Amerikalılar aorta üçün jqut – bağ yaradıblar      MÜASIR EKSTRASENSLƏR YAXUD ORTA ƏSR CAHILLIYINI YAŞAYAN CƏMIYYƏT      BIHE2011 sərgisinin anonsu      Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər barədə məlumat      Amerikalı alimlər əkiz uşaq analarının daha az xəstələndiklərini və uzunömürlü olduqlarını üzə çıxarıb.      Xərçəngi insan yaradıb?      Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümüdür      Analar üçün ən pis ölkələr hansılardır?      Diabet xəstəliyi haqqında bir qədər tarixi məlumat       Qida rasionuna hansı miqdarda bal əlavə olunmalıdır ?      Mühit məni narkoman etdi       600 qramlıq körpələr Azərbaycan vətəndaşı ola biləcək      Tezliklə! \"Ana yurdum Azərbaycan\" mövzusunda fotomüsabiqəyə start veriləcək!      www.medexpert.az Milli İnternet Mükafatı uğrunda Müsabiqənin Nominantı seçilib!!!      Vərəm hər gün nə qədər insanın həyatına son qoyur?      Azərbaycanda hər 8 adamdan biri talassemiya daşıyıcısıdır      Azərbaycanda cəza çəkən qadın məhkumlar tibbi müayinədən keçirilib.      Bakıda daha bir üçəm doğuldu!      Televizora çox baxmaq ömrü qısaldır      Yoqurt dişlərə zərərlidir      Körpənin cinsi ananın çəkisindən asılıdır      Dünyaya vaxtından əvvəl göz açma autizmə səbəb ola bilər      Əsəblər hamiləliyin qarşısını alır       Xoşbəxt nikah insulta dərmandır      Piylənmənin əsas səbəblərindən biri müəyyən edilib      Təhlükəsiz yuxu 6-8 saat müddətini əhatə edir      Siqaretə aludədən vaksin xilas edəcək      Nikotin asıllığının inkişafının günahkarları genlərdir      Qızlar və oğlanlar hamiləlik zamanı müxtəlif inkişaf edirlər      Suşı yemək üçün yapon olmaq lazımdır     
saytda vebdə
İstifadəçi hesabı
 
Qeydiyyatdan keç
 
Bizim Ekspertlər
 
 
Kateqoriyanı seçin
 
 
 
SORĞU
 
Digər Sorğular
 
Bakterial vaginoz  | 4428 dəfə oxunub

Bakterial vaginoz nədir?

Hal-hazırda bakterial vaginoz dedikdə uşaqlıq yollarının normal laktoflorasının kəmiyyətinin azalması və onun polimikrob assosasiyalı sərt anaerobla əvəz olunması ilə xarakter olunan infeksion qeyri-iltihabi sindromu nəzərdə tutulur. Bakterial vaginozu aktual problem hesab etmək olar. Belə ki, onun səbəbləri tam dəqiqliklə müəyyən edilməmiş, müalicəyə çətin cəlb edilir və xəstə qadınların sayı getdikcə artmaqdadır. Müxtəlif müəlliflərin fikrincə hal-hazırda 20-30% qadınlar sidik-cinsiyyət sisteminin eyni adlı xəstəliyindən əziyyət çəkirlər. Çox hallarda bakterial vaginoz  özünü simptomsuz biruzə verir, yalnız 10-60% qadınların ifrazatında spesifik sindrom sayılan “balıq” qoxusu meydana çıxır. Son vaxtlarkı faktlara əsasən qeyd edilir ki, bakterial vaginoz qadınlarda hamiləliyin pozulmasının, vaxtından əvvəl doğuşların, xorioamnionitin, doğuşsonrası endometritin, ginekoloji əməliyatlardan sonrakı ağırlaşmaların və kiçik çanaq orqanlarının iltihabi xəstəliklərinin əsas səbəblərindəndir.
Bakterial vaginozun səbəbləri:

Müxtəlif ekzo və endogen faktorların təsiri nəticəsində baş verə bilər.

  • Endogen faktorlar:
  • Cinsi yetişkənlik dövründə, hamiləlik zamanı, abortlardan sonra hormonal fonda baş verən dəyişikliklər.
  • Yerli immunitetdə baş verən dəyişikliklər.
  • Uşaqlıq yolunda laktobasillər tərəfindən sintez edilən H2O2-nin konsentrasiyasının azalması.
  • Ekzogen faktorlar:
  • Antibiotik, sitostatik, kortikosteroid, virusəleyhinə, göbələkəleyhinə preparatların qəbulu və şüa terapiyası.
    Bir çox xəstəliklər yalnız antibiotik tərkibli preparatların köməyi ilə müalicəyə tabe olurlar. Angina, ağciyər iltihabı və s. kimi xəstəliklərin antibiotiklərlə müalicəsi zamanı nəinki xəstəliktörədən mikroblar o cümlədən uşaqlıq yolunun da normal florası daxil olmaqla bütün orqanizmin faydalı mikroflorası məhf olur. Uşaqlıq yolunun selikli qişasında məhf olmuş bifido- və laktobakteriyaların yerinə antibiotiklərin təsir göstərə bilmədikləri göbələklər və viruslar çoxalırlar.
  • Qadın cinsiyyət orqanlarında doğuş travmaları, abortlar və cərrahi müdaxilələr nəticəsində baş verən anatomik deformasiyalar və inkişaf qüsurları.
    Uşaqlıq yolunun mikroflorası ilk öncə abort zamanı pozulmağa başlayır. Abortlar hər zaman uşaqlıq yolunun və boynunun selikli qişasının tamlığının pozulmasına səbəb olur. Eyni zamanda ciddi hormonal pozğunluqlar da müşahidə edilir.Abortlardan sonra adətən antibiotik preparatlar təyin olunur.Bu preparatlar isə yuxarıda qeyd etdiyimiz təsirlərlə xarakterizə edilir.
  • Kontraseptivlərdən istifadə.
    Uşaqlıqyoludaxili kontraseptivlər-kremlər, şamlar, tabletkalar tərkibində nəinki spermatozoidləri o cümlədən normal mikrofloranı məhf edən maddələr saxlayırlar. Uşaqlıqdaxili kontraseptivlər (spirallar) orqanizm tərəfindən yad cisim kimi qəbul edilirlər. Uşaqlıqda tez-tez iltihabi proseslərə səbəb olur ki, bunun da fonunda bakterial vaginoz yaranır.
  • Seksual partnyorların tez-tez dəyişdirilməsi.
    Seksual partnyorların dəyişilməsi eyni zamanda mikrofloranın da dəyişməsi deməkdir. Qadın orqanizmi bununla da hər yeni partnyorun şərti-patogen florasına uyğunlaşmağa məcbur olur. İmmunitetin zəif hallarında isə uşaqlıq yolunun qoruyucu mikroflorası zədələnir və bakterial vaginoz üçün real şərait yaranır.

Bakterial vaginoz haqqında olan bütün bilgiləri və teoriyaları cəmləşdirib onun meydana gəlməsi barədə ümumi bir nəticəyə gələk. Bir çox həkimlər tərəfindən təstiqlənən, bakterial vaginozun meydana gəlməsi ilə bağlı ən məşhur teoriyalardan biri mikrofloranın yaşama qabiliyyəti və şərtlərinin pozulması ilə əlaqədar olan ekoloji disbalansıdır.

Uşaqlıq yolunun normal mikroflorası nədir?
Uşaqlıq yolunun flora vəziyyətinin normallığı 3 əsas fakt üzərində qurulmuşdur.

  • Uşaqlıq yolu epitelisində qlikogenin miqdarı.
  • Normal mikrofloranın tərkibi və miqdarı.
  • Tranzitor (müvəqqəti aşkar edilən) patogen mikrofloranın tərkibi və miqdarı.

Normada nə baş verir?
Esterogenlərin təsiri altında orqanizmə qida vasitəsilə daxil olan məhsullardan uşaqlıq yolu hüceyrələrində qlikogenin sintezi baş verir. Progesteron isə cinsi yolların epitel hüceyrələrinin dağılmasına səbəb olur ki, bu zaman hüceyrələrdən qlikogen azad olunur, maltoza və dekstrozaya parçalanır. Bu isə normal mikrofloranın 98%-ni təşkil edən laktobasillər, o cümlədən bifidumbakteriyaların həyat fəaliyyəti üçün əsas məhsul hesab edilir. Laktobasillər və qlikogenin qarşılıqlı təsiri altında süd turşusu əmələ gəlir ki, bu da uşaqlıq yolunun əsas turş mühütini yaradır. Normada pH 3,5 – 4,5.

Uşaqlıq yolunun turşuluğunun əhəmiyyəti nədir?
Uşaqlıq yolunun turş mühiti 2 əsas funksiyanı yerinə yetirir.

  • Tranzitor (müvəqqəti iştirak edən) şərti patogen, o cümlədən patogen mikrofloranın çoxalması üçün qeyri-əlverişli mühitin yaranması və məhvi.
  • “Evalyutsion” funksiyanın təyini-məlum olduğu kimi turş mühitdə spermatozoidlər məhf olur və yalnız ən sağlam və ən güclü spermatozoidlər turş baryeri keçib yumurtahüceyrəni mayalandırır.

Bu səbəbdən ən ədalətli teoriya kimi, turş mühit-sağlam mühit kimi qəbul edilir.
Qeyd etdiyimiz kimi, uşaqlıq yolunun normal mikroflorasını əsasən asidofil laktobakteriyalar təşkil edir. Çox kiçik hissəni (10%-ə qədər) bifidumbakteriyalar və peptostreptokokklar (5%) təşkil edir. Normada  mikroorqanizmlərin bu cür cəmləşməsi Doderleyn mikroflorası adlanır. Normal mikroorqanizmlərin sayı 1 qramda 100 milyondan artıq olmur.

Laktobasillər süd turşusu sintezindən başqa bəzi digər mühüm funksiyaları da yerinə yetirir:

  • Mikrobəleyhinə təsir göstərən bir sıra digər fermentlərin, hidrogen peroksidin, lizosimin sintezi.
  • Orqanizmin yerli immun müdafiə reaksiyalarının stimulyasiyası- makrofaqların aktivasiyası, interferon ifrazının və A sinfindən olan immunoqlobulinlərin stimulyasiyası.

Beləliklə uşaqlıq yolunun normal vəziyyəti dedikdə turş mühitə malik (pH-3.5-4.5) , Doderleynin laktobasilyar mikroflorası və nəzərə çarpmaz dərəcədə rast gəlinən tranzitor şərti-patogen flora olan mühit nəzərdə tutulur.

Tranzitor mikroflora.
Uşaqlıq yolu xarici mühitlə əlaqəsi olan cinsi orqandır. Bu səbəbdən də onun xarici mühit mikroorqanizmləri ilə çirklənməsi qaçılmazdır. Mikrobların bəziləri qız uşaqlarına doğuş zamanı, qadınlara cinsi akt zamanı xarici mühitdən düşür. Bu mikrofloranın bir qismi dərhal, digər qismi isə müvəqqəti uşaqlıq yolunda qalır, sonra isə turş mühitin və digər müdafiə mexanizmlərinin təsirilə məhf edilir. Çox az miqdar isə uşaqlıq yolunda müəyyən müddət qalır, lakin çoxalmırlar. Bu cür flora tranzitor (müvəqqəti) mikroflora adlanır.
Normada sağlam qadınlarda yüksəkdəqiqlikli labarator metodlarla (PZR, kultural əkmə və s.) aşağıdakıları təyin etmək olar.

  • Gardnarella vaginalis
  • Bacteroides species (Bacteroides melaninogenicus, Bacteroides vulgaris daxil olmaqla)
  • Fusobacterium species (Fusobacterium nucleatum daxil olmaqla)
  • Mobiluncus species (M.mulieris)
  • Leptotrichia species
  • Mycoplasma hominis
  • Atopobium vaginae
  • Peptostreptococcus species.

Bəs nə üçün qadınlarda normal mikrofloranın məhfi, tranzitor mikrofloranın çoxalması gedir? Hal-hazırda bu barədə bir neçə teoriya və fikirlər mövcuddur.
Qlikogenin sitezinin pozulması – Belə ki, qlikogenin sintezi esterogenlər (qadın cinsi hormonlar) tərəfindən requlə edilir. Təbiidir ki, hormonların səviyyəsinin qalxması və ya enməsi epitelidə qlikogenin miqdarına təsir edəcəkdir. Esterogenlərin çatışmayan səviyyəsində (bəzi endokrin xəstəliklər zamanı), yumurtalıqların ginekoloji xəstəliklərində, streslərdə (sinir sistemi hormonal mübadiləyə nəzarət etdiyindən) uşaqlıq yolu epitelisində qlikogenin miqdarı azalır ki, bununla da əlaqədar olaraq laktobasillərin kəmiyyəti aşağı düşür. Sadə dildə desək, onlarda qida çatışmır. Esterogenlərin artan səviyyəsində isə (endokrin xəstəliklər, hormonal kontraseptivlərin qəbulu, hamiləlik) qlikogenin miqdarı hüceyrələrdə normanı aşır, laktobasillər onları mənimsəməyi çatdırmırlar və qlikogenin artığı tranzitor mikrofloraya qalır ki, onlar üçün də çoxalmağa şərait yaranır.
Laktobasillərin funksialarının pozulması və məhfi - Laktobasillər də digər mikroblar kimi insanda xəstəlik törətməyə qabildirlər. Bu səbəbdən də mikrobəleyhinə preparatlar eyni zamanda normal laktobasillərin də məhfinə səbəb olur. Bunlar əsasən antibiotik, antiseptik, veneroloji xəstəliklərin profilaktikasında istifadə olunan bəzi preparatlardır.
Patogen mikroorqanizmlər – Cinsi akt zamanı xlamidiya, qonokokk, vaginal trixomonada, ureaplazma, mikoplazma kimi infeksiyalarla yoluxma baş verdikdə uşaqlıq yoluna daxil olmuş bu mikroblar özlərindən ekzotoksin ifraz edərək laktobasilləri məhf edirlər. Çox zaman onlara tranzitor mikroflora da qoşulur. Çünki necə ki, patogen mikrofloraya, eləcə də tranzitor mikrofloraya çoxalmaları üçün turş yox qələvi mühit lazımdır.
Bakterial vaginoz və ya aerob vaginit – Növbəti gedişatda 2 variantda inkişaf edir. 1-ci variantda anaerob mikrofloranın çoxalması baş verir və bakterial vaginoz əmələ gəlir. Belə ki, vaginal anaerobların (Gardnerella vaginalis) iştirakı ilə leykositlərin aktivliyi artmır, iltihabi reaksiya müşahidə edilmir. Digər hallarda isə aerob mikrofloranın çoxalması olur ki, bu zaman iltihabi reaksiyalı aerob vaginit meydana çıxır.
Bakterial vaginoz necə meydana gəlir?
Bakterial vaginozun tipik və tez-tez rast gəlinən yeganə simptomu menstruasiya tsikli zamanı və ya sonra o cümlədən cinsi əlaqə zamanı rast gəlinən xoşagəlməz “balıq“ qoxulu, bozumtul ifrazat sayılır. Bəzən də cinsi əlaqə zamanı ağrı da müşahidə olunur (dispareuniya).
Simptomsuz bakterial vaginoz nədir?
Qeyd etmək lazımdır ki,  50%- dən çox hallarda qadınları yuxarıda qeyd etdiyimiz simptomlar narahat etmir, lakin Nuqent sistemi vasitəsilə aparılan laborator müayinələr və bakterial vaginozun markerlərinin təyini onun varlığını sübut edir. Müasir tibdə bu vəziyyət simptomsuz bakterial vaginoz adını almışdır. Baxmayaraq ki, qadınlar əsas simptomlardan şikayət etmirlər, bakterial vaginoz yenə də bir çox ağırlaşmalara səbəb olur; kiçik çanaq orqanlarının iltihabi xəstəlikləri, hamiləlik patologiyaları, cinsi xəstəliklərə qarşı yüksək həssaslıq və s.
Residivləşmiş bakterial vaginoz nədir?
Residivləşmiş bakterial vaginozu təyin etmək üçün dəqiq kriteri yoxdur. Əsasən residivləşmənin epizodları bakterial vaginoza qarşı müalicədən 3 ay sonra meydana çıxır. Residivlərə 15-30% hallarda rast gəlinir.
Bakterial vaginozu cinsi infeksiya hesab etmək olarmı?
Çoxsaylı klinik və laborator analizlər sübut etmişdir ki, kişilərin uretrası uşaqlıq yolunun şərti patogen mikroflorasına qarşı həssasdır. Belə ki, kişilərdə uretra , sağlam qadının uşaqlıq yolu mühitinə nisbətən daha qələvidir. Bu isə tranzitor floranın çoxalması üçün əlverişli hesab edilir. Lakin bütün kişiləri də yoluxmaya həssas hesab etmək olmaz. Əsasən üç qrup daha həssas hesab edilir;
- Əvvəllər xlamidiya və qonokokk infeksiyaları keçirənlər.
- Xroniki prostatitlə xəstə olanlar.
- Veneroloji xəstəliklərin profilaktikası məqsədilə yerli antiseptiklərdən istifadə edənlər.
Çox ehtimal ki, digər faktorlar da antibakterial müdafiənin  zəifləməsinə səbəb olur; uretrada sıyrıntı, mikrosirkulyasiyanın pozulması və s.

  • Bakterial vaginozun diaqnozu necə qoyulur?
  • Amsel kriterisi nədir?

Dünya təbabətində R.Amsel (1983-də) tərəfindən təklif edilmiş klinik-laborator analizdən istifadə edilir. Bakterial vaginozun diaqnozu təklif olunmuş kriterilərin 3 və ya 4-nün təstiqinə əsasən qoyulur.

Kriteri No Təyini Əlamətləri
Kliniki I Uşaqlıq yoluna güzgü ilə baxış,kolposkopiya Homogen, bozumtul, xoşagəlməz qoxuya malik ifrazat.
Klinik-Laborator II İntiqator vasitəsilə pH ın təyini pH > 4.5
III KOH testi- uşaqlıq yolu möhtəviyyatı olan sınaq şüşəsinə 10%-li KOH əlavə edilməsi Spesifik qoxunun meydana gəlməsi
Laborator IV Yaxmanın mikroskopiyası “açar hüceyrələrin” aşkarlanması

Bakterial vaginozun markerləri.
Bakterial vaginoz sərbəst xəstəlik kimi inkar edildikdən sonra onun markeri Gardnerella vaginalis hesab edilirdi. Tezliklə müəyyən olundu ki, Gardnerella vaginalis cüzi kəmiyyətdə bütün sağlam qadınlarda olur.
Bakterial vaginozun markerliyinə növbəti namizəd isə mobilunkus hesab edilirdi. Lakin eyni zamanda mobilunkusun bakterial vaginozu olmayan qadınlarda da aşkarlandığı öyrənildi. Bakterial vaginozun real markerləri isə Leptotrichia species, Megasphera sp və Clostridium phylum hesab edilir. Hal-hazırda bu markerlər 2 qrupa bölünür:

Markerlər Təyini
Aşağı spesifiklikli
Gardnerella vaginalis
Mobiluncus sp.
Leptotrichia sp.
Megasphera sp.
Sağlam və bakterial vaginozlu qadınlarda təyin olunur. Diaqnostika metodu: mikros kopiya, PZR, kultural metod.
Yüksək spesifiklikli
Atopobium vaginae
Mucinae
Sialidase
Yalnız bakterial vaginozlu qadınlarda müşahidə edilir. Diaqnostika metodu: İFA , PZR

Son zamanlar tranzitor mikroorqanizmlər tərəfindən sintez olunan bir sıra fermentlərin təyini bacterial vaginozun simptomsuz gedişinə diaqnoz qoymağa imkan verir. Bunlara musinaza (mucinase) və sialidaza (sialidase) aiddir. Bu fermentlərin konsentrasiyası mikroskopik göstəricilər normada olduqda belə uşaqlıq yolu mikroflorasının patogenliyindən xəbər verir. Məlum olmuşdur ki, sialidase-pozitiv hamilə qadınlarda hamiləliyin vaztından əvvəl pozulması mümkündür.

Bakterial vaginozun profilaktikası.Bakterial vaginozun profilaktikası ilk növbədə, tərkibində 9 nonoksinol saxlayan preparatlardan imtina ilə başlayır. Bundan əlavə təsadüfi cinsi əlaqədən yayınmaq və yaxud qoruyucu vasitələrdən imtina etmək məsləhət görülür.
Vərəm


Allerqoloqiya, immunoloqiyaAndrologiya Cərrahlıq
DermatologiyaDiaqnostikaEKM (Еkstrakorporal mayalanma)
EndokrinologiyaFtiziatriyaGenetika
GinekologiyaHematologiyaHepatitlər
Hüquq və səhiyyəİİV/QİÇSİnfeksion xəstəliklər
KardiologiyaLORMamaçalıq, hamiləlik və doğuşlar
Manual terapiyaMassajNarkologiya
NefrologiyaNevrologiyaNeyrocərrahlıq
OftalmologiyaOnkologiyaOrtopediya
ParazitologiyaPediatriyaPlastik cərrahlıq
ProktologiyaPsixiatriyaPsixologiya
PulmonologiyaQastroenterologiyaReanimatologiya və anesteziologiya
RevmatologiyaSağlamlıq və gözəllikSeksologiya
StomatologiyaTerapiyaTəcili yardım
UrologiyaÜrək-damar cərrahiyyəsiXaricdə müalicə
Zöhrəvi xəstəliklərƏczaçılıq
Новости медицины

Новые статьи

Лечебные диеты

Будущим мамам

Это интересно
Bizim nailiyyətlərimiz




Banner




İlin həkimi




            Saytımızın qonağı "Nevrologiya Klinikasının" rəhbəri Tibb elmləri doktoru Rövşən Həsənov 
Arxiv
 
Bu saytda dərc edilmiş məlumatdan istifadə edərkən http://www.medexpert.az linki istinad mənbəyi kimi göstərilməlidir. Saytda dərc edilmiş məlumat tanışlıq üçün nəzərdə tutulub və özünü müalicə üçün vəsait kimi istifadə oluna bilməz. Saytın administrasiyası, sağlamlığa dəyəcək mümkün zərər, həmçinin saytda dərc edilmiş məlumatın etibarlılığlna görə heç bir məsuliyyət daşımır. 2009 Medekspert.
Site by PREMIUM AD
Rambler's Top100