Amerikalılar aorta üçün jqut – bağ yaradıblar      MÜASIR EKSTRASENSLƏR YAXUD ORTA ƏSR CAHILLIYINI YAŞAYAN CƏMIYYƏT      BIHE2011 sərgisinin anonsu      Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər barədə məlumat      Amerikalı alimlər əkiz uşaq analarının daha az xəstələndiklərini və uzunömürlü olduqlarını üzə çıxarıb.      Xərçəngi insan yaradıb?      Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümüdür      Analar üçün ən pis ölkələr hansılardır?      Diabet xəstəliyi haqqında bir qədər tarixi məlumat       Qida rasionuna hansı miqdarda bal əlavə olunmalıdır ?      Mühit məni narkoman etdi       600 qramlıq körpələr Azərbaycan vətəndaşı ola biləcək      Tezliklə! \"Ana yurdum Azərbaycan\" mövzusunda fotomüsabiqəyə start veriləcək!      www.medexpert.az Milli İnternet Mükafatı uğrunda Müsabiqənin Nominantı seçilib!!!      Vərəm hər gün nə qədər insanın həyatına son qoyur?      Azərbaycanda hər 8 adamdan biri talassemiya daşıyıcısıdır      Azərbaycanda cəza çəkən qadın məhkumlar tibbi müayinədən keçirilib.      Bakıda daha bir üçəm doğuldu!      Televizora çox baxmaq ömrü qısaldır      Yoqurt dişlərə zərərlidir      Körpənin cinsi ananın çəkisindən asılıdır      Dünyaya vaxtından əvvəl göz açma autizmə səbəb ola bilər      Əsəblər hamiləliyin qarşısını alır       Xoşbəxt nikah insulta dərmandır      Piylənmənin əsas səbəblərindən biri müəyyən edilib      Təhlükəsiz yuxu 6-8 saat müddətini əhatə edir      Siqaretə aludədən vaksin xilas edəcək      Nikotin asıllığının inkişafının günahkarları genlərdir      Qızlar və oğlanlar hamiləlik zamanı müxtəlif inkişaf edirlər      Suşı yemək üçün yapon olmaq lazımdır     
saytda vebdə
İstifadəçi hesabı
 
Qeydiyyatdan keç
 
Bizim Ekspertlər
 
 
Kateqoriyanı seçin
 
 
 
SORĞU
 
Digər Sorğular
 
HİV infeksiyasının diaqnostikası  | 1364 dəfə oxunub

HİV infeksiyasının diaqnostikası

HIV infeksiyasının diaqnostikasına 2 mərhələ daxildir: HİV-ə yoluxma faktının şəxsən təyin olunması və xəstəlik mərhələsinin müəyyən edilməsi.

HİV-ə yoluxanların 90-95%-də HİV anticısımləri yoluxmadan sonra 3- ay ərzində, 5-9%-də – 6 ay və 0,5-1%-də isə daha gec əmələ gəlir. Anticisimlərin ən tez aşkar olunduğu müddət – infeksiyaya yoluxmadan 2 həftə sonradır.

Anticısımlərin aşkar olunması, ümumiyyətlə, 99% HİV-ə yoluxmuş insanların üzə çıxmasına kömək edir. Yalnız məsələ ondadır ki, HİV anticısımləri yoluxmadan sonra ilk həftələr ərzində üzə çıxmır, xəstəliyin terminal mərhələsində isə onların sayı nəzərə çarpacaq dərəcədə azalır.

HİV anticisimlərini əsasən immunoferment üsulları ilə aşkar edirlər.

Diaqnostik test-sistemlər – HIV infeksiyası markerlərinin aşkar olunması üçün xüsusi reaktiv komplektidir. Həssaslıq və spesifikliyə görə əhəmiyyətli dərəcədə fərqlənə bilmələrinə baxmayaraq çoxfazalı İFA üçün bir çox kommersiya test-sistemləri arasında əsaslı fərq yoxdur. Adətən elə hallar olur ki, müxtəlif test-sistemlərin istifadəsi zamanı eyni zərdab müxtəlif nəticə verir. Bununla əlaqədar müəyyən olunmuşdur ki, bir test-sistemdə aparılan tədqiqatın müsbət nəticəsini son müsbət nəticə hesab etmək olmaz.

Anticısımlərin aşkar olunma nəticələrinin spesifikliyinin yoxlanması üçün bir sıra metodlar təklif olunmuş və istifadə edilmişdir. Bu metodlar arasında daha çox immun blotinqi reaksiyasından istifadə edirlər. İmmun blotinqi metodunun mahiyyəti ondan ibarətdir ki, immunoferment reaksiyasını antigen qarışığı ilə deyil, nitrosellüloz membranların səthi üzərindəki molekulyar kütləyə müvafiq olaraq yerləşdirilmiş fraksiyalar üzərində immunoforez metodu ilə öncədən yerləşdirilmiş HİV antigenləri ilə yeridilir. Nəticədə əsas HİV zülalları immunoferment reaksiyasının yeridilməsi zamanı əmələ gəlmiş ayır-ayrı zolaqlar şəklində səth üzərində yerləşdirilir.

HİV anticisimlərinin aşkar olunması 2 mərhələdən ibarətdir. Birinci mərhələdə müxtəlif testlərin (adətən immunoferment testinin) istifadəsi ilə anticisimlərin HİV antigenlərinə ümumi spektrinin müəyyən olunması həyata keçirilir. İkinci mərhələdə immun blotinqi metodu ilə anticisimlər virusun ayrı-ayrı zülallarında müəyyən olunur.

Diaqnostika məqsədilə həmçinin virusun, onun antigenlərinin və ya gen materialının (spesifik nukleotid ardıcıllıqlarının) aşkar olunma metodlarndan da ıstifadə olunur.

HİV antigenləri içərisində, adətən, p24 HİV-1 zülalını aşkar etməyə çalışırdılar, lakin bu metod epidemioloji tədqiqatlarda geniş tətbiq olunmadı, belə ki, xəstəliyin yalnız ilkin mərhələsində və kliniki ifadə olunmuş immunçatışmazlığının inkişafı mərhələsində antigenin böyük bir hissəsi anticisimlərlə əlaqədar deyil. Bununla bağlı olaraq bu metod HİV-in ilkin mərhələlərində xəstəliyin aşkar olunması, bəzən isə xəstəliyin inkişafının qiymətləndirilməsi üçün maraq doğurur. HİV-ə yoluxmuş anadan doğulan körpədə bu antigenin aşkar olunması onda HİV infeksiyasının müəyyən olunması zamanı əsas amil ola bilər.

HİV kulturasının ayrılması və identifikasiyası HİV-ə yoluxmanın düzgün əlaməti ola bilər, lakin bu metod o qədər də münasib deyil və çoxlu vaxt, icraçıların yüksək ixtisaslı olmasını və xüsusi avadanlıq tələb edir.

Və sonuncu, adətən «polimeraz zəncir reaksiyası» adı altında birləşdirilən spesifik gen ardıcıllıqlarının replikasıyası (amplifikasiyası, çoxalması) metodu ilə HİV gen materialının aşkar olunma metodu. PZR-nin üstünlüyü ondan ibarətdir ki, o, anticismin hələ mövcud olmadığı dövrdə HİV infeksiyasını inkubasiya və ilkin kliniki mərhələlərdə aşkar etməyə qadirdir. PZR tipli reaksiyalardan həmçinin xəstəliyin gedişinin proqnozlaşdırılması və terapiyanın effektliliyinin qiymətləndirilməsi, bioloci mayelərdə HİV-in olmasının miqdar göstəricilərinin müəyyən olunması üçün də istifadə olunur.

www.gfaids.az
Vərəm


Allerqoloqiya, immunoloqiyaAndrologiya Cərrahlıq
DermatologiyaDiaqnostikaEKM (Еkstrakorporal mayalanma)
EndokrinologiyaFtiziatriyaGenetika
GinekologiyaHematologiyaHepatitlər
Hüquq və səhiyyəİİV/QİÇSİnfeksion xəstəliklər
KardiologiyaLORMamaçalıq, hamiləlik və doğuşlar
Manual terapiyaMassajNarkologiya
NefrologiyaNevrologiyaNeyrocərrahlıq
OftalmologiyaOnkologiyaOrtopediya
ParazitologiyaPediatriyaPlastik cərrahlıq
ProktologiyaPsixiatriyaPsixologiya
PulmonologiyaQastroenterologiyaReanimatologiya və anesteziologiya
RevmatologiyaSağlamlıq və gözəllikSeksologiya
StomatologiyaTerapiyaTəcili yardım
UrologiyaÜrək-damar cərrahiyyəsiXaricdə müalicə
Zöhrəvi xəstəliklərƏczaçılıq
Новости медицины

Новые статьи

Лечебные диеты

Будущим мамам

Это интересно
Bizim nailiyyətlərimiz




Banner




İlin həkimi




            Saytımızın qonağı "Nevrologiya Klinikasının" rəhbəri Tibb elmləri doktoru Rövşən Həsənov 
Arxiv
 
Bu saytda dərc edilmiş məlumatdan istifadə edərkən http://www.medexpert.az linki istinad mənbəyi kimi göstərilməlidir. Saytda dərc edilmiş məlumat tanışlıq üçün nəzərdə tutulub və özünü müalicə üçün vəsait kimi istifadə oluna bilməz. Saytın administrasiyası, sağlamlığa dəyəcək mümkün zərər, həmçinin saytda dərc edilmiş məlumatın etibarlılığlna görə heç bir məsuliyyət daşımır. 2009 Medekspert.
Site by PREMIUM AD
Rambler's Top100