yolu ilə formalaşdırılırdı.

"Alınan məlumatlar ağır travmalar almayan zərərçəkənlərin halının dinamikasında 6 ardıcıl mərhələnin olmasını müəyyənləşdirməyə kömək etmişdir.

“Vital reaksiyalar” (həyati, həyat hadisələrinə aid olan ) 5 saniyədən 15 saniyəyədək sürür. Bu zaman insan davranışı bütövlükdə onun şəxsi həyatının qorunması imperativinə tabe olur, şüurda səciyyəvi daralma müşahidə edilir, zaman intervallarının və xarici, daxili qıcıqlandırıcıların qüvvəsinin dərk edilməsi pozulur, sümüklərin qırılması, yaralanma və bədən səthinin 40 %-dək yanması ilə (1-2-ci dərəcəli yanğınlar) müşayiət olunan travmalar meydana çıxır.

"Bu dövrdə əsasən davranışın sonradan qısa müddətli, lakin geniş variantlı donub qalma halları ilə əvəz olunan instinktiv formaları səciyyəvidir. Məsələn, Ufa yaxınlığında gecə vaxtı dəmir yolu qəzası nəticəsində sərnişinlərin özünü qoruma instinktinə tabe olaraq, yaxınlarını düşünmədən vaqon pəncərələrindən bayıra atması halları müşahidə olunurdu. Ciddi zədələr almadıqda, sərnişinlər artıq bir neçə saniyədən sonra, sanki ayılaraq və sosial tənzimləmə bərpa edilərək yenidən fəlakət yerinə atılır, yaxınlarını xilas etməyə çalışırdılar. Yaxınların xilas edilməsi mümkün olmadıqda, bu hal psixopatoloji mərhələlərin, spesifikanın və proqnozun axarını uzun bir dövr üçün müəyyənləşdirirdi.

«Yüksək səfərbərlik halları ilə müşahidə olunan kəskin psixi-emosional şok mərhələsi”. Bu mərhələ adətən qısa müddətli donub qalma halından sonra inkişaf edir, 3-5 saat davam edir və ümumi psixi gərginliklə, psixofizioloji ehtiyatların çox yüksək səfərbərliyi, qavrayışın kəskinləşməsi, düşünmə proseslərinin artması, ehtiyatsız hünər (xüsusən, yaxınların xilas edilməsində) və eyni zamanda vəziyyətin tənqidi qiymətləndirilməsinin aşağı düşməsi, lakin məqsədə uyğun fəaliyyətə qəbil olmanın saxlanılması ilə səciyyələnir. Emosional halda bu dövrdə baş gicəllənməsi və baş ağrıları, ürək döyüntüsü, ağızda quruluq, çətin nəfəsalma ilə müşayiət olunan ümidsizlik üstünlük təşkil edir. Davranış bu dövrdə məhz yaxınların xilas edilməsi imperativinə, sonradan isə əxlaq, peşə və qulluq borcu haqda təsəvvürlərin reallaşmasına tabedir. Səmərəlilik komponentlərinin olmasına baxmayaraq, məhz bu dövrdə təlaş reaksiyalarının və bu reaksiya ilə digərlərinin yoluxdurulması daha çox ehtimal ediləndir ki, bu da öz növbəsində xilasetmə əməliyyatının keçirilməsini xeyli mürəkkəbləşdirə bilər.

“Psixi-fizioloji sustalma (demobilizasiya) mərhələsi” üç sutkayadək davam edir. Bir çox hallarda bu mərhələnin başlanması baş vermiş faciənin miqyasının dərk edilməsi (“dərketmə stresi”) ağır yaralar və cəsədlərlə ünsiyyət, eləcə də xilasetmə və tibbi briqadaların gəlməsi ilə əlaqələndirilir. Bu dövr üçün əhvalı və psixi - emosional halın kəskin pisləşməsi, çaşqınlıq hissinin artması ( özünə məxsus laqeydlik halınadək), ayrı-ayrı təlaş reaksiyalar, davranışda əxlaq normalarının aşağı düşməsi, hər hansı fəaliyyətdən imtina və bu fəaliyyətə heç bir səbəbin sezilməməsi səciyyəvidir. Eyni vaxtda kəskin depressiv tendensiyalar, diqqət və hafizə funksiyalarının pozulması ( müşahidə olunanlar faciə vaxtı nə etdiklərini aydın xatırlamırlar, təbii ki, zaman keçdikcə hafizədəki bu “boşluqlar” dolur) müşahidə olunur. Xəstələr bu dövrdə adətən ürəkbulanmadan, başda olan “ağırlıqdan”, mədə - bağırsaq yolunda narahatlıqdan, iştahanın olmamasından, kəskin zəiflikdən, nəfəsalmanın çətin olmasından şikayətlənirlər.

Zərərçəkənlərin əhval-ruhiyyəsinin sonrakı dinamikası bir çox hallarda faciəvi hadisələrdən sonra onların aldığı zədələr və mənəvi-psixoloji vəziyyətləri, ekstremal faktorların təsir spesifikası ilə müəyyənləşir. Psixi-fizioloji sustalmanın (demobilizasiya) arxasınca dayanıqlı olaraq dördüncü-“həll edilmə mərhələsi” müşahidə olunur (3 gündən 12 günədək). Bu zaman əhval-ruhiyyənin get-gedə stabilləşməsi baş verir. Lakin obyektiv məlumatların nəticələrinə görə müşahidə olunanların əksəriyyətində zəif emosional fon, ətrafdakılarlaəlaqələrin məhdudlaşdırılması, hipolimiya (sifətin maskalılığı), nitqin intonasiya rəngarəngliyinin aşağı düşməsi, hərəkətin ləngliyi, yuxu və iştahın pozulması, eləcə də müxtəlif psixomatik reaksiyalar (xüsusilə ürək-damar sistemində, mədə- bağırsaq yolunda və hormonal sferada) davam edir. Bu mərhələnin sonunda zərərçəkənlərin bir çoxunda baş vermiş hadisələrin şahidləri olmayanlara bir qədər həyəcanla “ürəyini boşaltmaq” istəyi yaranır. Psixoloji mühafizə təbii mexanizmlər sisteminə daxil olan fenomen (“xatirələrin verballaşdırılması yolu ilə onların rədd edilməsi”) bir çox hallarda zərərçəkənlərə xeyli rahatlıq gətirir, onların faciəli hadisələrlə bağlı təəssuratlarının transformasiyası nəticəsində həyəcan və qarabasma məzmunlu pozulmuş yuxularını bərpa edir.

"Xüsusi qeyd etmək lazımdır ki, “ürəyini boşaltmaq” imkanının verilməsi (debrifinq) psixopatologiyanın və sonrakı bərpa etmənin müvəffəqiyyətinin mühüm komponentlərinə aiddir. Bununla belə, debrifinq trankvlizatorların yeridilməsindən və zərərçəkənlərə (ilk günlər ərzində) yatmaq imkanı verildikdən əvvəl daha təsirlidir, təbii ki, bunun üçün imkan və lazımi sayda peşəkar mütəxəssis vardırsa. Bu və ya digər səbəblərdən debrifinqin keçirilməsi mümkün deyilsə, hafizə nişanələrinin mütəxəssislərə bəlli olan və psixopatoloji fenomenlərlə müşayiət olunan birləşməsi baş verir. Lakin bu sonrakı mərhələlərdə metodiki əsaslandırılmış debrifinqin müstəqil əhəmiyyətini azaltmır.

Psixofizioloji halın “bərpa mərhələsi” əsasən ekstremal faktorun təsirindən sonra ikinci həftənin sonunda başlayır və özünü ilk əvvəl davranış reaksiyalarında daha aydın biruzə verir: bu zaman insanlarla ünsiyyət fəallaşır, nitqin emosional rəngarəngliyi və mimik reaksiyalar normal hala gəlir, faciədən sonra ilk dəfə zarafatlar səslənir, müayinədən keçənlərin bir çoxunda yuxu görmə bərpa edilir.

Fizioloji durumda bu mərhələdə də pozitiv dinamika aşkar edilməyib.

"Tranzitor və şərait reaksiyalarını çıxmaq şərti ilə “kəskin” dövrdə (iki həftəyədək) ekstremal faktorların təsiri nəticəsində psixopatologiyanın kliniki formaları müşahidə edilməyib. Zərərçəkənlərdə tranzitor psixopatologiyanın əsas formaları adətən: astenodepressiv hallar - 56%; psixogen stupor-23%; ümumi psixomotor həyəcan-11%; autizasiya təzahürlü ifadəli neqativizm-4%; sayıqlama-hallusinator reaksiyalar- 3%; qeyri-adekvatlıq, eyforiyadır-3%.

. Daha gec müddətlərdə (bir aydan sonra) zərərçəkənlərin 12%-22% -də yuxunun dayanıqlı pozulması, əsaslandırılmamış qorxular, təkrar olunan dəhşətli yuxular, sayıqlama-hallusinator və digər vəziyyətlər meydana çıxır, mədə - bağırsaq yolunun, ürək- damar və endokrin sistemlərinin psixosomatik pozuntuları ilə əlaqələnən asteno- nevroz reaksiyaların əlamətləri isə zərərçəkənlərin 75% -də müəyyən edilir (“sonraya saxlanmış reaksiyalar mərhələsi”). Eyni zamanda xüsusi yanaşmalar tələb edən daxili və xarici münaqişəlilik artır.

"Beslan hadisələrinə müraciət edərək etiraf etmək lazımdır ki, zərərçəkənlərin halının ağırlığı və dinamikası xeyli fərqli ola bilər. İnsan valideynlərini itirdikdə dünya onun nəzərində sanki tənhalaşır, bununla belə, dərd nə qədər acı olsa da, bu bizim hadisələrin təbii gedişatına aid təsəvvürlərimizlə uyğun gəlir (valideynlər dünyadan uşaqlarından əvvəl köçməlidir). Uşaq öldükdə, dünyanın bütün çalarları illər, onilliklər, bəzən də həmişəlik sönür.

"Bir neçə söz də cəmiyyətin modifikasiyası haqqında. İnsanların baş vermiş faciədən minlərlə kilometr aralıda olduğu halda subyektin hər hansı müşahidəyə qaçılmaz psixoemosional vəziyyətdə qoşulması duran bazis həyəcanının güclənməsi və psixofizioloji halının pisləşməsi- məlum faktdır. Məhz “müşahidə” (və ya “vizual sıra”; translyasiya zamanı hadisələrin işıqlandırılması mütləq” dozalaşdırılmalıdır”), xüsusi qeyd olunmalıdır.

"Qaçılmaz psixoemosional qoşulma “iştirak etmə” fenomenini və sonrakı eyniləşdirmələri formalaşdırır. Mədəni cəmiyyətlərdə eyniləşdirmənin əsas forması hadisənin qurbanları və zərərçəkənlərlə eyniləşdirilməsidir ki, bu da geniş sosial terapiyanın labüdlüyünü şərtləndirir. Lakin bəzi hallarda şüuraltı müdafiə kimi “təcavüzkarla eyniləşdirmə” (xüsusən gənclərdə) mümkündür ki, bu da hüquqpozma və cinayətkarlığın artmasına gətirib çıxara bilər.

"Bu kimi faciəvi hadisələrdən sonra millətin həmrəyliyi güclənir, insanlar həyatda doğruluğa, alicənablığa, səmimiliyə yol açan parlaq dəyişikliklərə güclü tələbat hiss edirlər, bu isə bütün dövlət orqanları nümayəndələrinin üzərinə xüsusi öhdəliklər qoyur.
http://fhn.gov.az/index.php?type=content&content_id=180&ic=1&m_id=5&s_id=3

Vərəm


Allerqoloqiya, immunoloqiyaAndrologiya Cərrahlıq
DermatologiyaDiaqnostikaEKM (Еkstrakorporal mayalanma)
EndokrinologiyaFtiziatriyaGenetika
GinekologiyaHematologiyaHepatitlər
Hüquq və səhiyyəİİV/QİÇSİnfeksion xəstəliklər
KardiologiyaLORMamaçalıq, hamiləlik və doğuşlar
Manual terapiyaMassajNarkologiya
NefrologiyaNevrologiyaNeyrocərrahlıq
OftalmologiyaOnkologiyaOrtopediya
ParazitologiyaPediatriyaPlastik cərrahlıq
ProktologiyaPsixiatriyaPsixologiya
PulmonologiyaQastroenterologiyaReanimatologiya və anesteziologiya
RevmatologiyaSağlamlıq və gözəllikSeksologiya
StomatologiyaTerapiyaTəcili yardım
UrologiyaÜrək-damar cərrahiyyəsiXaricdə müalicə
Zöhrəvi xəstəliklərƏczaçılıq
Новости медицины

Новые статьи

Лечебные диеты

Будущим мамам

Это интересно
Bizim nailiyyətlərimiz




Banner




İlin həkimi




            Saytımızın qonağı "Nevrologiya Klinikasının" rəhbəri Tibb elmləri doktoru Rövşən Həsənov 
Arxiv
 
Bu saytda dərc edilmiş məlumatdan istifadə edərkən http://www.medexpert.az linki istinad mənbəyi kimi göstərilməlidir. Saytda dərc edilmiş məlumat tanışlıq üçün nəzərdə tutulub və özünü müalicə üçün vəsait kimi istifadə oluna bilməz. Saytın administrasiyası, sağlamlığa dəyəcək mümkün zərər, həmçinin saytda dərc edilmiş məlumatın etibarlılığlna görə heç bir məsuliyyət daşımır. 2009 Medekspert.
Site by PREMIUM AD
Rambler's Top100