Amerikalılar aorta üçün jqut – bağ yaradıblar      MÜASIR EKSTRASENSLƏR YAXUD ORTA ƏSR CAHILLIYINI YAŞAYAN CƏMIYYƏT      BIHE2011 sərgisinin anonsu      Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər barədə məlumat      Amerikalı alimlər əkiz uşaq analarının daha az xəstələndiklərini və uzunömürlü olduqlarını üzə çıxarıb.      Xərçəngi insan yaradıb?      Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümüdür      Analar üçün ən pis ölkələr hansılardır?      Diabet xəstəliyi haqqında bir qədər tarixi məlumat       Qida rasionuna hansı miqdarda bal əlavə olunmalıdır ?      Mühit məni narkoman etdi       600 qramlıq körpələr Azərbaycan vətəndaşı ola biləcək      Tezliklə! \"Ana yurdum Azərbaycan\" mövzusunda fotomüsabiqəyə start veriləcək!      www.medexpert.az Milli İnternet Mükafatı uğrunda Müsabiqənin Nominantı seçilib!!!      Vərəm hər gün nə qədər insanın həyatına son qoyur?      Azərbaycanda hər 8 adamdan biri talassemiya daşıyıcısıdır      Azərbaycanda cəza çəkən qadın məhkumlar tibbi müayinədən keçirilib.      Bakıda daha bir üçəm doğuldu!      Televizora çox baxmaq ömrü qısaldır      Yoqurt dişlərə zərərlidir      Körpənin cinsi ananın çəkisindən asılıdır      Dünyaya vaxtından əvvəl göz açma autizmə səbəb ola bilər      Əsəblər hamiləliyin qarşısını alır       Xoşbəxt nikah insulta dərmandır      Piylənmənin əsas səbəblərindən biri müəyyən edilib      Təhlükəsiz yuxu 6-8 saat müddətini əhatə edir      Siqaretə aludədən vaksin xilas edəcək      Nikotin asıllığının inkişafının günahkarları genlərdir      Qızlar və oğlanlar hamiləlik zamanı müxtəlif inkişaf edirlər      Suşı yemək üçün yapon olmaq lazımdır     
saytda vebdə
İstifadəçi hesabı
 
Qeydiyyatdan keç
 
Bizim Ekspertlər
 
 
Kateqoriyanı seçin
 
 
 
SORĞU
 
Digər Sorğular
 
Allergiya – XXI əsrin əsl bəlası  | 1426 dəfə oxunub

Allergiya – XXI əsrin əsl bəlası


Uşağın yeməyini hiperallergik etmək lazımdır

Allergiya – XXI əsrin əsl bəlasıdır. Statistikaya görə, bu xəstəlikdən hər dördüncü insan əziyyət çəkir. Əgər körpədə allergiya varsa və ya o allergiyaya meyillidirsə onun qidalanmasına xüsusi diqqət edilməlidir.

Valideyinlər körpələrinə yeni qidalar verəndə uşağın orqanizminin bunu necə qarşılayacağından çox narahat olurlar. Körpəsində allergiya halı ilə qarşılaşan valideyinlər isə körpələrinin qida rasionuna yeni qida daxil etməkdən çəkinirlər.

Allergiyası olan və allergiyaya meyilli uşaqlara 6 ayından sonra yeni qidalar vermək məsləhətdir. İlk yeni qidaya başlayanda diqqət etmək lazımdır ki, uşağın dərisi təmiz olsun – səpgi olmasın. Uşağa yeni qidanı günün birinci yarısında vermək lazımdır ki, günün ikinci yarısında da uşağın reaksiyasına (dəridə səpgi və ya qıcıq) nəzarət etmək mümkün olsun.

Yeni qidanı verməyə çox az dozadan başlamaq lazımdır – çay qaşığının ¼-i qədər. Əgər uşaq bu dozaya mənfi reaksiya verməzsə, 10 gün ərzində dozanı az-az artırmaqla orqanizmi yeni qidaya alışdırmaq olar.

Yeni qidaya başladıqdan sonra uşağın dərisinə və tualetə getməsinə diqqət etmək lazımdır. Əgər dəyişiklik – dəridə səpgi və ya qarın boşalması (ishal) olarsa yeni qida qəbulu dayandırılmalıdır.

Bir yeni qidaya uşağın orqanizmini alışdırdıqdan sonra ikinci yeni qidaya eyni qayda ilə keçmək məsləhətdir.

İlk yeni qida kimi allergiyalı körpələrə ağ və yaşıl tərəvəzlərin püreləri verilməlidir. Bir qayda olaraq, gül kələm və kabaka (kabaçok) qarşı körpələrdə allergik reaksiya yaranmır. Körpəyə müxtəlif tərəvəzlərin qarışığından hazırlanan püre vermək olmaz. Çünki, belə halda mənfi reaksiya olarsa hansı tərəvəzdən yarandığını müəyyən etmək mümkün olmayacaq. Körpəyə monopürelər (bir tərəvəzdən ibarət püre) verilməlidir.


Uşağın qida rasionunu hiperallergik etmək üçün ərzaqı mütləq düzgün təmizləmək lazımdır:

• Ət bulyonu hazırlamaq üçün əti qaynadıb suyunu süzüb atmaq lazımdır və bu prosedur 2 dəfə təkrarlandıqdan sonra üçüncü bulyon saxlanılmalıdır;

• Düyünü bişirməmişdən 1-2 saat əvvəl suda islatmaq lazımdır ki, onun tərkibində olan allergik maddələr çıxsın;

• Təzə tərəvəzi qaynadıb balacaya verməzdən əvvəl onu yarım saat soyuq suda saxlamaq məsləhətdir;

• Kartofu qaynatmamışdan əvvəl 5 saata yaxın soyuq suda saxlamaq lazımdır ki, tərkibindəki kraxmal və nitratlar təmizlənsin

http://atlasmed.az

Vərəm


Allerqoloqiya, immunoloqiyaAndrologiya Cərrahlıq
DermatologiyaDiaqnostikaEKM (Еkstrakorporal mayalanma)
EndokrinologiyaFtiziatriyaGenetika
GinekologiyaHematologiyaHepatitlər
Hüquq və səhiyyəİİV/QİÇSİnfeksion xəstəliklər
KardiologiyaLORMamaçalıq, hamiləlik və doğuşlar
Manual terapiyaMassajNarkologiya
NefrologiyaNevrologiyaNeyrocərrahlıq
OftalmologiyaOnkologiyaOrtopediya
ParazitologiyaPediatriyaPlastik cərrahlıq
ProktologiyaPsixiatriyaPsixologiya
PulmonologiyaQastroenterologiyaReanimatologiya və anesteziologiya
RevmatologiyaSağlamlıq və gözəllikSeksologiya
StomatologiyaTerapiyaTəcili yardım
UrologiyaÜrək-damar cərrahiyyəsiXaricdə müalicə
Zöhrəvi xəstəliklərƏczaçılıq
Новости медицины

Новые статьи

Лечебные диеты

Будущим мамам

Это интересно
Bizim nailiyyətlərimiz




Banner




İlin həkimi




            Saytımızın qonağı "Nevrologiya Klinikasının" rəhbəri Tibb elmləri doktoru Rövşən Həsənov 
Arxiv
 
Bu saytda dərc edilmiş məlumatdan istifadə edərkən http://www.medexpert.az linki istinad mənbəyi kimi göstərilməlidir. Saytda dərc edilmiş məlumat tanışlıq üçün nəzərdə tutulub və özünü müalicə üçün vəsait kimi istifadə oluna bilməz. Saytın administrasiyası, sağlamlığa dəyəcək mümkün zərər, həmçinin saytda dərc edilmiş məlumatın etibarlılığlna görə heç bir məsuliyyət daşımır. 2009 Medekspert.
Site by PREMIUM AD
Rambler's Top100