Amerikalılar aorta üçün jqut – bağ yaradıblar      MÜASIR EKSTRASENSLƏR YAXUD ORTA ƏSR CAHILLIYINI YAŞAYAN CƏMIYYƏT      BIHE2011 sərgisinin anonsu      Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər barədə məlumat      Amerikalı alimlər əkiz uşaq analarının daha az xəstələndiklərini və uzunömürlü olduqlarını üzə çıxarıb.      Xərçəngi insan yaradıb?      Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümüdür      Analar üçün ən pis ölkələr hansılardır?      Diabet xəstəliyi haqqında bir qədər tarixi məlumat       Qida rasionuna hansı miqdarda bal əlavə olunmalıdır ?      Mühit məni narkoman etdi       600 qramlıq körpələr Azərbaycan vətəndaşı ola biləcək      Tezliklə! \"Ana yurdum Azərbaycan\" mövzusunda fotomüsabiqəyə start veriləcək!      www.medexpert.az Milli İnternet Mükafatı uğrunda Müsabiqənin Nominantı seçilib!!!      Vərəm hər gün nə qədər insanın həyatına son qoyur?      Azərbaycanda hər 8 adamdan biri talassemiya daşıyıcısıdır      Azərbaycanda cəza çəkən qadın məhkumlar tibbi müayinədən keçirilib.      Bakıda daha bir üçəm doğuldu!      Televizora çox baxmaq ömrü qısaldır      Yoqurt dişlərə zərərlidir      Körpənin cinsi ananın çəkisindən asılıdır      Dünyaya vaxtından əvvəl göz açma autizmə səbəb ola bilər      Əsəblər hamiləliyin qarşısını alır       Xoşbəxt nikah insulta dərmandır      Piylənmənin əsas səbəblərindən biri müəyyən edilib      Təhlükəsiz yuxu 6-8 saat müddətini əhatə edir      Siqaretə aludədən vaksin xilas edəcək      Nikotin asıllığının inkişafının günahkarları genlərdir      Qızlar və oğlanlar hamiləlik zamanı müxtəlif inkişaf edirlər      Suşı yemək üçün yapon olmaq lazımdır     
saytda vebdə
İstifadəçi hesabı
 
Qeydiyyatdan keç
 
Bizim Ekspertlər
 
 
Kateqoriyanı seçin
 
 
 
SORĞU
 
Digər Sorğular
 
İNSANIN İMMUNÇATIŞMAZLIĞI VİRUSUNUN TÖRƏTDİYİ XƏSTƏLİYİN (AIDS) YAYILMASININ QARŞISININ ALINMASI HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU  | 1062 dəfə oxunub

İNSANIN İMMUNÇATIŞMAZLIĞI VİRUSUNUN TÖRƏTDİYİ XƏSTƏLİYİN (AIDS) YAYILMASININ QARŞISININ ALINMASI HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Bu Qanun bütün dünyada pandemiya xarakteri alan insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin ağır sosial-iqtisadi nəticələrini nəzərə almaqla onun Azərbaycan Respublikası ərazisində yayılmasına yol verməmək üçün hüquqi təminatlar yaradır.

I FƏSİL Ümumi müddəalar

Maddə 1. Əsas anlayışlar

Bu Qanunda əsas anlayışlardan və onların beynəlxalq abbreviaturalarından istifadə edilir:

HIV (Human immunodeficiency virus) - insanın immunçatışmazlığı virusu;

AIDS (Acquied Immune Defıciency Syndrom) qazanılmış immunçatışmazlığı sindromu – HIV virusunun törətdiyi xəstəlik;

HIV/AIDS - insanın immunçatışmazlığı virusu ilə yoluxmuş və xəstə şəxslər.

Maddə 2. AIDS-in yayılmasının qarşısının alınması haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

AIDS-in yayılmasının qarşısının alınması haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından ibarətdir. Azərbaycan Respublikasının iştirak etdiyi beynəlxalq müqavilələrdə bu Qanunda nəzərdə tutulmuş qaydalardan fərqli qaydalar müəyyən edildikdə beynəlxalq müqavilələrin qaydaları tətbiq edilir.

Maddə 3. Qanunun tətbiq sahəsi

Bu Qanun Azərbaycan Respublikasının vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, eləcə də təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi şəxslərə şamil edilir.

Maddə 4. Dövlətin təminatları

Dövlət təminat verir:

Azərbaycan Respublikasının ərazisində AIDS-in yayılmasının qarşısının alınması üzrə Milli Proqramın qəbul edilməsi və həyata keçirilməsinə;

müalicə-profilaktika müəssisələrində qanın, onun komponentlərinin, digər bioloji mayelərin, orqanların və toxumaların köçürülməsi, qanla əlaqədar müxtəlif tibbi(o cümlədən cərrahi və stomatoloji) müdaxilələr zamanı HlV-dən təhlükəsizlik hüququna;

Azərbaycan Respublikasında AIDS-in profilaktikası barədə əhaliyə dolğun məlumat verilməsinə;

 

HİV-ə tibbi müayinələrin mümkünlüyünə və təhlükəsizliyinə (müayinə olunan və müayinə aparan şəxslər üçün), ilkin və ardıcıl məsləhətlər verilməsinə;

Azərbaycan Respublikasının HIV/AIDS-lə xəstələnmiş vətəndaşlarına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ambulator və stasionar şəraitdə hər cür ixtisas-laşdırılmış və xüsusi yardım göstərilməsinə, onların dərmanla təmin olunmalarına, eləcə də Azərbaycan Respublikası hüdudları daxilində müalicə yerlərinə gedib-gəlmələrinə;

azadlıqdan məhrum edilmə yerlərində cəza çəkən HIV/AIDS-lə xəstələnmiş şəxslərə hər cür pulsuz ixtisaslaşdırılmış və xüsusi yardım göstərilməsinə;

HIV/AIDS-lə xəstələnmiş əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hər cür ixtisaslaşdırılmış və xüsusi yardım göstərilməsinə. Bu təminatlan Azərbaycan Respublikasının müvafiq dövlət orqanları öz səlahiyyətləri daxilində həyata keçirirlər.

Maddə 5. AIDS-in yayılmasının qarşısının ahnması üzrə tədbirlərin maliyyələşdirilməsi

Azərbaycan Respublikasının ərazisində AIDS-in yayılmasının qarşısının alınması üzrə Milli Proqramm yerinə yetirilməsində iştirak edən, eləcə də AIDS-in profilaktikasını, müalicəsini, yoluxmuş və xəstə şəxslərin, habelə HIV-lə yoluxma riskinə məruz qalan tibb işçilərinin sosial müdafiəsini həyata keçirən müəssisə, idarə və təşkilatların həmin fəaliyyəti dövlət büdcəsindən ayırmalar, məqsədli fondların vəsaiti, hüquqi və fiziki şəxslərin ianələri hesabına maliyyələşdirilir.

II FƏSİL HIV-Iə YOLUXMUŞ ŞƏXSLƏRİ AŞKAR ETMƏK ÜÇÜN TİBBİ MÜAYİNƏ

Maddə 6. Tibbi müayinələrin aparılmasının ümumi qay-daları

Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətən-daşlığı olmayan şəxslər HIV-i aşkar etmək üçün dövlət səhiyyə sistemi müəssisələrində tibbi müayinədən keçə bilərlər. Tibb müəssisəsinin işçiləri müayinənin nəticəsinə görə müayinə olunan şəxsə müvafiq məsləhətlər verməli və HIV-lə bağlı məlumatların məxfiliyinə əməl etməlidirlər. Şəxsin müayinəsini aparan müəssisə tərəfindən HlV-in olub-olmaması haqqında müvafiq arayış verilir. Xarici ölkələrə gedən şəxsə, lazım gəldikdə, HIV-lə müayinə olunması barədə sənədi (sertifikatı) yalnız səhiyyə sahəsində dövlət idarəetməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi tibb müəssisələri verirlər. HIV-ə müayinə olunmuş şəxs səhiyyə müəssisələrinin və təşkilatlarının müayinənin nəticəsinə dair rəyi ilə razılaşmazsa təkrar müayinədən keçə, yaxud yuxan səhiyyə orqanlarına və ya məhkəməyə müraciət edə bilər. Şəxsə HIV-lə yoluxduğunu tibbi müayinə aparmış müəssisənin məsul işçisi bildirir. Belə şəxsə xəstəliyin yayılmasının qarşısının alınması üçün ehtiyat tədbirlərinə riayət etmək tapşırılır, hüquqi təminatlar izah olunur və yoluxdurma təhlükəsi yaratma və ya qəsdən başqasını yoluxdurma üstündə cinayət məsuliyyəti daşıdığı haqqında yazılı xəbərdarlıq edilir. 14 yaşadək uşaqların, eləcə də iş qabiliyyəti olmayan şəxslərin HIV-lə yoluxmaları barədə onların valideynlərinə və ya yaxın adamlarına məlumat verilir. HIV-ə tibbi müayinə və profilaktik müşahidə qaydaları səhiyyə sahəsində dövlət idarəetməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir və mətbuatda dərc olunur.

Maddə 7. Məcburi tibbi müayinə

Qanın, onun komponentlərinin, digər bioloji mayelərin, orqan-ların və toxumaların donorları HIV-ə məcburi tibbi müayinədən keçirlər. HIV-ə tibbi müayinədən imtina edən şəxslər donor ola bilməzlər.

Maddə 8. Könüllü tibbi müayinə

Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətən-daşlığı olmayan şəxslər könüllü surətdə HIV-ə tibbi müayinədən keçə bilərlər və onların arzusu ilə belə müayinə anonim keçirilir.

Maddə 9. Epidemioloji nəzarət qaydasında tibbi müayinə

Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətən-daşlığı olmayan şəxslər epidemioloji nəzarət (gizli skrininq) məqsədilə səhiyyə sahəsində dövlət idarəetməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydada HIV-ə tibbi müayinədən keçirilirlər.

III FƏSİL HIV-LƏ YOLUXMUŞ ŞƏXSLƏRİN VƏ ONLARIN AİLƏ ÜZVLƏRİNİN SOSİAL MÜDAFİƏSİ

Maddə 10. HIV-lə yoluxmuş şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yol verilməməsi

HIV-lə yoluxmuş şəxslərin, onların ailə üzvlərinin bu xəstəliklə əlaqədar işdən azad edilməsinə, onları işə, habelə məktəbəqədər tərbiyə müəssisələrinə, təhsil müəssisələrinə və tibbi yardım göstərən təşkilatlara qəbul etməkdən imtina olunmasına, başqa hüquqlarının və mənafelərinin məhdudlaşdırılmasına yol verilmir.

Maddə 11. HIV-lə yoluxmuş yetkinlik yaşına çatmayan şəxslərin sosial müdafiəsi

HIV-lə yoluxmuş yetkinlik yaşına çatmayan şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyində əlil uşaqlar üçün nəzərdə tutulan pensiya, müavinət və güzəştlər təyin edilir. HTV-lə yoluxmuş yetkinlik yaşına çatmayanlara xidmət edən şəxslərə isə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada maddi təminat və güzəştlər verilir.

Maddə 12. Tibbi yardım göstərilərkən HIV-lə yoluxmadan dəymiş zərərin ödənilməsi

Tibbi yardım göstərən müəssisələrdə bu Qanunun 4-cü maddəsində göstərilən tibbi müdaxilələrin həyata keçirilməsi zamanı HIV-lə yoluxmuş şəxslərin sağlamlığına dəyən zərər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ödənilməlidir.

Maddə 13. HIV-lə yoluxmuş yetkinlik yaşına çatmayanların valideynlərinin, yaxud onların qanuni nümayəndələrinin hüquqları

HIV-lə yoluxmuş yetkinlik yaşına çatmayanların valideynlərindən birinin, yaxud onların qanuni nümayəndəsinin:

tibbi yardım göstərən stasionar müəssisədə 14 yaşınadək uşaqlarla birgə qalmaq və bu müddət ərzində Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada dövlət sosial sığorta vəsaiti almaq;

Azərbaycan Respublikası daxilində müalicə yerlərinə dövlət hesabına gedib-gəlmək;

yoluxmuş şəxsə xidmət etmək üçün müvəqqəti işləmədiyi dövrdə iş stajının saxlanılması və ümumi staja daxil edilməsi hüquqları vardır. HIV-lə yoluxmuş şəxslər və onların ailə üzvləri üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə əlavə güzəştlər və kompensasiyalar nəzərdə tutula bilər.

IV FƏSİL XİDMƏTİ VƏZİFƏLƏRİNİ YERİNƏ YETİRƏRKƏN HIV-lə YOLUXMA RİSKİNƏ MƏRUZ QALAN TİBB İŞÇİLƏRİNİN SOSİAL MÜDAFİƏSİ

Maddə 14. Dövlət hesabına sığortalanma

AIDS-in diaqnostikası və müalicəsini təmin edən, habelə HIV-i saxlayan materiallarla işləyən şəxslər öz xidməti vəzifələrini yerinə yetirərkən HIV-lə yoluxma riskinə görə dövlət hesabına icbari qaydada sığortalanırlar. Dövlət hesabına icbari sığortalanan tibb işçilərinin kateqoriyaları, sığorta qaydaları və sığorta ödənişlərinin məbləği Azərbaycan Respublikasının müvafiq Qanunu ilə müəyyən edilir.

Maddə 15. Əmək münasibətləri sahəsində güzəştlər

Səhiyyə sistemi idarələrinin AIDS-in diaqnostika və müalicəsini həyata keçirən, habelə işi HlV-i saxlayan materiallarla əlaqədar olan işçilərinə verilən güzəştlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.

V FƏSİL HfV-lə YOLUXDURMAYA VƏ HIV-lə YOLUXMA SİRRİNİN YAYILMASINA GÖRƏ MƏSULİYYƏT

Maddə 16. HIV-lə yoluxmuş şəxslərin məsuliyyəti

HIV-lə yoluxmuş şəxsin başqasını HIV-lə qəsdən yoluxdurma təhlükəsi yaratması və ya yoluxdurması Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

Maddə 17. Tibb işçilərinin məsuliyyəti

Öz xidməti vəzifələrini yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində HIV-lə yoluxmanın baş verməsində təqsiri olan tibb işçiləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq məsuliyyətə cəlb edilirlər.

Maddə 18. HIV-lə yoluxma sirrinin yayılmasına görə məsuliyyət

Səhiyyə və digər dövlət orqanlarının və təşkilatlarının işçiləri vəzifələrini yerinə yetirərkən tibbi müayinədən keçən şəxsdə HlV-in aşkar edildiyini, eləcə də bununla bağlı digər məlumatlan məxfi saxlamağa borcludurlar və onu yaydıqlarına görə məsuliyyət daşıyırlar.

Maddə 19. Bu Qanunun pozulmasına görə məsuliyyət

Fiziki və hüquqi şəxslər bu Qanunun pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada müvafiq məsuliyyət daşıyırlar.

Heydər ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 aprel, 1996-cı il

Vərəm


Allerqoloqiya, immunoloqiyaAndrologiya Cərrahlıq
DermatologiyaDiaqnostikaEKM (Еkstrakorporal mayalanma)
EndokrinologiyaFtiziatriyaGenetika
GinekologiyaHematologiyaHepatitlər
Hüquq və səhiyyəİİV/QİÇSİnfeksion xəstəliklər
KardiologiyaLORMamaçalıq, hamiləlik və doğuşlar
Manual terapiyaMassajNarkologiya
NefrologiyaNevrologiyaNeyrocərrahlıq
OftalmologiyaOnkologiyaOrtopediya
ParazitologiyaPediatriyaPlastik cərrahlıq
ProktologiyaPsixiatriyaPsixologiya
PulmonologiyaQastroenterologiyaReanimatologiya və anesteziologiya
RevmatologiyaSağlamlıq və gözəllikSeksologiya
StomatologiyaTerapiyaTəcili yardım
UrologiyaÜrək-damar cərrahiyyəsiXaricdə müalicə
Zöhrəvi xəstəliklərƏczaçılıq
Новости медицины

Новые статьи

Лечебные диеты

Будущим мамам

Это интересно
Bizim nailiyyətlərimiz




Banner




İlin həkimi




            Saytımızın qonağı "Nevrologiya Klinikasının" rəhbəri Tibb elmləri doktoru Rövşən Həsənov 
Arxiv
 
Bu saytda dərc edilmiş məlumatdan istifadə edərkən http://www.medexpert.az linki istinad mənbəyi kimi göstərilməlidir. Saytda dərc edilmiş məlumat tanışlıq üçün nəzərdə tutulub və özünü müalicə üçün vəsait kimi istifadə oluna bilməz. Saytın administrasiyası, sağlamlığa dəyəcək mümkün zərər, həmçinin saytda dərc edilmiş məlumatın etibarlılığlna görə heç bir məsuliyyət daşımır. 2009 Medekspert.
Site by PREMIUM AD
Rambler's Top100