Amerikalılar aorta üçün jqut – bağ yaradıblar      MÜASIR EKSTRASENSLƏR YAXUD ORTA ƏSR CAHILLIYINI YAŞAYAN CƏMIYYƏT      BIHE2011 sərgisinin anonsu      Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər barədə məlumat      Amerikalı alimlər əkiz uşaq analarının daha az xəstələndiklərini və uzunömürlü olduqlarını üzə çıxarıb.      Xərçəngi insan yaradıb?      Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümüdür      Analar üçün ən pis ölkələr hansılardır?      Diabet xəstəliyi haqqında bir qədər tarixi məlumat       Qida rasionuna hansı miqdarda bal əlavə olunmalıdır ?      Mühit məni narkoman etdi       600 qramlıq körpələr Azərbaycan vətəndaşı ola biləcək      Tezliklə! \"Ana yurdum Azərbaycan\" mövzusunda fotomüsabiqəyə start veriləcək!      www.medexpert.az Milli İnternet Mükafatı uğrunda Müsabiqənin Nominantı seçilib!!!      Vərəm hər gün nə qədər insanın həyatına son qoyur?      Azərbaycanda hər 8 adamdan biri talassemiya daşıyıcısıdır      Azərbaycanda cəza çəkən qadın məhkumlar tibbi müayinədən keçirilib.      Bakıda daha bir üçəm doğuldu!      Televizora çox baxmaq ömrü qısaldır      Yoqurt dişlərə zərərlidir      Körpənin cinsi ananın çəkisindən asılıdır      Dünyaya vaxtından əvvəl göz açma autizmə səbəb ola bilər      Əsəblər hamiləliyin qarşısını alır       Xoşbəxt nikah insulta dərmandır      Piylənmənin əsas səbəblərindən biri müəyyən edilib      Təhlükəsiz yuxu 6-8 saat müddətini əhatə edir      Siqaretə aludədən vaksin xilas edəcək      Nikotin asıllığının inkişafının günahkarları genlərdir      Qızlar və oğlanlar hamiləlik zamanı müxtəlif inkişaf edirlər      Suşı yemək üçün yapon olmaq lazımdır     
saytda vebdə
İstifadəçi hesabı
 
Qeydiyyatdan keç
 
Bizim Ekspertlər
 
 
Kateqoriyanı seçin
 
 
 
SORĞU
 
Digər Sorğular
 
Sistit nədir?  | 3250 dəfə oxunub
Sidik kisəsinin selikli qişasının iltihabı sistit adlanır.

Bu sidik-cinsiyyət üzvlərin iltihabı xəstəliklərinin ən çox yayılmış formasıdır. Qadınların 20-25 faizi müxtəlif formada sistit keçirirlər, 10 faizi isə xroniki sistit xəstəsidirlər və bu rəqəmlər ildən-ilə artırlar. Kişilər bu xəstəlikdən nisbətən az əziyyət çəkirlər – sistit kişilərin 0.5 faizində olur.


Çox vaxt sistitlə qadınlar xəstələnirlər və bu onların orqanizmlərinin anatomik quruluşu ilə bağlıdır: qadınlarda sidik kanalı geniş və qısadır, ona görə də kişilərə nisbətən qadınlarda sidik kisəsinə infeksiya düşməsi daha asandır. İnfeksion sistitin səbəbi çox vaxt bağırsaq çöpüdür, bəzən xlamidiya, ureaplazma və kandida göbələkləri də onun səbəbi olur.

Sistitə meylliyi artıran bir sıra xoşagəlməz faktorlar da vardır:

sidik kisəsinin divarlarında və kiçik çanaqda qan dövranının pozulması, məcələn, oturaq işdə (kompyuter arxasında durmadan 4-6 saat işləmək), tez-tez və uzunmüddətli qəbzliklər, uzun müddət dar paltar, alt paltarı və corab geymək;
immunitetin enməsi;
sidiklə çıxan maddələrin sidik kisəsi divarlarına qıcıqlandırıcı təsir göstərməsi. Bu o halda baş verir ki, əgər siz çox kəskin qida və qızardılmış qidanı böyük miqdarda ədviyyatla qəbul edirsiniz.

menopauza, diabetlə bağlı maddələr mübadiləsinin pozulması xəstəlikləri.

Həkimlər, həmçinin, interstisial sistiti fərqləndirirlər. O sistemli xəstəliklərə aiddir və iltihab səbəbi mikroblar deyil, immun sisteminin işinin pozulmasıdır. Gecikmiş interstisial sistit sidik kisəsi xorasına çevrilə bilər.

Simptomlar

Kəskin sistit üçün tez-tez sidiyə getmək xarakterikdir, sidik kisəsi və aralıq nahiyəsində kəskin ağrılar olur, qanaxma ola bilər. İltihab prosesi nə qədər güclü olarsa, bir o qədər də sidiyə getmə siqnalları tezləşər və ağrılar kəskinləşər. Kəskin sistitin ağır formalarında adam gecə-gündüz 15-20 dəqiqədən bir sidiyə getməyə məcbur olur. Ağır hallarda bədən temperaturu qalxır, ürəkbulanma, qusma olur.


Sistitdə hökmən cinsi əlaqə ilə bağlı problemlər olur. Əgər xroniki sistitdə xoşagəlməz hissiyyatlar oyanırsa, kəskin sistitdə simptomlara dözmək olmur. “Bal ayı” sistiti anlayışını nahaq yerə fikirləşməyiblər.

Diaqnoz

Sistitin bəzi simptomları sidik kisəsi və ya böyrək vərəmləri, sidik kisəsi və prostat şişləri ilə oxşardırlar. Bel nahiyəsindəki nasazlıq böyrək infeksiyasının əlaməti ola bilər. Kişilərdə fimoz və sidik axarı deşiklərinin anomaliyası, məsələn stenoz olub-olmaması yoxlanılmalıdır. Ona görə də xəstəliyin dəqiq diaqnostikası üçün həkim infeksiyaya görə PZR-analiz təyin edə və ya bakterioloji əkmə üçün sidik analizi götürə bilər. Bəzi hallarda sistitin səbəbini dəqiqləşdirmək üçün həkim sistoskopiya – sistoskop vasitəsilə sidik kisəsinin daxili səthinə baxış keçirə bilər.

Müalicə

Əgər siz sistitdən şübhələnirsinizsə onu üzünüzmüalicə etməyə çalışmayın və müalicəni də gecikdirməyin. Düzgün olmayan müalicə və ya müalicənin gecikdirilməsi xroniki proses halına keçə bilər və ömürlük xəstəliyə çevrilər. Siz tezliklə uroloqa və ya ginekoloqa müraciyət etməlisiniz.

Əgər müayinə zamanı xəstəliyin səbəbinin xroniki infeksiya olduğu müəyyənləşdirilərsə, təkcə sistitin müalicəsi uzunmüddətli nəticə verməyəcək. Bu halda hökmən cinsiyyət yolları infeksiyalarının müalicəsi aparılmalıdır. Sistitin bir səbəbi də immunitetin enməsi olduğundan, ümumi qüvvə toplamaq üçün vitamin terapiyası və fizioterapiya kurslarını keçməlisiniz.

İnterstisial sistitin müalicəsi ən problematikdir – o ömür boyu davam edə bilər və bu halda medikamentoz terapiya, lazer, maqnit terapiyası və digər üsullar tətbiq olunurlar.

Profilaktika

Qadınlar üçün sistitin profilaktikası birinci növbədə onun yaranmasına səbəb olan faktorların təsirinin azalması və aradan götürülməsinə əsaslanır, həmçinin, yuxarıda sadalanan gigiyena qaydalarına əməl etmək lazımdır. Həddən artıq dar alt paltarı geyməyin, kəskin xörəklərdən və ədviyyatdan, alkoqoldan uzaq olun, cinsi aktdan sonra sidiyə getməyə çalışın. İsti geyinin. Əgər sizdə oturaq işdirsə, hər 1,5 bir 5 dəqiqəlik fasilə edin, dayanın və ya hərəkət edin. Əgər sizdə qəbzlik varsa, çoxlu meyvə-tərəvəz və bitki mənşəli qida qəbul edin, yumşaldıcı vasitələr qəbul edin və s. Əgər siz artıq çox istiotlu, yağlı, duza qoyulmuş qida qəbul etmişsinizsə dərhal çoxlu su için.
Vərəm


Allerqoloqiya, immunoloqiyaAndrologiya Cərrahlıq
DermatologiyaDiaqnostikaEKM (Еkstrakorporal mayalanma)
EndokrinologiyaFtiziatriyaGenetika
GinekologiyaHematologiyaHepatitlər
Hüquq və səhiyyəİİV/QİÇSİnfeksion xəstəliklər
KardiologiyaLORMamaçalıq, hamiləlik və doğuşlar
Manual terapiyaMassajNarkologiya
NefrologiyaNevrologiyaNeyrocərrahlıq
OftalmologiyaOnkologiyaOrtopediya
ParazitologiyaPediatriyaPlastik cərrahlıq
ProktologiyaPsixiatriyaPsixologiya
PulmonologiyaQastroenterologiyaReanimatologiya və anesteziologiya
RevmatologiyaSağlamlıq və gözəllikSeksologiya
StomatologiyaTerapiyaTəcili yardım
UrologiyaÜrək-damar cərrahiyyəsiXaricdə müalicə
Zöhrəvi xəstəliklərƏczaçılıq
Новости медицины

Новые статьи

Лечебные диеты

Будущим мамам

Это интересно
Bizim nailiyyətlərimiz




Banner




İlin həkimi




            Saytımızın qonağı "Nevrologiya Klinikasının" rəhbəri Tibb elmləri doktoru Rövşən Həsənov 
Arxiv
 
Bu saytda dərc edilmiş məlumatdan istifadə edərkən http://www.medexpert.az linki istinad mənbəyi kimi göstərilməlidir. Saytda dərc edilmiş məlumat tanışlıq üçün nəzərdə tutulub və özünü müalicə üçün vəsait kimi istifadə oluna bilməz. Saytın administrasiyası, sağlamlığa dəyəcək mümkün zərər, həmçinin saytda dərc edilmiş məlumatın etibarlılığlna görə heç bir məsuliyyət daşımır. 2009 Medekspert.
Site by PREMIUM AD
Rambler's Top100