Amerikalılar aorta üçün jqut – bağ yaradıblar      MÜASIR EKSTRASENSLƏR YAXUD ORTA ƏSR CAHILLIYINI YAŞAYAN CƏMIYYƏT      BIHE2011 sərgisinin anonsu      Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər barədə məlumat      Amerikalı alimlər əkiz uşaq analarının daha az xəstələndiklərini və uzunömürlü olduqlarını üzə çıxarıb.      Xərçəngi insan yaradıb?      Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümüdür      Analar üçün ən pis ölkələr hansılardır?      Diabet xəstəliyi haqqında bir qədər tarixi məlumat       Qida rasionuna hansı miqdarda bal əlavə olunmalıdır ?      Mühit məni narkoman etdi       600 qramlıq körpələr Azərbaycan vətəndaşı ola biləcək      Tezliklə! \"Ana yurdum Azərbaycan\" mövzusunda fotomüsabiqəyə start veriləcək!      www.medexpert.az Milli İnternet Mükafatı uğrunda Müsabiqənin Nominantı seçilib!!!      Vərəm hər gün nə qədər insanın həyatına son qoyur?      Azərbaycanda hər 8 adamdan biri talassemiya daşıyıcısıdır      Azərbaycanda cəza çəkən qadın məhkumlar tibbi müayinədən keçirilib.      Bakıda daha bir üçəm doğuldu!      Televizora çox baxmaq ömrü qısaldır      Yoqurt dişlərə zərərlidir      Körpənin cinsi ananın çəkisindən asılıdır      Dünyaya vaxtından əvvəl göz açma autizmə səbəb ola bilər      Əsəblər hamiləliyin qarşısını alır       Xoşbəxt nikah insulta dərmandır      Piylənmənin əsas səbəblərindən biri müəyyən edilib      Təhlükəsiz yuxu 6-8 saat müddətini əhatə edir      Siqaretə aludədən vaksin xilas edəcək      Nikotin asıllığının inkişafının günahkarları genlərdir      Qızlar və oğlanlar hamiləlik zamanı müxtəlif inkişaf edirlər      Suşı yemək üçün yapon olmaq lazımdır     
saytda vebdə
İstifadəçi hesabı
 
Qeydiyyatdan keç
 
Bizim Ekspertlər
 
 
Kateqoriyanı seçin
 
 
 
SORĞU
 
Digər Sorğular
 
Hamiləlik və Hepatitlər  | 2678 dəfə oxunub

Hamiləlik və Hepatitlər

Virusun anaya təsiri daha çox xəstəliyin gedişindən, aparılan profilaktik tədbirlərdən, qida rasionundan və s. asılıdır. Hepatitlər haqqında bir qədər geniş məlumat vermək istərdik.
Bu xəstəlik qaraciyərin diffuz və ocaqlı zədələnmələri ilə davam edən  patologiyasıdır. Hepatitlər yaranma səbəbinə görə müxtəlifdir. Bunlara viruslar tərəfindən törədilən – virus hepatitləri, dərman preparatlarının təsiri nəticəsində yaranan – kəskin toksik hepatitlər, mexaniki təsirlərdən irəli gələn – mexaniki hepatitlər və s. aiddir.
Kəskin hepatitlər – şüalanma nəticəsində, bədənin müxtəlif dərəcədə yanıqları, hamiləlik toksikozları, alkoqolizm nəticəsində yarana bilər.
Toksik hepatitlər – müxtəlif kimyəvi birləşmələrin qaraciyər toxumasına birbaşa təsirilə əlaqədar olaraq meydana çıxan və onun funksiyasını zədələyən prosesdir.

Virus hepatitləri (hepatitis viralis) – hepatotrop viruslar tərəfindən törədilən antroponoz infeksiyalardan olub, kəskin və xroniki gedişə malikdir və qaraciyərin morfo-funksional,  üzvi, destruktiv dəyişiklərini özündə cəmləşdirir.

İnfeksion və ya epidemik hepatit çox qədim zamanlardan elmə məlum olan xəstəlikdir. Bu xəstəlik Hippokrat tərəfindən “yoluxucu sarılıq xəstəliyi” adı ilə təbabətə gətirilmişdir. 1883-cü ildə rus alimi Botkin xəstəliyin infeksion təbiətə malik olmasını qəti surətdə təsdiq etmişdir. İnfeksion hepatitin virus etiologiyaya malik olmasını ilk dəfə 1937-ci ildə ABŞ-da Findli və F.Mak-Kollum qeyd etmişlər.

Virus etiologiyalı hepatitlərə: A, B, C, D, E və nisbətən az rast gəlinən F və G aiddir.
Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata əsasən hal-hazırda hepatitlərə yoluxanların sayı 2 milyarddan artıqdır. Virus hepatitlərin yüngül subklinik, ağır klinik gedişə malik, qaraciyərin sirrozuna və xərçənginə səbəb olan  müxtəlif formaları var. Bütün infeksion xəstəliklər arasında hepatitlər yayılmasına görə 3-cü yer tutur. Bunlar arasında parenteral yolla yoluxan B, C və D virus hepatitləri əhalinin sağlamlığına daha böyük təhlükədir. Xəstəliyin klinik əlamətlərinə gəldikdə isə, əsasən zəif simptomatika fonunda inkişaf edir. Bu simptomlar özünü dəri və selikli qişaların saralması, sidiyin rənginin tündləşməsi, sağ qabırğaaltı nahiyyədə ağrılar, ümumi dispepsik pozğunluqlar, mərkəzi sinir sisteminin oyanıqlığı və s. kimi biruzə verir.

Virus hepatitlərin diaqnostikasına müasir yanaşma kompleks laborator müayinələr tələb edir.
Hepatit A  virusunu enteroviruslar tipinə, Picorno viridae ailəsinə mənsub edirlər.  Hepatit A – antroponoz  bağırsaq infeksiyasıdır. Əsas ötürülmə yolu fekal-oral yolladır. Xəstəliyin mənbəyi xəstə  və virus gəzdirən insanlardır. Lakin xəstəliyin parenteral yolla yoluxması da istisna olunmur. Ən çox 4-15 yaş arasında olan uşaqlar yoluxurlar. Xəstəliyin gizli dövrü 3-6 həftədir
Xəstəlik üzülmə, hərarətin artması və qaraciyər nahiyəsində ağrılarla başlayır. Kəskin formada inkişaf etdikdə isə sarılıq, qaraciyər  nahiyəsində ağrıların artması müşahidə olunur.
Limfa və qana düşmüş viruslar qan vasitəsilə qaraciyərə daxil olub, qaraciyər hüceyrələrinə keçərək kəskin diffuz hepatitin əmələ gəlməsinə səbəb olur. Bu qaraciyər parenximasını və retikuloendotel hüceyrələri zədələyir. Bu da qaraciyərin dezintoksikasiya və baryer funksiyasının zəifləməsinə, qanda bəzi fermentlərin artmasına, k/h, zülal, piqment mübadiləsinin, elektrolit balansının pozulmasına və.s səbəb olur. Toxumalarda yaranan dəyişikliklər bir sıra  sindromlarla müşahidə olunur.

Hepatit B – hepatitis sirroza qlobal yayılan, antroponoz infeksiyalardan olub, müxtəlif klinik-patoqnomik variantlarda inkişaf edir. DNT tərkibli virusların Hepadnoviridae fəsiləsinə daxildir. Virion kürəvi formaya malik DEYN cisimciyindən ibarətdir. Virusun infeksion dozası 1 damla qanda 7-10 mq-dir. Virus orqanizmə parenteral yolla, müxtəlif cərrahi müdaxilələr, qan və onu əvəz edən preparatların yeridilməsi, yaxşı sterilizasiya olunmamış alətlər vasitəsilə yoluxur. Hamilə qadınlarda bu infeksiyanın dölə ötürülməsi cift vasitəsilə, doğuş zamanı doğuş yollarından, doğuşdan sonra isə ağız suyu, qan zərdabı və.s vasitələrlə baş verə bilər. Xəstəliyin klinik gedişi virusun qaraciyər hüceyrələrindəki sitolizindən, intoksikasiyadan və yerli allergik reaksiyalardan asılıdır. İnfeksiyanın replikativ və inteqrativ fazaları məlumdur. Replikativ fazada virusun hepatositlərdə çoxalması, qanda HBsAg, HBeAg və HBcAg İgM antitelinin təyin olunması müşahidə olunur. Hamilə ananın qanında HBeAg və virusun DNT-sinin aşkar olunması doğulan körpədə anadangəlmə HBV olduğunu sübut edir. Bu halda doğulan körpənin qız olması gələcəkdə də bu virusun yayılmasına səbəb olacaq. Beləliklə, hepatit B uzun inkubasion dövrlə başlayır və çox zaman kəskin infeksiya şəklində inkişaf edir.

Hepatit C – (hepatitis C virus, HCV) Flaviviridae ailəsinə mənsub, RNT genomlu, hepatotrop, limfatrop viruslar tərəfindən törədilir. Hepatit C-nin əsas xüsusiyyəti ondan ibarətdir ki, antitelləri təyin etmək çox çətindir. Yoluxma – qan və qan preparatlarının istifadəsində, anadan dölə və s. istiqamətlərdə baş verir.  Az hallarda cinsi yoluxma da mümkündür.
Xəstəliyin inkubasiya dövrü 2 həftədən 3 aya qədər davam edir. Başlanğıcda infeksiya tədricən inkişaf edir, ümumi klinik əlamətlər meydana çıxır. Əsas xarakterik əlaməti – xroniki formaya keçmə tezliyinin yüksək olmasıdır.
HCV-nin laborator diaqnostikası – virus RNT-nin və onun antitellərinin aşkarlanmasına əsaslanır. Yoluxmadan 1-2 həftə sonra pasiyentin qanında RNT-HCV aşkarlanır. Xəstədə antitelin tapılması onun yoluxmuş olduğunu göstərir. İFA metodundan fərqli olaraq, törədicinin birbaşa kilnik materialda tapılmasına xidmət edən PZR infeksiyanın müxtəlif orqan və toxumalarda yayılma dərəcəsini təyin edir. PZR vasitəsilə RNT-HCV yalnız qan plazmasında deyil, qaraciyər toxmasında da tapılması HCV-nin hepatoselyulyar karsinomaların yaranmasında rolunu təsdiq edir. Ümumilikdə hepatitlərin diaqnostikasında qaraciyər fermentlərinin konsentrasiyasının təyin olunması, İFA, PZR ardıcıllığı tətbiq olunur.

Hepatitlər haqqda bir qədər ətraflı məlumat verdikdən sonra hamilə qadınların dölü yoluxdurma faizlərinə diqqət yetirək.

HBV – bətndaxili yoluxma riski 20-50%-dir.
HCV – bətndaxili yoluxma antitellər aşkarlanarsa 1,7%, qan zərdabında RNT  HCV aşkarlanarsa 5,8-10% olur.
Daha bir narahatlıq yaradan problem isə hansı infeksiyaların ana südü vasitəsilə dölə ötürülə bilməsidir.
Ana südündə hepatit virusları qan zərdabına nisbətən aşağı konsentrasiyada olur. Dəqiq araşdırma aparılmadığından qidalandırma zamanı süd vəzilərində yaranan çatlardan, sıyrıntılardan hepatit virusunun qanla yoluxma ehtimalı mümkündür. Əgər virus aşkarlanarsa, uşağın ana südü ilə qidalandırması əlavə risk hesab oluna bilər.

Klinikalarda HBV qarşı xüsusi vaksinasiya aparılır ki, bu profilaktik tədbir istənilən şəxsi hepatit B qorxusundan xilas edə bilər.
www.pcr.az

Vərəm


Allerqoloqiya, immunoloqiyaAndrologiya Cərrahlıq
DermatologiyaDiaqnostikaEKM (Еkstrakorporal mayalanma)
EndokrinologiyaFtiziatriyaGenetika
GinekologiyaHematologiyaHepatitlər
Hüquq və səhiyyəİİV/QİÇSİnfeksion xəstəliklər
KardiologiyaLORMamaçalıq, hamiləlik və doğuşlar
Manual terapiyaMassajNarkologiya
NefrologiyaNevrologiyaNeyrocərrahlıq
OftalmologiyaOnkologiyaOrtopediya
ParazitologiyaPediatriyaPlastik cərrahlıq
ProktologiyaPsixiatriyaPsixologiya
PulmonologiyaQastroenterologiyaReanimatologiya və anesteziologiya
RevmatologiyaSağlamlıq və gözəllikSeksologiya
StomatologiyaTerapiyaTəcili yardım
UrologiyaÜrək-damar cərrahiyyəsiXaricdə müalicə
Zöhrəvi xəstəliklərƏczaçılıq
Новости медицины

Новые статьи

Лечебные диеты

Будущим мамам

Это интересно
Bizim nailiyyətlərimiz




Banner




İlin həkimi




            Saytımızın qonağı "Nevrologiya Klinikasının" rəhbəri Tibb elmləri doktoru Rövşən Həsənov 
Arxiv
 
Bu saytda dərc edilmiş məlumatdan istifadə edərkən http://www.medexpert.az linki istinad mənbəyi kimi göstərilməlidir. Saytda dərc edilmiş məlumat tanışlıq üçün nəzərdə tutulub və özünü müalicə üçün vəsait kimi istifadə oluna bilməz. Saytın administrasiyası, sağlamlığa dəyəcək mümkün zərər, həmçinin saytda dərc edilmiş məlumatın etibarlılığlna görə heç bir məsuliyyət daşımır. 2009 Medekspert.
Site by PREMIUM AD
Rambler's Top100