Amerikalılar aorta üçün jqut – bağ yaradıblar      MÜASIR EKSTRASENSLƏR YAXUD ORTA ƏSR CAHILLIYINI YAŞAYAN CƏMIYYƏT      BIHE2011 sərgisinin anonsu      Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər barədə məlumat      Amerikalı alimlər əkiz uşaq analarının daha az xəstələndiklərini və uzunömürlü olduqlarını üzə çıxarıb.      Xərçəngi insan yaradıb?      Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümüdür      Analar üçün ən pis ölkələr hansılardır?      Diabet xəstəliyi haqqında bir qədər tarixi məlumat       Qida rasionuna hansı miqdarda bal əlavə olunmalıdır ?      Mühit məni narkoman etdi       600 qramlıq körpələr Azərbaycan vətəndaşı ola biləcək      Tezliklə! \"Ana yurdum Azərbaycan\" mövzusunda fotomüsabiqəyə start veriləcək!      www.medexpert.az Milli İnternet Mükafatı uğrunda Müsabiqənin Nominantı seçilib!!!      Vərəm hər gün nə qədər insanın həyatına son qoyur?      Azərbaycanda hər 8 adamdan biri talassemiya daşıyıcısıdır      Azərbaycanda cəza çəkən qadın məhkumlar tibbi müayinədən keçirilib.      Bakıda daha bir üçəm doğuldu!      Televizora çox baxmaq ömrü qısaldır      Yoqurt dişlərə zərərlidir      Körpənin cinsi ananın çəkisindən asılıdır      Dünyaya vaxtından əvvəl göz açma autizmə səbəb ola bilər      Əsəblər hamiləliyin qarşısını alır       Xoşbəxt nikah insulta dərmandır      Piylənmənin əsas səbəblərindən biri müəyyən edilib      Təhlükəsiz yuxu 6-8 saat müddətini əhatə edir      Siqaretə aludədən vaksin xilas edəcək      Nikotin asıllığının inkişafının günahkarları genlərdir      Qızlar və oğlanlar hamiləlik zamanı müxtəlif inkişaf edirlər      Suşı yemək üçün yapon olmaq lazımdır     
saytda vebdə
İstifadəçi hesabı
 
Qeydiyyatdan keç
 
Bizim Ekspertlər
 
 
Kateqoriyanı seçin
 
 
 
SORĞU
 
Digər Sorğular
 
Qripp  | 1530 dəfə oxunub

Qripp

EtiologiyasıTörədici RNT genomlu virus olub, Orthomyxoviridae ailəsindəndir. Üç növ virus ayırd edilir: A, B, C. A növ viruslar insanları, bir çox heyvanları (atlar, donuzlar və s.) və quşları yoluxdurur. B və C növ viruslar isə yalnız insan üçün patogendir.
EpidemiologiyasıXəstə şəxsin epidemioloji təhlükəli olmağı yuxarı tənəffüs yollarında virusun miqdarından və kataral sindromdan asılıdır. Virusun uzun müddətli ayrılması xəstəliyin kəskinləşməsi və ağırlaşması ilə gedən xəstələrdə müşahidə olunur.
Ötürülmə mexanizmiAerozol, yoluxma yolu-hava-damcı. Virusa yoluxma, əsasən, tüpürcək, selik vasitəsilə, danışıq zamanı, öskürək və asqıraq zamanı baş verir. Təbii qida ilə qidalanan körpələrdə 9-10 aya qədər ananın qrippə qarşı antitelləri aşkar olunur, süni qida ilə qidalanan körpələrdə isə 2-3 ayına qədər aşkar olunur. Doğum evlərində qrippin kəskinləşməsi zamanı, yenidoğulmuşlar bu xəstəliyə çox tez yoluxurlar və ağır keçirdirlər.
Epidemioloji əlamətləriQripin kəskinləşməsi zamanı xəstəlik epidemiya şəklində əhali arasında tezliklə yayılır,  çox ciddi, sosial və tibbi problemlər yaradır. Periodik olaraq, hər 2-3 ildən bir qripp yeni antigen virus şəklində meydana çıxır. Bu, əsasən, qrippin A növ virusuna aiddir. B növ qripp çox gec yayılır və əhalinin 25%-ni yoluxdurur. Qripp zamanı ölüm faizi yüksək olmasa da, ancaq qrippin agırlaşması kimi  meydana çıxan pnevmoniyadan bir yaşa qədər uşaqlarda ölüm halları 30% təşkil edir.
PatogenezVirus qripp yuxarı tənəffüs yollarının (traxeya, bronx) selikli qişasına düşdükdə, bir qat epitelin hüceyrələrində çoxalırlar. Daha sonra bütün müdafiə baryerləri keçərək, virus qana keçir. Virusemiya inkubasion dövrdən başlayaraq,bir neçə gündən iki həftəyədək davam edir. Virusun öz toksinləri olmadığına görə,qripp zamanı intoksikasiya ilk növbədə endogen bioloji aktiv maddələrin hesabına əmələ gəlir.
İntoksikasiyanın, toksik-allergik reaksiyanın inkişafı və bioloji aktiv maddələrin hüceyrəsinin dağılması qanın reoloji xüsusiyyətinin pozulmasına,bəzən isə infeksion-toksik şokun əmələ gəlməsinə səbəb olur. Həmçinin, virus hematogen şəkildə orqan və sistemə məsələn: ürək, əzələ, mərkəzi sinir sisteminə daxil olur. Mikrosirkulyasiyanın və elektrolit balansının pozulması beyində və ağciyərlərdə ödemin əmələ gəlməsinə səbəb olur, miokardda isə distrofik dəyişikliklər müşahidə olunur.
Klinikaİnkubasion dövr çox qısa olur. Bir neçə saatdan beş günə qədər davam edir. Xəstəlik yüngül, orta-ağır və ağır formada keçə bilər. Klinik şəkildə ağırlaşmamış qripin üç sindromu müşahidə olunur: intoksikasion, kataral və hemorragik.
İntoksikasion sindrom – xəstəliyin kəskin başlanğıcında hərarətin 40 º C-yə qədər qalxması, üşütmə ilə müşahidə olunur. Xəstələr baş ağrısından, ümumi zəiflikdən şikayət edirlər. Bəzən mikrosirkulyasiyanın pozulması ilə gedən mialqiyalar, artralqiyalar və baş gicəllənməsi ilə müşahidə olunur. Hətta uşaqlarda qıcolmalar da ola bilər. Baş ağrıları, yuxu pozğunluqları, hallüsinasiyalar, təkrari qusma müşahidə olunur. Yüksək hərarət birinci sutkadan qalxaraq, xəstəliyin 2-ci, 4-cü günü düşə bilər. Bəzən taxikardiya, bradikardiya müşahidə olunur.
Kataral sindrom – bir qədər sonra inkişaf edir: Ağızda quruluq,boğazın qıcıqlanması, burnun tutulması kimi şikayətlər olur. Burunla nəfəsalma çətinləşir, burun-udlaq nahiyəsində selikli qişada şişkinlik və ödem əmələ gəlir. Larinqotraxeit və bronxit xarakter olur, quru öskürək müşahidə olunur.
Hemorragik sindrom – ancaq 5-10% hallarda əmələ gəlır. Bu zaman burun nahiyəsində qanaxmalar ola bilər. Bu sindromun ağırlaşması zamanı ağciyərdə kəskin hemorragik ödemlər əmələ gəlır. Uşaqlarda intoksikasiya və mikrosirkulyator pozğunluq, bağırsaq sisteminin pozulmasına gətirib çıxarır. Xəstəliyin müddəti 3-5 gündən çox olmur. Qripp atipik və yüngül formada ola bilər. Həmçinin digər virus infeksiyaları ilə birgə adenovirus, enterovirus, paramiksovirus ilə özünü biruzə verir.
Differensial diaqnostika – Qrippi bir çox kəskin respirator infeksion xəstəliklər ilə differensasiya edirlər. Bu zaman, əsasən, qrippin xarakter klinik əlamətləri nəzərə alınır. Xəstəliyin ilk günlərində tez bir zamanda hərarətin qalxması, üşütmə, mialgiya, artralgiya, baş ağrısı və s.müşahidə olunur.
Profilaktik tədbirlərQrippə qarşı vaksinlər mövcuddur. Əsasən, qrippə qarşı peyvəndlər hər il  payız aylarında (oktyabr-noyabr) epidemiyanın daha çox  yayılan vaxtında edilir. Bundan başqa immunopreparatlar, vitaminlər qəbul etmək lazımdır. Uşaqlar üçün gündə iki dəfə təmiz havada gəzinti, yayda 5-10 dəqiqə günəş vannalarının qəbulu, təmiz havada gündüz yuxusu bədənin müqavimətini artırır.
www.pcr.az
Vərəm


Allerqoloqiya, immunoloqiyaAndrologiya Cərrahlıq
DermatologiyaDiaqnostikaEKM (Еkstrakorporal mayalanma)
EndokrinologiyaFtiziatriyaGenetika
GinekologiyaHematologiyaHepatitlər
Hüquq və səhiyyəİİV/QİÇSİnfeksion xəstəliklər
KardiologiyaLORMamaçalıq, hamiləlik və doğuşlar
Manual terapiyaMassajNarkologiya
NefrologiyaNevrologiyaNeyrocərrahlıq
OftalmologiyaOnkologiyaOrtopediya
ParazitologiyaPediatriyaPlastik cərrahlıq
ProktologiyaPsixiatriyaPsixologiya
PulmonologiyaQastroenterologiyaReanimatologiya və anesteziologiya
RevmatologiyaSağlamlıq və gözəllikSeksologiya
StomatologiyaTerapiyaTəcili yardım
UrologiyaÜrək-damar cərrahiyyəsiXaricdə müalicə
Zöhrəvi xəstəliklərƏczaçılıq
Новости медицины

Новые статьи

Лечебные диеты

Будущим мамам

Это интересно
Bizim nailiyyətlərimiz




Banner




İlin həkimi




            Saytımızın qonağı "Nevrologiya Klinikasının" rəhbəri Tibb elmləri doktoru Rövşən Həsənov 
Arxiv
 
Bu saytda dərc edilmiş məlumatdan istifadə edərkən http://www.medexpert.az linki istinad mənbəyi kimi göstərilməlidir. Saytda dərc edilmiş məlumat tanışlıq üçün nəzərdə tutulub və özünü müalicə üçün vəsait kimi istifadə oluna bilməz. Saytın administrasiyası, sağlamlığa dəyəcək mümkün zərər, həmçinin saytda dərc edilmiş məlumatın etibarlılığlna görə heç bir məsuliyyət daşımır. 2009 Medekspert.
Site by PREMIUM AD
Rambler's Top100