Amerikalılar aorta üçün jqut – bağ yaradıblar      MÜASIR EKSTRASENSLƏR YAXUD ORTA ƏSR CAHILLIYINI YAŞAYAN CƏMIYYƏT      BIHE2011 sərgisinin anonsu      Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər barədə məlumat      Amerikalı alimlər əkiz uşaq analarının daha az xəstələndiklərini və uzunömürlü olduqlarını üzə çıxarıb.      Xərçəngi insan yaradıb?      Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümüdür      Analar üçün ən pis ölkələr hansılardır?      Diabet xəstəliyi haqqında bir qədər tarixi məlumat       Qida rasionuna hansı miqdarda bal əlavə olunmalıdır ?      Mühit məni narkoman etdi       600 qramlıq körpələr Azərbaycan vətəndaşı ola biləcək      Tezliklə! \"Ana yurdum Azərbaycan\" mövzusunda fotomüsabiqəyə start veriləcək!      www.medexpert.az Milli İnternet Mükafatı uğrunda Müsabiqənin Nominantı seçilib!!!      Vərəm hər gün nə qədər insanın həyatına son qoyur?      Azərbaycanda hər 8 adamdan biri talassemiya daşıyıcısıdır      Azərbaycanda cəza çəkən qadın məhkumlar tibbi müayinədən keçirilib.      Bakıda daha bir üçəm doğuldu!      Televizora çox baxmaq ömrü qısaldır      Yoqurt dişlərə zərərlidir      Körpənin cinsi ananın çəkisindən asılıdır      Dünyaya vaxtından əvvəl göz açma autizmə səbəb ola bilər      Əsəblər hamiləliyin qarşısını alır       Xoşbəxt nikah insulta dərmandır      Piylənmənin əsas səbəblərindən biri müəyyən edilib      Təhlükəsiz yuxu 6-8 saat müddətini əhatə edir      Siqaretə aludədən vaksin xilas edəcək      Nikotin asıllığının inkişafının günahkarları genlərdir      Qızlar və oğlanlar hamiləlik zamanı müxtəlif inkişaf edirlər      Suşı yemək üçün yapon olmaq lazımdır     
saytda vebdə
İstifadəçi hesabı
 
Qeydiyyatdan keç
 
Bizim Ekspertlər
 
 
Kateqoriyanı seçin
 
 
 
SORĞU
 
Digər Sorğular
 
HIV/AIDS Azərbaycanda  | 1651 dəfə oxunub

Hazırda Azərbaycanda HİV-nin yayılması aşağı səviyyədədir. Lakin epidemiyanın yayılma sürəti həyəcan siqnalını çalmaqdadır. Azərbaycanda ilk dəfə HİV-ə yoluxma hadisəsi 1987-ci ildə xarici vətəndaşda, 1992-ci ildə isə Azərbaycan vətəndaşında rəsmi olaraq qeydə alınmışdır. 01.07.2008-ci ilin yekunlarına əsasən qeydə alınmış halların sayı 1572 olmuşdur. AİDS mərhələsinə keçənlərin sayı 315 nəfər və 220 nəfər isə dönyasını dəyişmişdir. Bundan başqa, yerli və beynəlxalq ekspertlərə görə, İİV-li insanların həqiqi hesablanmış sayı rəsmi qeydə alınmış hallardan təxminən beş dəfə çoxdur.

Hazırda Azərbaycan ümumi əhali arasında çox az yayılmış HİV epidemiyası ilə üzləşməkdədir (8,266,000 nəfərdən 0.008%-i). Bu epidemiya əsasən narkotik istifadəçilər arasında yayılır: narkotik maddələri iynə ilə daxil edən narkomanlar arasında 60% təşkil edilir. Buna baxmayaraq, cinsi yolla keçən xəstəliklərin, seks xidməti göstərənlərin və əhalinin miqrasiyası bu epidemiyanın ümumi əhali arasında çox asanlıqla yayılmasına səbəb ola bilər.

HİV infeksiyasının sosial-demoqrafik tərəfləri

Əldə olan məlumatlar onu göstərir ki, HİV daşıyıcısı olan vətəndaşların 18,5%-ı ölkədən xaricdə, əsasən Rusiya və Ukraynada bu virusa yoluxublar və 4,1 % isə xarici vətəndaşalar təşkil edir. Hal-hazırda gənclər ən çox təsirə məruz qalmış demoqrafik qrupdur (HİVDİ-ın 21,3 %-i 20-29 və 43,8 % -i 30-39 yaşlı insanlardır, (Respublika QİÇS Mərkəzi). Bütün rəsmi qeydiyyata alınmış halların 83%-i kişilər arasındadır. Lakin bu rəqəmlər real vəziyyəti əks etdirmir, çünki qadınlar və seks biznes sahəsində çalışanlar HİV və CYKX üçün çox az hallarda analiz verirlər. 203 HİV daşıyıcılı qadından doxsanı (65.2 %-i) hetero-cinsi əlaqələr yolu ilə yoluxmuşlar.

HİV infeksiyası halları Azərbaycanın bütün inzibati rayonlarında müəyyən edilib; 32,5%-ı Bakı şəhəri və Abşeron rayonu, regionlar üzrə isə 66%. Lənkaran kimi İran sərhədinə bitişik olan cənub regionu şəhərləri epidemiyanın mərkəzinə çevrilib.

TESTLƏŞMƏ

1987-ci ildən Azərbaycanda HİV infeksiyası üzərində nəzarət həyata keçirilir. Analiz götürmə fəaliyyəti çoxdan dəyişib və qan donorlarından başqa, mandatlı analiz götürmə fəaliyyəti uzun müddətdir ki, mövcud deyil. Fəaliyyət dəyişməsi – mandatlı analizdən könüllü analizə - illik həyata keçirilən HİV analizlərinin sayında əhəmiyyətli enməyə səbəb olub. 2002-ci ildən isə Respublikanın bütün şəhər və rayonlarının istənilən tibb müəssisələrində HİV-ə pulsuz, könüllü, anonim məsləhətləşmə və müayinə üçün əhaliyə xidmət göstərilir.

Qeyd edək ki, məcburi testləşmə yalnız donor qanı üçün saxlanılmışdır. Birinci növbətçi HİV nəzarəti isə 2003-ci ildə təşkil edilmişdir.

Sosial-iqtisadi faktorlar

Böyük İpək Yolu birbaşa Xəzər dənizinin sahilində, Cənubi Qafqazda yerləşən Azərbaycan ərazisindən keçir. Bura tarixən Asiya ilə Avropa arasında əsas nəqliyyat dəhlizi olub. Narkotik maddələrdən istifadənin və fahişəliyin artması, insanların güclü daxili və xarici axını – eləcə də təxminən bir milyon qaçqın və köçkünlər – HİV epidemiyasının inkişafında əsas rol oynayır. Bir misala baxaq: minlərlə əcnəbi işçi BTC neft boru kəmərinin (Bakı, Azərbaycan, Tbilisi, Gürcüstan və Ceyhan, Türkiyə) və Bakı (Azərbaycan ) – Ərzrum (Türkiyə) qaz kəmərinin çəkilməsində müvəqqəti olaraq hazırda ölkədə yaşayırlar.

Narkotik maddələri iynə ilə daxil edən narkomanlar (NMİDN-lar)

Bir çox başqa ölkələrdən (Şərqi Avropa və Mərkəzi Asiya) fərqli olaraq, Azərbaycanda HİV yayılmasının ilkin üsulu qoruyucusuz cinsi əlaqə yox, narkotik maddələrin iynə ilə istifadəsidir.Təxminən yoluxanların 60% bu yolla ifeksiyaya yoluxur.

Respublika Narkoloji Dispanserinin məlumatına görə, narkotik maddələrdən istifadə son on beş ildə əhəmiyyətli dərəcədə artıb. 1988-ci ildə narkotik maddələrdən istifadənin yayılması hər 100.000 nəfərdən 13-nü əhatə edirdisə, artıq bu 2006-ci ilə qədər 155.1-ə çatmışdır.

HİV-nin yayılması narkoloji mərkəzlərdə qeydiyyatda olan NMİDN-lardan “küçə NMİDN-ləri”arasında on iki dəfə çoxdur. Bu onu göstərir ki, epidemiyanın əsas hissəsi milli qorunma və xidmət işlərindən kənarda qalır.

Narkotik maddə istifadəsinin cinayət kimi ümumi dərk olunması NMİDN-lara təsir etmək, onlarla işləmək və onlardan təfsilatlı məlumatların toplanması işlərini çətinləşdirir. İctimaiyyətə açıqlanmaq və rəsmi qeydiyyatda olmaq qorxusu narkomanları tibb müəssisələrinə müraciət etməkdən çəkindirir və onların müalicə və profilaktika tədbirlərinin mümkünlüyünü azaldır. (Cari qanunvericiliyə uyğun olaraq, tibb müəssisəsinə daxil olan hər hansı narkoman HİV üzrə yoxlanılmalıdır). Narkomanlara qarşı cəmiyyətdə mənfi münasibətin olmasına baxmayaraq, ailələr öz narkoman üzvündən tezliklə imtina edə bilmir və əvəzində onaları evdə saxlamaq üçün bütün səylərlə onlara kömək edirlər.

Respublika və Şəhər Narkoloji Dispanserləri narkotik maddə qəbul edən insanları pulsuz tibbi müalicə edirlər. 2002-ci ildə Respublika Narkoloji Dispanseri Bərpa etmə Mərkəzi yaratdı və metadon proqramına başladı. Hal-hazırda iki yerli QHT – Narkomaniya əleyhinə Elmi-Analitik Mərkəz və Açıq Cəmiyyət İnstitutu / Soros Fondu (ACİ) tərəfindən maliyyələşdirilən Azərbaycan İctimai Səhiyyə Assosasiyası – iynə dəyişmə proqramlarının həyata keçirilməsinə başlayıblar. Hal-hazırda “HİV/AİDS-ə qarşı cavab tədbirlərinin gücləndirilməsi” proqramının dəstəyi çərçivəsində həmin proqramlar həyata keçirilir.

Qeyd etmək lazımdır ki, zərərin azaldılması proqramlarının həyata keçirilməsi cari qanunvericiliklə çətinləşdirilir. Buna baxmayaraq, bir sıra mövcud olan proramlar və narkotik maddə və HİV-nin qarşısının alınması ilə məşğul olan təşkilatlar hal-hazırda narkotik maddələrin istifadə səviyyəsini azaltmaq üçün kifayət etmir. Bundan əlavə əksər proqramlar Bakıda yerləşir, baxmayaraq ki, narkotik maddələr daha çox başqa regionlarda və kənd ərazilərində istifadə olunur. Psixoloji dəstək, müalicə və sosial bərpaetmə proqramları ölkədə hələ geniş yayılmayıb.

Fahişələr

Zəif iqtisadi şərait və yaxşı təminatlı işlərin çatışmazlığı və ya alternativ işlərin olmaması yerli ənənəvi dəyərləri və ailə münasibətlərini sarsıdır. Ümidsiz vəziyyətlər insanların artan sayına təsir edir ki, hər hansı gəlir mənbəyi, eləcə də fahişəlik də olsa, iş tapsın. Azərbaycanda fahişəlik qeyri-qanuni olduğuna görə, fahişələrin həqiqi sayının müəyyən edilməsi çox çətindir və hər hansı hesablama qeyri-dəqiq ola bilər.

Neft sənayesində qoyulan əsas xarici sərmayələr nəticəsində ölkəyə gəlmiş yaxşı təminatlı xarici işçilərin gözəçarpan sayının axını yeni iqtisadi imkanlarla əlaqədardır və neft kəmərləri ətrafında sürətlə dəyişən cəmiyyətlər, xüsusilə paytaxt və paytaxtdan kənarda boru kəməri işçilərinin düşərgələri yaxınlığında FQK-lərə yüksək tələb yaradıb.

2003-cü ildə Respublika AİDS-lə Mübarizə Mərkəzi tərəfindən Bakıda 200 FQK arasında birinci növbətçi epidomoloji və davranış HİV nəzarəti üzrə araşdırma keçirildi. Qadın fahişələrin əksəriyyəti (64,5 %) 20-30 yaşlar arasında olmuş (8,5 % 20 yaşından aşağı) və əsasən rayon ərazilərindən olmuşdur (yalnız 32% Bakıdan). Yalnız bir adam ailəli, qalanları isə boşanmış (48 %), dul (18 %) və ya heç vaxt ailə qurmayan (27 %) olmuşdur.

Kişi partnyoru olmayan qadınlar tez-tez maliyyə problemləri ilə üzləşirlər və sosial təzyiqlərə məruz qalırlar ki, bu da onları fahişəlik yolu ilə pul qazanmağa məcbur edir. Araşdırılmış 200 fahişədən 17 nəfəri (8,5 %) HİV meylli və 146 nəfər (74 %) CYKX-lər – siflis 9 % və xlamidiya 63 % - olmuşdur. 78-86 % dindirilmiş fahişələr preservativlərdən istifadə etməmiş və HİV meylli olmuş on yeddi nəfərdən heç biri sonuncu cinsi əlaqələri zamanı presrvativdən yararlanmamışlar. Onların prezervativdən istifadə etməmələri üçün göstərdikləri əsas səbəblər arasında müştərilərin preservativ geymək istəməmələri və ya onlar özləri bunun lazımsız olduğunu fikirləşmələri yer tutur.

Azərbaycanda FQK-lər və ya onların müştəriləri ilə bağlı demək olar ki, heç bir təhsil proqramı (eləcə də HİV-nin qarşısının alınması üzrə) yoxdur. Fahişəliyin qeyri-qanuni olmasından başqa, FQK-lar kəskin təhqir edilir və ailələrindən və cəmiyyətlərdən qovulurlar, bunun da nəticəsində sosial dəstəkdən mərhum olurlar. Tez-tez FQK-lər öz hüquqlarında məhrum edilirlər, onlar üçün tibb xidmətləri – həmçinin CYKX-lərin eləcə də HİV-nin qarşısının alınması və vaxtaşırı müalicəsi - məhdudlaşdırılır, və onların təhlükəsiz cinsi əlaqə haqqında söhbət etmək hüquqları müştəriləri tərəfindən onlara çox nadir hallarda verilir.

Homoseksuallar

Qeydiyyatdan keçmiş HİVDİ-nin ümumi sayının bir faizi (1,1 %) homoseksuallardır (Respublika AİDS-lə Mübarizə Mərkəzinin məlumatına əsasən, 2008). Eyni cinsdən olan insanlar arasında cinsi əlaqələr Azərbaycanda (1999-cu ildən) heç də qanuna zidd deyil, lakin homoseksuallar ən çox təhqir olunan insan qruplarından biridir və kimisə homoseksuallığının ictimaiyyət tərəfindən qəbulu adi hal deyil. Buna görə də demək olar ki, bu qrup haqqında əldə olan heç bir etibarlı sosioloji və epidomoloji məlumat yoxdur.

Gənclər

Yuxarıda qeyd edildiyi kimi, gənclər Azərbaycanda ən çox HİV-yə həssas olan qruplardan biridir. HİV infeksiyasının ən aşağı dərəcəsi yeniyetmələrdə müşahidə olunur, lakin öz ailələrindən daha çox müstəqil yaşayan və daha çox cinsi fəal olan 25-29 yaşlı insanlar bütün HİVDİ-ların üçdə birini (21,3 %) əhatə edir və HİV/AİDS-nin qarşısının alınması, müalicəsi, ona yardım və xidmət göstərilməsi proqramları üçün ən təcili prioroteti əks etdirir. Hazırki çətin sosial şəraitdə bir çox gənc insanlar öz valideynlərinə və ya ailələrinə kömək etməkdə məsuliyyət daşıyır və onlar narkotikdən istifadə etməyə, əmək miqrasiyası və fahişəliyə daha çox meylləndirən ağır iqtisadi və sosial təsir altında yaşayırlar. 20-30 yaşlar arasında olan gənc insanlar – xüsusilə aşağı təhsilli və işsiz şəxslər - əsas qruplar arasında güclü təmsil olunurlar (NMİDN-lar arasında 65,5 %, FQK-lər arasında 64,5 % və miqrantlar arasında geniş yayılma, baxmayaraq ki, heç bir dəqiq rəqəm yoxdur).

Bugünki Azərbaycan gəncləri tam heterogenlidirlər: dəyərləri, şəxsi maraqları və həyat tərzləri çox müxtəlif olan bir neçə sub-mədəni qruplar mövcuddur. Uyğun olaraq, hər qrup daxilində yüksək təhlükəli daranış tipləri və tezlikləri dəyişir.

Azərbaycanda çox gənclər ənənəvi ailələrdə böyüyüb və tamamilə mühafizəkar sosial mühitdə tərbiyə olunub. Onların davranışlarına ailə üzvləri və başqa sosial institutlar (qonşular, ictimai rəy, və s.) tərəfindən nəzarət olunur; valideynlərin fikrincə bu tərbiyyə metodu öz uşaqlarını cəmiyyətdə qəbul edilməyən hərəkətlərdən qorumaq üçün yeganə yoldur. Lakin bu valideynlər bilməlidirlər ki, öz uşaqlarını belə bir ciddi mühitdə böyütməsi onları hər hansı problemlə qarşılaşdıqları zaman qərar qəbul etməkdə hazırlıqsız vəziyyətdə qoya bilər (xüsusilə cinsi əlaqə və narkotik maddə istifadəsi ilə bağlı məsələlərdə).

Bundan başqa, gənc insanlarda HİV və ya AİDS infeksiyasına yoluxmuş və ya onlara məruz qalmış, həmçinin onları HİV təhlükəsi altında qoyan məlumatsızlıqları və tanınan davranışlarını saxlayan insanalara qarşı güclü mənfi rəylər və stereotiplər ola bilər.

Bakıda daha tolerant və liberal mühitdə yaşayan daha kiçik gənc insanlar qrupu dəyişən sosial norma və davranışları tez qəbul edirlər. Yaşlı nəslin nümayəndələri tez-tez onların davranışlarını tənqid edirlər və inanırlar ki, onların daha zəif mühafizəkar həyat tərzləri və şəxsi münasibət vərdişləri (məsələn, nigaha qədərki cinsi əlaqə) onların HİV infeksiyasına olan riskini artıra bilər. Həqiqətdə az sayda mənfi rəylər HİV və AİDS haqqında olan biliklərə yiyələnməyə həvəsləndirir ki, bu da öz növbəsində infeksiya təhlükəsini azalda bilər.

www.gfaids.az
Vərəm


Allerqoloqiya, immunoloqiyaAndrologiya Cərrahlıq
DermatologiyaDiaqnostikaEKM (Еkstrakorporal mayalanma)
EndokrinologiyaFtiziatriyaGenetika
GinekologiyaHematologiyaHepatitlər
Hüquq və səhiyyəİİV/QİÇSİnfeksion xəstəliklər
KardiologiyaLORMamaçalıq, hamiləlik və doğuşlar
Manual terapiyaMassajNarkologiya
NefrologiyaNevrologiyaNeyrocərrahlıq
OftalmologiyaOnkologiyaOrtopediya
ParazitologiyaPediatriyaPlastik cərrahlıq
ProktologiyaPsixiatriyaPsixologiya
PulmonologiyaQastroenterologiyaReanimatologiya və anesteziologiya
RevmatologiyaSağlamlıq və gözəllikSeksologiya
StomatologiyaTerapiyaTəcili yardım
UrologiyaÜrək-damar cərrahiyyəsiXaricdə müalicə
Zöhrəvi xəstəliklərƏczaçılıq
Новости медицины

Новые статьи

Лечебные диеты

Будущим мамам

Это интересно
Bizim nailiyyətlərimiz




Banner




İlin həkimi




            Saytımızın qonağı "Nevrologiya Klinikasının" rəhbəri Tibb elmləri doktoru Rövşən Həsənov 
Arxiv
 
Bu saytda dərc edilmiş məlumatdan istifadə edərkən http://www.medexpert.az linki istinad mənbəyi kimi göstərilməlidir. Saytda dərc edilmiş məlumat tanışlıq üçün nəzərdə tutulub və özünü müalicə üçün vəsait kimi istifadə oluna bilməz. Saytın administrasiyası, sağlamlığa dəyəcək mümkün zərər, həmçinin saytda dərc edilmiş məlumatın etibarlılığlna görə heç bir məsuliyyət daşımır. 2009 Medekspert.
Site by PREMIUM AD
Rambler's Top100